İƏT Gənclər Forumu ARM, Gənclər Nazirlərinin beynəlxalq konfransı çərçivəsində xüsusi sessiya keçirdi

Portuqaliyanın paytaxtı Lissabon şəhərində 21-23 iyun tarixlərində Lisboa+21 Gənclər Nazirlərinin Dünya Konfransı və Gənclər Forumu keçirilib. 150-dən artıq ölkənin nümayəndələrinin, o cümlədən, 50-sinin nazir və ya nazir müavini səviyyəsində, ümumilikdə 800-ə yaxın iştirakçının iştirak etdiyi konfrans Portuqaliya hökuməti və BMT tərəfindən təşkil olunub.

Dünyada gənclərlə bağlı mövcud məsələləri əhatəli və yüksək səviyyədə müzakirədə edən konfransın işində iştirak edən İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu ARM) təmsil etdiyi regionun gəncləri üçün “Gənclər və Hökumətlərin dayanaqlı inkişaf üçün sülh və təhlükəsizliyə nail olmaq uğrunda birgə fəaliyyəti” adlı xüsusi sessiya təşkil edib. Konfransın rəsmi proqramına daxil edilən sessiyada həm hökumət nümayəndələri, həm də gənc nümayəndələr çıxışçı kimi iştirak etdilər. Pakistanın Baş Nazirinin Gənclər məsələləri üzrə xüsusi köməkçisi Usman Dar, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev və Rumıniya Gənclər və İdman Nazirinin müavini Kristina Androniç sessiyada çıxış edərək təmsil etdikləri ölkələrdə gənclərlə bağlı görülən işlər, əldə edilən nailiyyətlər və həmçinin gələcək planlarla bağlı məlumat verdilər. Bundan əlavə, Pakistan, Azərbaycan və Rumıniyanın gənclər nümayəndələri sessiyada çıxış etdilər. Sessiyada Azərbaycanı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova təmsil etdi.

Yuxarıda qeyd olunan sessiyanın təşkilatçısı İƏGF Avrasiya Regional Mərkəzi adından Lisboa+21 Gənclər Nazirlərinin Dünya Konfransında iştirak edən Mərkəzin Baş Direktoru Elməddin Mehdiyev yüksək səviyyədə təşkil olunmuş konfransın dünyada gənclərlə bağlı mövcud problemləri, bu sahədə atılan addımları, uğurlu örnəkləri və həmçinin prioritet və planları müzakirə etdiyini bildirdi. Konfrans proqramı çərçivəsində Mərkəzin təşkil etdiyi sessiyaya böyük marağın olduğunu və bu vasitə ilə Mərkəzin birbaşa işlədiyi ölkələrin əlaqəli dövlət qurumları və gənclər nümayəndələri vasitəsilə məhsuldar müzakirələrin və təcrübə bölüşməsinin keçirildiyini vurğulayan E.Mehdiyev konfransın ümumi işində də Azərbaycan heyətinin aktiv iştirakını qeyd etdi. O, həmçinin bildirdi ki, konfransın açılışında və bağlanışında çıxışçılar tərəfindən ev sahibi ölkə ilə yanaşı yalnız Azərbaycanın adı qeyd olunub və 2014-cü ildə Bakıda keçirilən Gənclər Siyasəti üzrə 1-ci Qlobal Forum 1998-ci ildən bu yana dünyada gənclərlə bağlı atılan ən mühüm addımlardan biri kimi qeyd olunub.

Xatırladaq ki, 1-cisi 1998-ci ildə hazırkı BMT Baş Katibi Antonio Gutierres Portuqaliya Baş Naziri olduğu zaman onun təşəbbüsü ilə Lissabonda keçirilən  Gənclər Nazirlərinin Dünya Konfransı və Gənclər Forumu 21 il sonra yenə Lissabonda Antonio Gutierres BMT Baş Katibi olaraq iştirakı ilə keçirilib. Konfransın açılışında Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa, BMT Baş Assambleyasının prezidenti Maria Fernanda Espinoza, BMT Baş Katibinin Gənclərlə bağlı xüsusi nümayəndəsi Jayatma Vikramanayake iştirak etdi. Konfransın bağlanışı isə 23 iyun tarixində BMT Baş Katibi Antonio Gutierresin və digər rəsmilərin iştirakı ilə keçirilmişdir.



Yerləşdirilib:24 İyun, 2019  17:47, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
20 İyul, 2019

Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır

20 İyul, 2019
ABŞ-ın Səudiyyəyə 500 hərbi qüvvə göndərməsi rəsmən təsdiqlənib
20 İyul, 2019

Hansı hallarda ölüyə toxunmaq qüslü (məssi-meyyit) insana vacib olur? İslam suallarda

20 İyul, 2019
Saakaşvili Zelenskiyə şans vermək qərarına gəldi
20 İyul, 2019
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
19 İyul, 2019

Ərbildə türk diplomatını kim öldürüb? Nəzər nöqtəsi

19 İyul, 2019
İraqda 6 PKK terrorçusu zərərsizləşdirilib
19 İyul, 2019

Yəmən münaqişəsinin sonlandırılmasının vaxtı çatıb – Səudiyyə rəsmisi

19 İyul, 2019

Hənəfi məzhəbinə görə, nə qədər məsafədə səfər sayılar? İslam suallarda

19 İyul, 2019

Əfqanıstan universitetində partlayış, 7 ölü

19 İyul, 2019
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirir
18 İyul, 2019
Pakistanın keçmiş Baş naziri saxlanıldı
18 İyul, 2019

Ermənistanla sərhəddə hərbçimiz yaralandı

18 İyul, 2019

Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı

18 İyul, 2019

ABŞ Konqresi Trampın impiçmenti qətnaməsinin əleyhinə səs verib

18 İyul, 2019

Türkiyə ordusu İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib

18 İyul, 2019

Bir çətin işi həll etmək üçün hansı duanı oxumaq faydalıdır? İslam suallarda

18 İyul, 2019
"Taliban"çılar Əfqanıstan ordusunun generalını öldürüblər
18 İyul, 2019
Türkiyə ABŞ-ın F-35 proqramından çıxarılmasını pisləyib
17 İyul, 2019
Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verilib
17 İyul, 2019
Bağdadinin gizləndiyi ölkə açıqlandı
17 İyul, 2019

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

17 İyul, 2019

Suriyada avtomobil partladılıb, 4 hərbçi ölüb

17 İyul, 2019

Şah İsmayıl Səfəvi Xətai kim olub?

17 İyul, 2019

Bu gün Şah İsmayıl Xətainin doğum günüdür

17 İyul, 2019

İsrail qüvvələri İordan çayının qərbində 19 fələstinlini həbs edib

17 İyul, 2019

Həqiqətənmi sehr-cadunu batil etmək üçün üstünə sidik töküb murdarlamaq lazımdır? İslam suallarda

17 İyul, 2019

İŞİD-ə pul köçürən azərbaycanlı həbs edildi

XƏBƏRARXİVİ
«İyl.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com