Bayram niyə fərqli günlərdə qeyd olunur?

Bütün dünya müsəlmanlarının vahid rəyə gələrək, ixtilafsız, mübahisəsiz eyni gündə Ramazan orucu tutmağa başlamasını və eyni gündə bayram etməsini hamımız nə qədər arzulasaq da fakt bundan ibarətdir ki, hələ belə deyil. Hər il yeni ayın başlama və bitməsi ilə bağlı fikir ayrılıqları baş verir.

Əvvəla onu qeyd edək ki, bu fikir ayrılığı yeni məsələ və dövrümüzün məhsulu deyil. Hədis kitablarında bu ixtilafın səhabələr dövründə də baş verməsini əks etdirən hədislər var. Bunların ən bariz nümunəsi Müviyənin xilafəti dövründə Şamda yaşayan Müaviyə və Mədinədə yaşayan İbni-Abbas arasında baş verən məsələdir ki, o zaman Mədinə camaatı Ramazan orucuna Şam əhalisindən bir gün sonra başlamış, xəlifənin və ətrafının şahidliyinə baxmayaraq İbni-Abbas Mədinə üçün Ramazan orucuna fərqli gün seçmiş və səbəbini  fərqli üfüqlə əsaslandırmışdı.

Bəs bu fikir ayrılıqlarınıın səbəbi nədir?

Bu fərqliliyin əsas səbəbi, yeni Ayın hilalının hansı formada görünüb görünməməsi ilə əlaqədardır.

1. Bir mövqeyə görə, yeni Ayın hilalı dünyanın hər hansı məntəqəsində gözlə görünsə, bütün müsəlmanlara aiddir və yeni ayın başlanması deməkdir.

2. Əks mövqeyə görə, yeni Ayın hilalı yalnız eyni üfüqdə (gecə və gündüzü bir neçə saat fərqlə eyni olan bölgələr) olan ölkələr üçün keçərlidir. Məsələn, Azərbaycanda gündüz olduğu halda, kimsə Amerikada gecə Ayı görsə, bu Azərbaycan üçün keçərli deyil. Hər iki halda əsas şərt yeni Ayın hilalının mütləq adi gözlə görünməsidir.

3. Digər bir mövqeyə görə, yeni Ayın hilalının adi gözlə görünməsi də vacib deyil. Teleskopla da görmüş olsalar, gözlə görülmüş sayılacaq.

4. Daha bir mövqeyə görə isə nə adi gözlə, nə də teleskopla görünməsi vacib deyil. Hesablamaya görə yeni Ayın gün batan zamanı üfüqdən yuxarı olması təsdiq olarsa, Ayın gözlə, teleskopla görünməsinə ehtiyac yoxdur, yeni ay daxil olmuş sayılacaq.

Hətta bu sadaladığımız mövqelərin də özündə xırdalıqlar var ki, onlara varmaq istəmədik. Əsas bu dörd metodoloji yanaşma üzrə yeni ay müəyyən olunur.

Qeyd etmək istədiyimiz ən mühüm məqam budur ki, bəzilərinin cidd-cəhdlə təqdim etmək istəməsinin əksinə olaraq bu fərqli mövqelərin MƏZHƏB MƏNSUBİYYƏTİNƏ HEÇ BİR DƏXLİ YOXDUR! Həm sünnilik, həm də şiəlikdə bu fərqli mövqelərdə dayanan alimlər olub və var. Bunu hər il Ramazanı fərqli günlərdə qeyd edən ölkələrin siyahısına baxanda da görmək olar.

Bu il bayramı İran və İraqın şiə alimləri ilə birgə 5 iyunda qeyd edən Malaziya, İndoneziya, Pakistan, Orta Asiya respublikaları, Dağıstan, Hindistan, Banqladeş və Avstraliya müsəlmanları şiə deyil, sünnidir. Eyni zamanda, şiə alimlərindən mərhum Livanlı ayətullah Fəzlullah yeni ayı hesablama ilə müəyyən etməyi, mərhum İranlı ayətullah Fazil Lənkərani isə teleskopla görməyi icazəli biliblər. Müasir iraqlı ayətullah Kamal Heydəri də ənənəvi şiə alimlərindən fərqli mövqeyə malikdir.

Bu mövqelərdə duranların heç biri, inanmaq istəyirik ki, bu fikir ayrılığını qəsdən salmır və Peyğəmbər(s) ənənəsinə daha yaxın olmaq üçün çalışırlar.

Odur ki, gəlin bu fikir ayrılığını bir çoxlarımızın heyranı olduğumuz müasir dünya plyüralizmi və fikir azadlığı kimi qəbul edib hamının mövqeyinə hörmət göstərək. Bir birimizin mövqeyini sərt sözlər və rişxəndlə tənqid etməyək. Son nəticədə, bütün dünya müsəlmanları bir birinə nəyisə sübut etmək xatirinə yox, Allahın razılığını qazanmaq üçün oruc tutublar. Hər halda “qürbətən iləllah” deyərkən belə iddia ediblər. Biz də buna inanmaq istərdik.

Odur ki, Fitr bayramını iyunun 4-də və ya iyunun 5-də qeyd etməsindən asılı olmayaraq, bütün müsəlmanların bayramını təbrik edirik!



Yerləşdirilib:4 İyun, 2019  13:25, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
22 Noyabr, 2019

ABŞ Dövlət katibi İrandakı etirazçılara farsca müraciət etdi

22 Noyabr, 2019
Türkiyədə daha 92 hərbçi barəsində saxlanılma qərarı verildi
22 Noyabr, 2019

Namaz zamanı ağlamaq namazı batil edirmi? İslam suallarda

22 Noyabr, 2019
Fransalı sədəqə verdiyinə görə 100 avro cərimələndi
22 Noyabr, 2019
Binyamin Netanyahuya ittiham irəli sürülüb
21 Noyabr, 2019
“Religious Tourism Destinations in Azerbaijan” adlı kitab işıq üzü görüb
21 Noyabr, 2019
Rusiya hərbi polisi ABŞ-ın Suriyadakı keçmiş bazasını tutub
21 Noyabr, 2019

Kəbin kəsilən zaman qadın mehriyyədən tamamilə imtina etsə və kəbin mehriyyəsiz kəsilsə, düzgündürmü? İslam suallarda

21 Noyabr, 2019

Suriyanın İdlib bölgəsindəki düşərgə raket atəşinə tutulub, 12 nəfər ölüb

21 Noyabr, 2019

İranda iğtişaş yaradan qrupların başçıları həbs olunub

20 Noyabr, 2019

Deyirlər ki, sübh namazı ilə Günəşin doğuşu arasındakı vaxt ərzində yatmaq olmaz. Bu söz doğrudurmu? İslam suallarda

20 Noyabr, 2019
ABŞ helikopteri Əfqanıstanda qəzaya uğrayıb, ölənlər var
20 Noyabr, 2019

Qarakənd faciəsindən 28 il ötür

19 Noyabr, 2019
Sosial etiraz, təxribat, hakimiyyətdaxili mübarizə: İranda nə baş verir? - TƏHLİL
19 Noyabr, 2019

Tehranda aksiyalar zamanı 3 asayiş keşikçisi ölüb

18 Noyabr, 2019
Rusiya Kerç boğazında saxladığı gəmiləri Ukraynaya təhvil verib
18 Noyabr, 2019

Əhməd Turqut: “Ümmətin ən ciddi problemi hikməti itirməsidir” Video

18 Noyabr, 2019

İnsan Allahı dərk edə bilərmi? Əgər dərk edə bilməzsə, tövhidi necə anlamalıdır? İslam suallarda

18 Noyabr, 2019
ABŞ İrandakı etiraz aksiyalarını dəstəklədi
18 Noyabr, 2019

Türkiyədə ilin əvvəlindən 457 terrorçu zərərsizləşdirilib

16 Noyabr, 2019
İsrail Qəzza zolağını bombaladı
16 Noyabr, 2019

İntihar edərək ölmüş şəxsə cənazə namazı qılmaq və onun üçün ehsan vermək lazımdırmı? İslam suallarda

16 Noyabr, 2019

İraqda partlayış zamanı 6 nəfər öldürülüb

16 Noyabr, 2019

Türkiyə ordusu İraqda PKK-nın 5 terrorçusunu zərərsizləşdirib

15 Noyabr, 2019

Dünya dini liderlərinin II Bakı Sammiti başa çatıb

15 Noyabr, 2019

Ayətullah Sistani iraqlı aksiyaçılara müraciət edib

15 Noyabr, 2019

Doğurdanmı "Coca-Cola" məhsullarını almaq və içmək olmaz? İslam suallarda

15 Noyabr, 2019

Peyğəmbərin mövlud günlərində Peyğəmbərdən (s) nəsihətlər eşidək

XƏBƏRARXİVİ
«Noy.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com