Ordu günündə şah əcdadımızın ziyarəti həyata keçirildi

Bir qrup tarixçi, araşdırmaçı, QHT fəalı, jurnalist, məmur, müəllim, tələbə, şagird 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə Şah İsmayıl Səfəvinin babası Şeyx Cüneydin Qusar rayonu Həzrə kəndində yerləşən məqbərəsini ziyarət edib. Ziyarət "Tarixinə sahib çıx" başlığıyla gerçəkləşdirilib. Tarixçi-alim, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədlinin təşəbbüsü ilə başladılan aksiya, Müasir İnkişaf Birliyi və "Gənclərin Töhfəsi" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Akiyanın keçirilməsinə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi dəstək verib. Aksiyaya təkcə paytaxt sakinləri deyil, eyni zamanda ölkənin bir sıra rayon və şəhərlərindən də iştirakçılar qatılıb.

Məqbərədə ziyarət zamanı tarixçi-alim Kərəm Məmmədli aksiyanın həyata keçirilmə səbəbləri, ordu günündə cəmiyyətin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində görülməsi vacib olan işlərdən danışıb. Alim daha sonra Şeyx Cüneyd, Şah İsmayıl və ümumilikdə Səfəvilərin apardıqları tarixi mübarizə haqqında aksiya iştirakçılarına ətraflı məlumat verib: "Bu aksiyanın məhz ordu gününə həsr olunması Səfəvi tarixinin hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılması ilə bağlıdır. Şah İsmayılın babası Şeyx Cüneyd sonradan əzəmətli Azərbaycan Səfəvi dövlətinin yaranmasına səbəb olan bu müqəddəs mücadilənin əsasını qoyub”. O, Səfəvi tarixini Azərbyacan xalqının "qızıl dövrü" adlandıraraq onu daim təbliğ etməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə bu təbliğat cəmiyyətin vətənpərvərlik ruhunu daha da artıran amildir. K.Məmmədlinin sözlərinə görə, Azərbaycan tarixinin bu cür mühüm məqamlarını cəmiyyətə, xüsusən də gənclərə daha geniş şəkildə çatdırmaq üçün "Tarixinə sahib çıx" başlığı altında aksiyanın keçirilməsi mühüm bir addımdır. K.Məmmədli gələcəkdə bu aksiyanın davam edəcəyinə inamını dilə gətirib.

Səfər zamanı, həmçinin Azərbaycan əsgəri, 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olan, 2016-cı ildə qəhrəmancasına şəhid olan Milli qəhrəman Çingiz Qurbanovun da məzarı ziyarət olunub. Ziyarətdə Milli qəhrəmanın döyüş yoldaşı da iştirak edib. Aksiya iştirakçıları Çingiz Qurbanov haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Azərbaycan dövləti, xalqı hər zaman qəhrəmanlarını, o cümlədən Ç.Qurbanovu hörmətlə yad edir, onların xatirəsini daim əziz tutur.



Yerləşdirilib:27 İyun, 2019  13:02, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
20 İyul, 2019

Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır

20 İyul, 2019
ABŞ-ın Səudiyyəyə 500 hərbi qüvvə göndərməsi rəsmən təsdiqlənib
20 İyul, 2019

Hansı hallarda ölüyə toxunmaq qüslü (məssi-meyyit) insana vacib olur? İslam suallarda

20 İyul, 2019
Saakaşvili Zelenskiyə şans vermək qərarına gəldi
20 İyul, 2019
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
19 İyul, 2019

Ərbildə türk diplomatını kim öldürüb? Nəzər nöqtəsi

19 İyul, 2019
İraqda 6 PKK terrorçusu zərərsizləşdirilib
19 İyul, 2019

Yəmən münaqişəsinin sonlandırılmasının vaxtı çatıb – Səudiyyə rəsmisi

19 İyul, 2019

Hənəfi məzhəbinə görə, nə qədər məsafədə səfər sayılar? İslam suallarda

19 İyul, 2019

Əfqanıstan universitetində partlayış, 7 ölü

19 İyul, 2019
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirir
18 İyul, 2019
Pakistanın keçmiş Baş naziri saxlanıldı
18 İyul, 2019

Ermənistanla sərhəddə hərbçimiz yaralandı

18 İyul, 2019

Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı

18 İyul, 2019

ABŞ Konqresi Trampın impiçmenti qətnaməsinin əleyhinə səs verib

18 İyul, 2019

Türkiyə ordusu İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib

18 İyul, 2019

Bir çətin işi həll etmək üçün hansı duanı oxumaq faydalıdır? İslam suallarda

18 İyul, 2019
"Taliban"çılar Əfqanıstan ordusunun generalını öldürüblər
18 İyul, 2019
Türkiyə ABŞ-ın F-35 proqramından çıxarılmasını pisləyib
17 İyul, 2019
Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verilib
17 İyul, 2019
Bağdadinin gizləndiyi ölkə açıqlandı
17 İyul, 2019

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

17 İyul, 2019

Suriyada avtomobil partladılıb, 4 hərbçi ölüb

17 İyul, 2019

Şah İsmayıl Səfəvi Xətai kim olub?

17 İyul, 2019

Bu gün Şah İsmayıl Xətainin doğum günüdür

17 İyul, 2019

İsrail qüvvələri İordan çayının qərbində 19 fələstinlini həbs edib

17 İyul, 2019

Həqiqətənmi sehr-cadunu batil etmək üçün üstünə sidik töküb murdarlamaq lazımdır? İslam suallarda

17 İyul, 2019

İŞİD-ə pul köçürən azərbaycanlı həbs edildi

XƏBƏRARXİVİ
«İyl.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com