İslama çirkin qaloş müdaxiləsi

Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub. Belə ki, Goranboy rayonu Qurbanzadə kəndində çəkilən videoda “Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər.

Hadisə yerli sakinlərin seyid kimi tanıdıqları və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evində baş verib (hadisə yerində onun büstü də gətirilib). İnsanlar onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar.

Bu görüntülərin sosial şəbəkələrdə yayılması sanki məqam gözləyən bəzi şəxslərin növbəti dəfə ziyarətgahlara, pirlərə, övliyalara, ümumən şəfaət mövzusuna dil uzatmağına səbəb olub. Eyni zamanda DQİDK-nın ünvanına da ittihamlar səslənib: bu biabırçılığın qarşısı niyə alınmır? İslam.az olaraq bəzi məqamlara aydınlıq gətirməyi özümüzə borc bildik.

Əvvəla qeyd edək ki, sözügedən kadrların nə ziyarətgah, nə şəfaət, nə də övliya mövzuları ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Niyə?

Çünki videoda şəriətin əsas tələblərinə daban-dabana zidd olan görüntülər əksini tapıb. Belə ki, özünü mərhum seyidin nümayəndəsi kimi qələmə verən şəxs “qəbuluna” növbə gözləyən bütün qadınlara “şəfaverici qaloşla” bərabər əlini də sürtür, guya onların qada-balasını aradan aparır. İslamın adından çıxış edən şəxs naməhrəmə toxunmağın yasaq olduğundan bixəbərdir. Ya da xəbəri var, sadəcə olaraq “loxotron” biznesi ilə ziddiyyət təşkil etdiyi üçün özünü xəbərsiz kimi aparır.

Başqa bir məsələ. Əlbəttə ki, DQİDK, Təhsil Nazirliyi və ya hər hansı digər qurumun ünvanına ittihamlar səsləndirmək asandır. Ancaq zənnimizcə, bu, qapalı dairədir. Bəli, bu gün adi vətəndaşa İslamın əsaslarını nə orta məktəbdə, nə də Ali təhsil ocaqlarında öyrətmirlər. Amma bu heç də dinində fransız olana bəraət qazandırmır. Çünki videoda bir-iki cahili görmürük, kadrlarda kifayət qədər izdiham əksini tapıb. Deməli söhbət  daha  çox qaydalardan istisnadan deyil, elə qaydanın özündən gedir. Gəlin etiraf edək ki, ölkə əhalisinin böyük əksəriyyəti özünü müsəlman saysa da, dininin heç təməl prinsiplərindən belə anlayışı yoxdur. Həqiqətən Allahı arayan şəxs ən azından İnternet vasitəsi ilə onu maraqlandıran suallara cavab tapa bilər. Lakin bu baş vermir. Niyə? Çünki cahillik, Nadanlıq, fasiqlik yolu daha asandır. Hər gün 5 namaz qılmaq, ildə 1 ay oruc tutmaq İslamın qadağan etdiklərindən uzaq durmaq insanlarımıza ağır, məşəqqətli gəlir. İldə bir dəfə gedib hansısa heykələ tapınmaq, hansısa qaloşa sürtünmək daha asan deyilmi? Məgər bu “qaloş piri” məmləkətimizdə yeganə biabırçılıqdı?

Eyni zamanda etiraf etmək lazımdır ki, əslində belə hallar illərlə cahilliklə mübarizə aparmaq adı altında dinin özünü öyrənilməsinə mane olmaqdan yaranıb. Dinini bilsə, belə davrananları xalq özü qınayar.

Odur ki, məsələni kompleks şəkildə, əsaslı surətdə həll etmək lazımdır, həm dövlət qurumları səviyyəsində, həm də fərdi müstəvidə. Hər kəs də bu məsələdə məsuliyyətini dərk etməli, nə vaxtsa Yaradanın qarşısında dayanacağına iman gətirərək “Dinini necə öyrəndin?”, “Dinini necə öyrətdin?” suallarına indidən cavab aramalıdır.



Yerləşdirilib:10 İyun, 2019  11:47, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 İyul, 2019
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası Bakıda keçiriləcək
23 İyul, 2019
Tacikistan və Qırğızıstan arasında əsl müharibə gedir
23 İyul, 2019

Mübariz Qurbanlı : Ağdamda 17 məscid dağıdılıb

23 İyul, 2019
Suriyadan atılan raket Türkiyədə yaşayış evinə düşdü
23 İyul, 2019

Qohum günah əhlidirsə, onunla əlaqəni kəsmək olarmı? İslam suallarda

23 İyul, 2019

Tramp: 10 milyon insanı öldürmək istəmirəm

23 İyul, 2019

Ağdamın işğalından 26 il ötür

22 İyul, 2019
İranda ABŞ casusları edam olunacaqlar
22 İyul, 2019
Türkiyə İraqda PKK-nın mövqelərinə hava zərbəsi endirib
22 İyul, 2019
BƏƏ-də ərinin telefonuna baxan qadın cərimələndi
22 İyul, 2019

Şüurumuz Allahı dərk edə bilərmi? İslam suallarda

22 İyul, 2019

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

22 İyul, 2019
Nigeriyada 37 nəfər qətlə yetirilib
20 İyul, 2019

Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır

20 İyul, 2019
ABŞ-ın Səudiyyəyə 500 hərbi qüvvə göndərməsi rəsmən təsdiqlənib
20 İyul, 2019

Hansı hallarda ölüyə toxunmaq qüslü (məssi-meyyit) insana vacib olur? İslam suallarda

20 İyul, 2019
Saakaşvili Zelenskiyə şans vermək qərarına gəldi
20 İyul, 2019
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
19 İyul, 2019

Ərbildə türk diplomatını kim öldürüb? Nəzər nöqtəsi

19 İyul, 2019
İraqda 6 PKK terrorçusu zərərsizləşdirilib
19 İyul, 2019

Yəmən münaqişəsinin sonlandırılmasının vaxtı çatıb – Səudiyyə rəsmisi

19 İyul, 2019

Hənəfi məzhəbinə görə, nə qədər məsafədə səfər sayılar? İslam suallarda

19 İyul, 2019

Əfqanıstan universitetində partlayış, 7 ölü

19 İyul, 2019
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirir
18 İyul, 2019
Pakistanın keçmiş Baş naziri saxlanıldı
18 İyul, 2019

Ermənistanla sərhəddə hərbçimiz yaralandı

18 İyul, 2019

Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı

18 İyul, 2019

ABŞ Konqresi Trampın impiçmenti qətnaməsinin əleyhinə səs verib

XƏBƏRARXİVİ
«İyl.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com