Bu gün, mayın 26-ı, ehtimal olunan ikinci Qədr gecəsidir

Ramazanın 20-dən 21-nə keçən gecə (bu il mayın 26-dan 27-nə keçən gecə) ehtimal olunan ikinci Qədr gecəsidir. Quran məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub və  ola bilər ki, bu, məhz Ramazanın 20-dən 21-ə keçən gecəsidir.

Qədr gecəsinin konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər(s) və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də adlandırılır.

Ramazanın 20-dən 21-nə keçən gecə digər bir hadisə ilə də əlamətdardır. Hicri tarixi ilə 40-cı ildə müsəlmanların birinci imamı Əli (ə.s) dünyasını dəyişib. Həzrət Əli (ə.s) birinci Qədr gecəsi məsciddə namaz qılarkən ibn Mülcəm tərəfindən qılınc zərbəsinə məruz qalıb, 2 gün sonra isə şəhid olub. İmam Əli (ə.s) bəşər övladı olaraq yeganə şəxsdir ki, dünyaya Kəbədə gəlmiş, dünyasını isə Allah evində dəyişmişdir.

Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır. Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

1. Qüsl etmək.

2. Səhərə qədər məsciddə ibadət etmək.

3. 2 rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alını səcdəyə qoyub 70 dəfə “əstəğfirullahə və ətubu ileyh” deyilir.)

4. Quranı açıq halda baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək.

5. İmam Əli (ə) və İmam Huseynin (ə) ziyarətnaməsini oxumaq.

6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də, 6 günlük qəza namazı qılınmış olur.

7. İmam Səccadın (ə) Qədr gecəsində oxuduğu duanı oxumaq.

8. Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək.

(Daha geniş məlumat üçün bura baxa bilərsiz - http://az.islam.az/article/a-104.html)

Allah orucunuzu qəbul etsin!

İftar duası: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"



Yerləşdirilib:26 May, 2019  10:08, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 Sentyabr, 2019

Tramp: İrana girmək dünyanın ən asan işidir

21 Sentyabr, 2019
Suriya ordusu Hələb yaxınlığında yaraqlıları məhv edib
21 Sentyabr, 2019

313 ədədinin müqəddəsliyi varmı? İslam suallarda

21 Sentyabr, 2019
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar
21 Sentyabr, 2019

Kərbəlada partlayış nəticəsində 17 nəfər ölüb

20 Sentyabr, 2019
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb
20 Sentyabr, 2019

Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? DQIDK-dan açıqlama

20 Sentyabr, 2019

Quran günahkarların səhv mühakiməsi barədə

20 Sentyabr, 2019

Yəməndə Səudiyyənin 5 hərbçisi öldürülüb

20 Sentyabr, 2019

Netanyahu yalan məlumatlarla Trampı aldadırdı – ABŞ-ın sabiq dövlət katibi

20 Sentyabr, 2019

Qazı Əbu Yusif kimdir? İslam suallarda

20 Sentyabr, 2019

ABŞ generalı Kalininqrada zərbə haqqında söz açdı

20 Sentyabr, 2019

Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatlara başlayıb

19 Sentyabr, 2019

Ermənilər Azərbaycanın “ikinin ikiyə”  təklifinə baxır

19 Sentyabr, 2019

Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istəyib

19 Sentyabr, 2019

Əfqanıstanda hava hücumu zamanı 30 nəfər ölüb

19 Sentyabr, 2019

“Petriot”lar dronlar qarşısında niyə aciz qaldı...

19 Sentyabr, 2019

Kərbəlada təəccüblü məqamlardan biri Video

19 Sentyabr, 2019

Almaniya Qaşıqçının qətlini Səudiyyə Ərəbistanına hələ də bağışlamayıb

19 Sentyabr, 2019

Birinin varlı, o birinin kasıb olması alın yazısıdır? İslam suallarda

19 Sentyabr, 2019

Tramp: "ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək"

19 Sentyabr, 2019
Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumla bağlı İranı ittiham edib
18 Sentyabr, 2019

Misirdə polislə silahlılar arasında atışma, 9 ölü

18 Sentyabr, 2019

Səudiyyədə baş verənlər xəbərdarlıq idi - Həsən Ruhani

18 Sentyabr, 2019

Belə namaz və belə namaz qılanlar da var... Günün fotosu

18 Sentyabr, 2019

Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş

18 Sentyabr, 2019

Yemək süfrəsi arxasında danışmaq olarmı? İslam suallarda

18 Sentyabr, 2019
ABŞ Türkiyəni onlardan silah almağa çağırıb
XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com