Tərtərdə vətənpərvərliklə bağlı tədbir keçirilib

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə həyata keçirdiyi “Vətənpərvərlik mənəvi dəyərimizdir” adlı silsilə tədbirləri davam edir.

İslam.az-a “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, növbəti tədbir bu gün Tərtərdə baş tutub.

Şəhərin gənclər mərkəzində keçirilən tədbiri təşkilatın sədri Sevinc Əzimbəyli giriş sözü ilə açıb. O, milli vətənpərvərlik ruhunun gənclərimizə aşılanmasından geniş söz açıb. Təşkilat sədri bildirib ki, mənəvi dəyərlərimizin, tarixi adət-ənənələrimizin qorunması bir xalq olaraq keçmişimizə və gələcəyimizə sahiblənməyimiz, dəyərlərimizin yaşadılması deməkdir: “Milli mədəni irsimizin təbliği birbaşa vətənpərvərlik şüurunun formalaşmasından keçir. Doğma Qarabağ torpaqlarımızın tezliklə işğaldan azad edilməsi dövlətimizin iqtisadi, hərbi gücü ilə bərabər vətəndaşlarımızın ayrıca mənəvi irsimizə, dəyərlərimizə sahiblənməsindən çox asılıdır. Ən sevindirici olan isə ölkəmizdə milli, mədəni irsimizin həqiqi himayəçisinin birbaşa Azərbaycan dövlətinin, onun prezidenti İlham Əliyevin və birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olmasıdır”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qəhrəman Tərtər şəhidlərinin timsalında Vətən üçün canından keçən bütün şəhidlərimizin əziz ruhlarına dua oxuyub.

O, milli və dini kimliyin vəhdətindən, ölkəmizdə istər dinlərarası, istərsə də məzhəblərarası mövcud olan tolerant münasibətlərin yüksələn xətt üzrə inkişafından söz açıb.

C.Əzimbəyli bu uğurun dövlətimiz və xalqımız üçün ilahi bir nemət olduğunu deyib: “Hesab edirəm ki, həqiqi dini inanca sahib olan hər bir ölkə vətandaşı həm də sədaqətli vətənsevərdir. Hər birimiz ölkə gənclərinin yad təsirlərdən, təkfirçi zehniyyətdən mühafizə olunması, milli-mənəvi dəyərlərimizə sahib çıxması üçün var qüvvəmizlə çalışmalıyıq. Ən azından bu işdə prezidentimiz İlham Əliyevin siyasətinə cüzi də olsa qatqımız olar”.

Tərtər rayon İcra Hakimiyyətinin başçısının birinci muavini Ramiz Şabanov, icra hakimiyyətində dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə təmsilçisi Pərviz Eyvazov, Tərtər cümə məscidinin imam müavini Məhərrəm Rəhimov və digərləri çıxış edərək, bu silsilə tədbirlərin son dərəcə gərəkli olduğunu diqqətə çatdıraraq, təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Tədbirə şəhər ictimaiyyət nümayəndələri və çox sayda gənclər qatılıb.

Sonda S.Əzimbəyli şəxsi vəsaiti hesabına 15 aztəminatlı ailəyə ərzaq yardımı edib.



Yerləşdirilib:11 İyul, 2019  10:57, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 Sentyabr, 2019

Tramp: İrana girmək dünyanın ən asan işidir

21 Sentyabr, 2019
Suriya ordusu Hələb yaxınlığında yaraqlıları məhv edib
21 Sentyabr, 2019

313 ədədinin müqəddəsliyi varmı? İslam suallarda

21 Sentyabr, 2019
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar
21 Sentyabr, 2019

Kərbəlada partlayış nəticəsində 17 nəfər ölüb

20 Sentyabr, 2019
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb
20 Sentyabr, 2019

Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? DQIDK-dan açıqlama

20 Sentyabr, 2019

Quran günahkarların səhv mühakiməsi barədə

20 Sentyabr, 2019

Yəməndə Səudiyyənin 5 hərbçisi öldürülüb

20 Sentyabr, 2019

Netanyahu yalan məlumatlarla Trampı aldadırdı – ABŞ-ın sabiq dövlət katibi

20 Sentyabr, 2019

Qazı Əbu Yusif kimdir? İslam suallarda

20 Sentyabr, 2019

ABŞ generalı Kalininqrada zərbə haqqında söz açdı

20 Sentyabr, 2019

Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatlara başlayıb

19 Sentyabr, 2019

Ermənilər Azərbaycanın “ikinin ikiyə”  təklifinə baxır

19 Sentyabr, 2019

Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istəyib

19 Sentyabr, 2019

Əfqanıstanda hava hücumu zamanı 30 nəfər ölüb

19 Sentyabr, 2019

“Petriot”lar dronlar qarşısında niyə aciz qaldı...

19 Sentyabr, 2019

Kərbəlada təəccüblü məqamlardan biri Video

19 Sentyabr, 2019

Almaniya Qaşıqçının qətlini Səudiyyə Ərəbistanına hələ də bağışlamayıb

19 Sentyabr, 2019

Birinin varlı, o birinin kasıb olması alın yazısıdır? İslam suallarda

19 Sentyabr, 2019

Tramp: "ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək"

19 Sentyabr, 2019
Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumla bağlı İranı ittiham edib
18 Sentyabr, 2019

Misirdə polislə silahlılar arasında atışma, 9 ölü

18 Sentyabr, 2019

Səudiyyədə baş verənlər xəbərdarlıq idi - Həsən Ruhani

18 Sentyabr, 2019

Belə namaz və belə namaz qılanlar da var... Günün fotosu

18 Sentyabr, 2019

Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş

18 Sentyabr, 2019

Yemək süfrəsi arxasında danışmaq olarmı? İslam suallarda

18 Sentyabr, 2019
ABŞ Türkiyəni onlardan silah almağa çağırıb
XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com