Türkiyə Suriyanın şimalında kürdlərə qarşı əməliyyat hazırlayır - iddia

Türkiyə ordusu son bir həftədir Suriya ilə sərhədə ordu toplayır. Londonda nəşr olunan “Qüds əl-Ərəbi” qəzeti Ankaranın sərhədə yığdığı qüvvələrin əsas məqsədinin kürdlər, daha dəqiqi, Suriyanın kürd bölgələrinə qüvvə toplayan Səudiyyə Ərəbistanı və BƏƏ olduğunu yazıb.

Qəzetin iddiasına görə, Türkiyə ordusu Suriya ilə sərhədin məhz kürdlərin nəzarətində olan bölgəsinə səssiz şəkildə ordu toplayır. Maraqlıdır ki, ötən həftə ABŞ administrasiyası bri neçə Avropa ölkəsinə müraciət edərək Suriyaya hərbi qüvvə göndərməyə çağırıb. Almaniya hökuməti artıq imtina cavabı verib. Yeri gəlmişkən, bir neçə ay əvvəl ABŞ prezidenti körfəzin ərəb dövlətlərinə müraciət edərək Suriyanın şimalına hərbi qüvvə göndərməyə çağırıb. Hətta ötən ilin noyabrında BƏƏ və Səudiyyə Ərəbistanı hərbi və mülki məmurlardan ibarət heyətlərin Suriyanın kürdlərin nəzarətindəki bölgələrinə səfər etməsi haqda xəbərlər yayılmışdı. Bundan sonra isə Səudiyyə Ərəbistanı kralı Suriyanın kürd bölgələrinin yenidən qurulması üçün 100 milyon dollar yardım ayırıb.

Qətər mediasının iddiasına görə, ərəb və Avropa ölkələrinin orduları Suriyanı tərk edən ABŞ hərbi qüvvələrinin yerini almalıdır. Türkiyə hökumətindəki mənbələr isə qəzetə bildirib ki, yüksək səviyyəli Səudiyyə Ərəbistanı və BƏƏ rəsmiləri bir qədər əvvəl Suriyanın kürd bölgələrində, konkret olaraq Ayn əl-Arabda YPG və Suriya Demokratik Qüvvələri (SDQ) liderləri ilə görüşlər keçirib və ərəb rəsmilər kürdlərə maliyyə yardımını artıracaqlarını söz veriblər.

Buna cavab olaraq Türkiyə hakimiyyəti Azad Suriya Ordusu və Suriya Milli Ordusu qruplarının təmsilçilərini Ankarada toplayıb və paralel olaraq Əl-Bab və Cerablusda hərbi hazırlıq vəziyyəti yüksəldilib. Həmçinin tayfa liderləri ilə müzakirələr aparılıb.

Türkiyə Suriyanın şimalında kürdlərə qarşı ile ilgili görsel sonucu

Qeyd edək ki, ötən həftə sonu Rusiya XİN rəhbərinin müavini Sergey Verşanin və eləcə də prezident Putinin Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentiyev Dəməşqə gələrək prezident Bəşər Əsədlə görüşüb. Geniş məlumat verilməsə də, görüş zamanı İdlib vilayətindəki vəziyyət və Suriya Konstitusiya Komitəsi ilə bağlı müzakirələr aparıldığı bildirilib. Açıqlamada “tərəflərin İdlibdə sabitliyin təmin olunmasının önəminə diqqət edərək məsələnin detalları üzərində müzakirə aparıldığı” qeyd olunub.

Xatırladaq ki, son aylarda Suriya ordusu Hama və İdlib sərhədinə çoxlu sayda qüvvə yığıb və bir neçə dəfə silahlılarla hökumət qüvvələri arasında toqquşma baş verib. Hazırda da ara-sıra toqquşmalar baş verir. 2018-ci ilin sentyabrında Türkiyə və Rusiya arasında əldə olunmuş anlaşmaya əsasən İdlibdə atəşkəs və silahsızlaşdırılmış bölgə yaradılmalı idi. Ancaq rəsmi Dəməşq atəşkəsin pozulmasını əsas gətirərək zaman-zaman bu bölgəyə zərbələr endirir.

Belə görünür ki, İdlibdə atəşkəslə bağlı Rusiya və Türkiyə arasında razılaşma var. Putinin xüsusi elçilərini Dəməşqə göndərib İdlibi müzakirə etməsi onu göstərir ki, Moskva hələlik İdlibdə yeni əməliyyatın başlamasını istəmir. Türkiyə isə hərbi qüvvələri kürdlər olan bölgəyə toplayır. Çünki ilk gündən Ankara üçün əsas məsələ kürdlərin Suriyanın şimalında Türkiyə ilə sərhəd boyu ərazidə möhkəmlənməsidir. Bu səbəbdən də indi Ankara Moskva vasitəsilə İdlibdə atəşkəsi qoruyub saxlamaq və hərbi gücü kürdlərə qarşı yönəltmək istəyə bilər. Yeri gəlmişkən, ötən həftə Türkiyə ordusu İraqın şimalında PKK-ya qarşı hərbi əməliyyatlara başlayıb.

Ankara ABŞ-ın bölgədən çıxması prosesində başqa ölkələrin bölgədə möhkəmlənməsinin qarşısını almaq, eləcə də digər region ölkələrinin kürd bölgəsində hərbi mövcudluq yaratmasına mane olmaq, həmçinin kürdləri Suriya-Türkiyə sərhədindən uzaqlaşdırmaq üçün əməliyyat hazırlayır. Yeri gəlmişkən, sonuncu məsələ ötən ildən bu yana Amerika hökuməti ilə müzakirə olunur və rəsmi Vaşinqton prinsip olaraq buna etiraz etmir.

Türkiyə Suriyanın şimalında kürdlərə qarşı ile ilgili görsel sonucu

Əgər ərəb mediasının yazdıqlarına inansaq, o zaman yaxın dövrdə Türkiyənin məhz Fəratın şərq sahilində, eləcə də Suriya-Türkiyə sərhədində hərəkətə keçəcəyini görə biləcəyik. Əlbəttə, Vaşinqtonun ciddi müqaviməti ortaya çıxmasa. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında hərbi qüvvələri Suriyadan çıxaracağını elan edib. Ancaq daha əvvəl 100 gün elan edilən bu proses sonradan uzanıb. Hazırda əksəriyyəti kürdlərin nəzarət etdiyi şimal bölgəsində olmaqla, ABŞ-ın Suriyada 26 hərbi bazası var. Bir hərbi baza isə Suriyanın şərqində Tənf hərbi hava bazasıdır ki, bura yerli silahlı müxaliflər nəzarət edir.

Türkiyənin bu addımı Vaşinqtonun bölgəyə başqa ölkələri cəlb etmək planının qarşısını almaq və sərhədi təmizləməyə xidmət edir. Belə anlaşılır ki, bu plan Rusiya ilə və təbii ki, əgər Vaşinqton da etiraz etməsə, demək ki, Trampla da razılaşdırılıb.

Kənan RÖVŞƏNOĞLU,

“Yeni Müsavat”



Yerləşdirilib:16 İyul, 2019  12:07, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
19 Avqust, 2019

Suriya Türkiyənin hərbi karvanını bombaladı: 3 ölü

19 Avqust, 2019
Türkiyə İraqın şimalına raket zərbəsi endirib
19 Avqust, 2019
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb
19 Avqust, 2019

Qədir-Xum gününün müstəhəb əməlləri

19 Avqust, 2019

Bəzi dua kitablarında rast gəlinən “istiazə” sözünün mənası nədir? İslam suallarda

19 Avqust, 2019

Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”

19 Avqust, 2019
Tramp rəsmi olaraq Qrenlandiyanı almaq istəyini etriaf edib
16 Avqust, 2019

Ermənistan ordusunun növbəti təxribatı, əsgərimiz yaralanıb

16 Avqust, 2019

Bu gecə imam Әliyyən-Nəqinin (ə) mövludunun ildönümüdür

16 Avqust, 2019
İndoneziyanın paytaxtı köçürüləcək
16 Avqust, 2019
Bu il Azərbaycanda boşanmaların sayı artıb
16 Avqust, 2019

Səfərə çıxan adam getdiyi yerdə neçə gün qalacağını qabaqcadan bilmirsə, namazları necə qılmalıdır? İslam suallarda

16 Avqust, 2019

Qəzaya uğramış təyyarəmizin qalıqları tapıldı

16 Avqust, 2019
Tramp Qrenlandiyanı almaq arzusundadır
15 Avqust, 2019
Türkiyədə hərbi hissəyə hücum olundu
15 Avqust, 2019

İsrail ABŞ Nümayəndələr Palatasının müsəlman üzvlərinin Qüdsə girişini qadağan edib

15 Avqust, 2019

Pakistan və Hindistan orduları arasında yenidən atışma baş verib, ölənlər var

15 Avqust, 2019
Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcək
15 Avqust, 2019
Sabiq prezidentə qarşı yeni ittihamlar irəli sürüldü
15 Avqust, 2019

Türkiyənin lazer silahı Çinin döyüş təyyarəsini məhv etdi

15 Avqust, 2019

Subay oğlanın evli olub boşanmış qadınla ailə qurmasına dinimiz necə baxır? İslam suallarda

15 Avqust, 2019

Suriyada yaraqlılar “Su-22” qırıcısını vurdular, pilot əsir götürüldü

15 Avqust, 2019

Həcc ziyarətində səkkiz uşaq dünyaya gəldi

30 İyul, 2019
İranın sabiq vitse-prezidenti edama məhkum edilib
30 İyul, 2019

ABŞ-da vəhşilik: müsəlman olduğu üçün döyüb öldürdülər Video

30 İyul, 2019

Əfqanıstanda partlayış nəticəsində 3 uşaq həlak olub

30 İyul, 2019

Həcc mərasimi üçün Səudiyyəyə daxil olan hacıların sayı 1 milyonu keçib

30 İyul, 2019

Pakistanda təyyarə binaların üstünə düşdü: ölənlər var

XƏBƏRARXİVİ
«Avq.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com