Allahın “yarımstansiya”ya ehtiyacı yoxdur!

... və ya Kaş ki siz İslamdan danışmayaydınız!

Şəxsiyyətinə böyük hörmət bəslədiyim yaxın dostumla heç gözləmədiyim mövzuda fikir ayrılığı yarandı. Özünü İslamın dərin bilicisi kimi ona təqdim edən kəsin sözlərini təkrar-təkrar dilə gətirir, inadından əl çəkmirdi ki, çəkmirdi. Sözünün məğzi də bu idi ki, bəndə Allaha birbaşa əl açıb dua etməməlidir. Bunu ona “ustadı” təlqin etmişdi. “Gözəl” də əsaslandırması var idi: “Müqəddəs şəxslər yarımstansiya kimidirlər. Necə ki, məsələn, Mingəçevirdən elektrik enerjisini birbaşa evimizə versələr evimiz partlayar, mütləq ötürücü yarımstansiya olmalıdır, biz də Allahla birbaşa rabitə qursaq “yanarıq”, bizə də mütləq vasitəçi lazımdır”. Qurandan misal göstərilən ayələr də - “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!” (Ğafir, 60), “Biz Ona şah damarından da yaxınıq” (Qaf, 16) - işə yaramadı. “Ustadın” dedikləri beynində elə yer etmişdi ki, artıq ayələr də özünəməxsus tərzdə “təfsir” edilməyə başladı. Etiraf edim ki, yaxından tanımadığım biri olsaydı bu qədər dərinə getməzdim. Ən azından mən vəzifəmi yerinə yetirmişdim, hər inadkar isə öz inadına görə özü cavab verəcək. Ancaq neçə illik dostluq bağları, kəsilən duz-çörək üz çevirib getməyə imkan vermədi. Nəhayət təqlid etdiyi ayətullah Sistaninin istiftaatından müvafiq sualı və verilən cavabı dostuma göndərdim:

Suаl: Möminin hеç bir vаsitə sеçmədən (təvəssül еtmədən) Аllаh-təаlаyа duа еtməsi icazəlidirmi?

Cаvаb: Bu, icazəlidir. Lаkin Pеyğəmbər (s) və Əhli-bеyti (ə) vаsitə sеçərək duа еtmək duаnın qəbul оlunmаsını tеzləşdirir.”

Məsələ dərhal həllini tapdı. Dostum səhvini etiraf etdi.

Düşünmək olardı ki, nə gözəl, insan haqqa qayıtdı. Amma bu hadisə ilə çox ciddi problem bir daha əyani şəkildə təzahür etdi. Təəssüflər olsun ki, bu gün ətrafına 5-10 nəfər toplayıb  və ya sosial şəbəkədə hər hansı dini motivli səhifə açaraq öz aləmində İslamı təbliğ edən, Allah qatında savab qazanan, əslində isə İslama bayağı söhbətləri, gülməli “hədislərlə” zərbə vuran kifayət qədər insan var. Özlərinin azğınlıqda olmaları bir yana, hələ insanları da uğurla azdırırlar. Qəribədir ki, insanlar da məmnuniyyətlə onların ardınca gedir. Səbəbi? Zənnimizcə əsas səbəb insanların düşünməməsində, hər eşitdiklərini ağıl süzgəcindən keçirmədən qəbul etmələrindədir. Nəticədə də yuxarıda qeyd etdiyimiz acınacaqlı mənzərə yaranır. İslam haqqında yanlış məlumatlar yayanlara isə bir məsləhətimiz var. Sizin İslama ən gözəl, ən üstün xidmətiniz İslamdan danışmamağınız olar. İnşallah Rəbbimiz sizin bu susmağınızı elə İslama göstərdiyiniz xidmət kimi dəyərləndirər.

P.S. Bir məsələni də qeyd edək. Müctəhidə təqlid lazımdır, onun fətvalarına əməl etmək də labüddür. Ancaq hər şeyi alimin ixtiyarına buraxmaq, öz ağlını isə soyuducuda saxlamaq da olmaz. Allah Quranda insana düşünmək əmrini verirsə, ona bu qabiliyyəti veribsə, bu nemətini şükürünü etməliyik. Düşünmək istedadının şükürü isə elə düşünməkdir. Düşünməkdən vaz keçən insan Allahın bu nemətinə naşükürlük edir.



Yerləşdirilib:3 İyul, 2019  15:04, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
22 İyul, 2019
İranda ABŞ casusları edam olunacaqlar
22 İyul, 2019
Türkiyə İraqda PKK-nın mövqelərinə hava zərbəsi endirib
22 İyul, 2019
BƏƏ-də ərinin telefonuna baxan qadın cərimələndi
22 İyul, 2019

Şüurumuz Allahı dərk edə bilərmi? İslam suallarda

22 İyul, 2019

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

22 İyul, 2019
Nigeriyada 37 nəfər qətlə yetirilib
20 İyul, 2019

Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır

20 İyul, 2019
ABŞ-ın Səudiyyəyə 500 hərbi qüvvə göndərməsi rəsmən təsdiqlənib
20 İyul, 2019

Hansı hallarda ölüyə toxunmaq qüslü (məssi-meyyit) insana vacib olur? İslam suallarda

20 İyul, 2019
Saakaşvili Zelenskiyə şans vermək qərarına gəldi
20 İyul, 2019
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
19 İyul, 2019

Ərbildə türk diplomatını kim öldürüb? Nəzər nöqtəsi

19 İyul, 2019
İraqda 6 PKK terrorçusu zərərsizləşdirilib
19 İyul, 2019

Yəmən münaqişəsinin sonlandırılmasının vaxtı çatıb – Səudiyyə rəsmisi

19 İyul, 2019

Hənəfi məzhəbinə görə, nə qədər məsafədə səfər sayılar? İslam suallarda

19 İyul, 2019

Əfqanıstan universitetində partlayış, 7 ölü

19 İyul, 2019
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirir
18 İyul, 2019
Pakistanın keçmiş Baş naziri saxlanıldı
18 İyul, 2019

Ermənistanla sərhəddə hərbçimiz yaralandı

18 İyul, 2019

Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı

18 İyul, 2019

ABŞ Konqresi Trampın impiçmenti qətnaməsinin əleyhinə səs verib

18 İyul, 2019

Türkiyə ordusu İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib

18 İyul, 2019

Bir çətin işi həll etmək üçün hansı duanı oxumaq faydalıdır? İslam suallarda

18 İyul, 2019
"Taliban"çılar Əfqanıstan ordusunun generalını öldürüblər
18 İyul, 2019
Türkiyə ABŞ-ın F-35 proqramından çıxarılmasını pisləyib
17 İyul, 2019
Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verilib
17 İyul, 2019
Bağdadinin gizləndiyi ölkə açıqlandı
17 İyul, 2019

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

XƏBƏRARXİVİ
«İyl.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com