Bu gün, mayın 24-ü, ehtimal edilən birinci Qədr gecəsidir

Ramazan ayının 18-dən 19-na keçən gecə (bu il mayın 24-dən 25-nə keçən gecə) birinci Qədr gecəsidir.

Məhz bu gecə Allah Quranı bəşəriyyətə nazil edib. Buna dair Müqəddəs Kitabda iki ayə var: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir”. (“Bəqərə”, 185) və “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!” (“Qədr”, 1). Bu ayələrdən aydın olur ki, Quran Ramazan ayında və Qədr gecəsi nazil olub.

Qədir gecəsinin konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər (s) və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının son 10 gününün tək gecələrindən biridir və daha çox ehtimal budur ki, 19, 21 və 23-cü gecələrindən biridir (27-ci gecə haqda da məlumat var). Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır.

Qədr gecəsi olduqca fəzilətli gecədir. Bu gecənin şəninə ayrıca bir surə nazil olduğu buna sübutdur. Məhz həmən surədə buyurulur: “Qədr gecəsi min aydan daha xeyirlidir!” (“Qədr”, 3).

Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır. Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəziləri bunlardır:

1. Qüsl etmək.

2. Səhərə qədər məsciddə ibadət etmək.

3. İki rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alını səcdəyə qoyub 70 dəfə “əstəğfirullahə və ətubu ileyh” deyilir.)

4. Quranı baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək.

5. İmam Əli (ə.s) və İmam Huseynin (ə.s) ziyarətnaməsini oxumaq.

6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də, 6 günlük qəza namazı qılınmış olur.

7. İmam Səccadın (ə.s) Qədr gecəsində oxuduğu duanı oxumaq.

8. Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək.

(Daha dəqiq məlumat üçün bu linkə baxın http://az.islam.az/article/a-104.html )

Allah orucunuzu qəbul etsin!

İftar duası: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"



Yerləşdirilib:24 May, 2019  10:04, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
14 İyun, 2019
Rusiyada İŞİD tərəfdarı saxlanılıb
14 İyun, 2019
Böyük Britaniyada cadugərlərin keçmiş həbsxanası satışa çıxarılıb
14 İyun, 2019

Xeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək axirət aləmində insana fayda verəcəkmi? İslam suallarda

14 İyun, 2019
ABŞ Oman körfəzinə hərbi gəmi göndərir
14 İyun, 2019
Nigeriyada silahlılar 62 nəfəri qətlə yetiriblər
13 İyun, 2019

Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

13 İyun, 2019

Məscidlərdə monitorinqlər aparılır - DQIDK sədri

13 İyun, 2019

"...elə güman etməsinlər ki, bu, onların xeyrinədir" Günün ayəsi

13 İyun, 2019

Oman körfəzində növbəti gərginlik: 2 tanker vuruldu

13 İyun, 2019

S-400-ün alınması məsələsi müzakirəyə bağlıdı - Ərdoğan

13 İyun, 2019

Hamiləliyin neçənci həftəsinə kimi abort etdirməyə icazə verilir? İslam suallarda

13 İyun, 2019
İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib
13 İyun, 2019
İran ABŞ ilə dialoq üçün şərtlərini açıqlayıb
12 İyun, 2019
Səudiyyə Ərəbistanında aeroporta hava hücumu
12 İyun, 2019

Allah belələrini bəlalara düçar edər

12 İyun, 2019
Tramp bilmədən məxfi sənədi mətbuata sızdırdı
12 İyun, 2019

Dubayda onlayn dilənçi 50 min dollar qazandı

12 İyun, 2019
İsrail təyyarələri Suriyaya raket zərbəsi endirib
12 İyun, 2019

Əsasən klassik şeir nümunələrində adı tez-tez çəkilən Qənbər kimdir? İslam suallarda

12 İyun, 2019
Tokayev Qazaxıstan prezidenti kimi and içib
12 İyun, 2019

Türkiyədə terrorçularla atışma: 2 hərbçi şəhid olub

11 İyun, 2019
Zelenski 15 qubernatoru işdən çıxardı
11 İyun, 2019

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib

11 İyun, 2019
Egey dənizində miqrantları daşıyan qayıq batıb
11 İyun, 2019
Süleyman peyğəmbər (ə) haqqında serial çəkilir
11 İyun, 2019

Xristian dünyasının ən bahalı sənət əsəri müsəlman şahzadənin yaxtasında

11 İyun, 2019

Qazaxıstanda iki gündə 700 mitinq iştirakçısı saxlanılıb

11 İyun, 2019

Peyğəmbərin (s) zamanında yaşamış Misir hakimi Müqəvqis kim idi? İslam suallarda

XƏBƏRARXİVİ
«İyn.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com