Qədr gecəsinin əməlləri

Hər şeydən əvvəl Qədr gecəsində (gecələrində) yatmayıb oyaq qalmaq hədislərdə tövsiyə edilib.

Buna ərəb dilində "ehya" deyirlər (xalq arasında Qədr gecələrini "ehya gecələri" adlandırırlar). Amma sadəcə olaraq yatmayıb oyaq qalmaqla iş bitmir. Bu gecəni ibadətlə, dua ilə, Allahın böyüklüyü, əzəməti və qüdrəti barədə düşünməklə, savab işlər görməklə keçirmək əsas şərtdir. Qədr gecələrində istənilən cür ibadət etmək, istənilən qədər namaz qılmaq və dua oxumaq olar. Hər kəs bacarığına və istəyinə uyğun olaraq öz ibadət proqramını təşkil etməkdə azaddır.

Peyğəmbər Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. 23-cü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, ehya saxlasınlar; yuxulu olanların üzünə su çiləyərdi.

Qədr gecələrində yerinə yetirilməsi tövsiyə edilən əməllər:

1. Qədr gecələrində qüsl almaq (məğrib azanından qabaq olması daha yaxşıdır).

2. Səhərə qədər məsciddə ibadət etmək (Əhya saxlamaq).

3. Əhya gecələrində iki rükət namaz qılıb, hər rükətdə "Fatihə" surəsindən sonra 7 dəfə "İxlas" surəsini oxumaq və axırda 70 dəfə istiğfar etmək ("Əstəğfirüllahə və ətubü ileyh") tövsiyə olunub. Peyğəmğər buyururdu ki, bu namazı qılan adam yerindən qalxmazdan qabaq Allah onun özünün və ata-anasının günahlarını bağışlayar.

4. Qurani-kərimi açıq vəziyyətdə öz qarşısına qoyub bu duanı oxumaq da müstəhəb sayılır: "Allahümmə inni əsəlükə bi-kitabikəl-münzəli və ma fih. Və fih-ismükəl-əkbərü və əsmaükəl-hüsna və ma yüxafü və ma yürca. Ən təcələni min ütəqaikə minən-nar".

Tərcüməsi: "İlahi, endirdyin kitaba (Qurana) və onun içindəkilərə, Quranın içindəki ən böyük adına, ən gözəl adlarına, qorxmalı və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından bağışladığın adamlardan biri edəsən". Bu dua bitdikdən sonra hər kəs öz dualarını edə bilər.

5. Qurani-kərimlə yerinə yetirilən dua ənənəsi. Bu ənənəyə görə, Quranı qaldırıb baş üzərində tutur və bu duanı oxuyurlar:

"Allahümmə bi-həqqi hazəl-Quran. Və bi-həqqi mən ərsəltəhü bih. Və bi-həqqi külli möminin mədəhtəhü fih. Və bi-həqqikə əleyhim. Fəla əhədə ərəfü bihəqqikə minkə".

Tərcüməsi: "İlahi, səni and verirəm bu Quranın haqqına, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqına, Quranda təriflədiyin bütün möminlərin haqqına. Səni and verirəm Sənin onlar üzərində olan haqqına. Sənin haqqını Səndən daha yaxşı heç kim bilməz".

Sonra aşağıdakı sözlərin hərəsini 10 dəfə demək lazımdır: "Bikə ya Allah", "bi-Mühəmməd", "bi-Əliyy", "bi-Fatimə", "bil-Həsən", "bil-Hüseyn", "bi-Əliyy ibnil-Hüseyn", "bi-Mühəmməd ibni Əliyy", "bi-Cəfər ibni Mühəmməd", "bi-Musəbni Cəfər", "bi Əliyy ibni Musa", "bi-Mühəmməd ibni Əliyy", "bi-Əliyy ibni Mühəmməd", "bil-Həsən ibni Əliyy" və "bil-Hüccə". Bundan sonra hər kəs ürəyində bir niyyət tutub, onun həyata keçməsini Allahdan istəməlidr. Göründüyü kimi, bu yolla insan Peyğəmbərin, Fatimeyi-Zəhranın və 12 imamın xatirinə Allaha and verir ki, onun dualarını eşitsin və istəyini yerinə yetirsin.

6. Ramazanın 19-cu gecəsində (İmam Əlinin yaralandığı gecədə) o həzrətin qatilinə bu sözlərlə 100 dəfə lənət göndərmək buyurulur:"Allahümməl-ən qətələtə əmiril-möminin" ("İlahi, möminlərin əmirini öldürənə lənət et").

Ümumiyyətlə, Qədr gecələrində edilən duaların daha tez müstəcab olduğu barədə rəvayətlər çoxdur.

Bundan başqa, Qədir gecələrinin müstəhəb əməlləri rəngarəngdir. Daha artıq savab qazanmaq və bu gecənin haqqını vermək istəyən adam öz imkanı dairəsində aşağıdakı əməlləri də yerinə yetirə bilər. Məsələn, Quran oxumaq müstəhəbdir. Xüsusilə, 23-cü gecədə "Ənkəbut" və "Düxan" surələrini tilavət etmək, "Qədr" surəsini min dəfə (və ya bacardığı qədər) təkrarlamaq savab sayılır. Bu gecələrdə "Cövşəni-kəbir" duasını oxumağın da savabı var. Qədr gecələrində çoxlu istiğfar etmək, yəni "Əstəğfirüllahə rəbbi və ətubü ileyh" ("Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm") demək də müstəhəbdir.

Ramazan ayının gecələrində üst-üstə min rükət namaz qılmaq müstəhəbdir; 19-cu, 21-ci və 23-cü gecələrin hər birində 100 rükət namaz qılınır. Əhli-sünnə məzhəbli müsəlmanlar ramazanın bütün gecələrində olduğu kimi, bu gecələrdə də təravih namazı qılırlar.

Qədr gecələrində sədəqə vermək, etikafa girmək (ən azı 3 gün məsciddə ibadətlə məşğul olmaq) də savab sayılır.

Qədr gecələrində oxunması tövsiyə edilən başqa irihəcmli dualar da mövcuddur ki, müvafiq kitablarda (məsələn, Məfatihül-cinan" kitabında) bunlar qeyd edilib.



Yerləşdirilib:24 May, 2019  21:51, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 Oktyabr, 2019

"Allah-taala sadəlövhlərin ruzisini bol etdi ki..."

23 Oktyabr, 2019

Ramiz Mehdiyev vəzifəsindən azad edilib

23 Oktyabr, 2019
“Milli dəyərlərimizə qəsd edənlərin dövlətimiz tərəfindən durdurulması zəruridir...”
23 Oktyabr, 2019

Ən varlı insanlar bu ölkədə yaşayır

23 Oktyabr, 2019

Cənabətli şəxsin təri təmizdir ya murdardır? İslam suallarda

23 Oktyabr, 2019

Ərdoğan: "Suriya üzrə verilən vədlər tam yerinə yetirilməyib"

23 Oktyabr, 2019

Pentaqon rəhbəri: "Biz Türkiyə ilə döyüşə hazırlaşmırıq"

22 Oktyabr, 2019

Türkiyə Suriyadakı itkilərini açıqlayıb

22 Oktyabr, 2019
İŞİD İraqda neft yatağına hücum edib
22 Oktyabr, 2019
Suriya prezidenti İdlibdə döyüş cəbhəsinə baş çəkib
22 Oktyabr, 2019

Ərbəin başa çatdı, İraq yenidən qarışa bilər Nəzər nöqtəsi

22 Oktyabr, 2019

Əfqanıstanda "Taliban" yaraqlıları ilə toqquşmalarda 15 polis ölüb

22 Oktyabr, 2019

Bəzi şəxslər namazın təşəhhüd hissəsində salavat söyləməyi inkar edirlər. Bu fikir doğrudurmu? İslam suallarda

22 Oktyabr, 2019
Kürdlər Amerika hərbçilərini pomidor və kartofla “yola saldılar”
22 Oktyabr, 2019
Tramp İranı görünməmiş zərbə ilə hədələyib
21 Oktyabr, 2019

Honkonq hökuməti müsəlmanlardan üzr istəyib

21 Oktyabr, 2019

Türkiyə prezidenti: "Terrorçularla bir masaya oturmayacağıq"

21 Oktyabr, 2019

Bu il Azərbaycanda 34 dini icma dövlət qeydiyyatına alınıb

21 Oktyabr, 2019
İordan çayının qərb sahilində bir fələstinli öldürüldü
21 Oktyabr, 2019

Həkimin yuyulmasını qadağan etdiyi bədənin spirt toxunan hissəsini namaz qılmaq üçün necə pak etmək lazımdır? İslam suallarda

21 Oktyabr, 2019

ABŞ Əfqanıstandan 5 min əsgərini çıxarır

21 Oktyabr, 2019

ABŞ-da hərbi təlim zamanı üç hərbçi ölüb

19 Oktyabr, 2019

Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı açıqlanıb

19 Oktyabr, 2019

FETÖ-nün axtarışda olan “Meksika imamı” saxlanılıb

19 Oktyabr, 2019

Ərdoğan: Terrorçular bölgəni tərk etməyə başlayıb

19 Oktyabr, 2019

Hansı məkanlarda namaz qılmaq məsləhət deyil? İslam suallarda

19 Oktyabr, 2019

Kataloniyada "qaynayır": 128 nəfər saxlanılıb, 207 polis xəsarət alıb

19 Oktyabr, 2019

Bu gün, oktyabrın 19-u, Ərbəindir - Aşuranın 40-cı günü

XƏBƏRARXİVİ
«Okt.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com