Qədr gecəsi necə dua edək?

“Rəbbiniz buyurdu: “Dua edin, mən də sizin dualarınızı qəbul edim”

(Mömin, 60).

Bəndəçiliyin bir əlaməti də duadır. İnsan Allaha üz tutaraq məhz Rəbbinə ehtiyaclı olduğunu, yeganə xilasının məhz Onda olduğunu nümayiş etdirir. Tanrıya hər zaman dua ilə müraciət etmək olar. Amma şübhəsiz ki, mübarək Ramazan ayı bunun üçün ən gözəl fürsətdir. Ramazan ayında isə ən uyğun zaman ehtimal edilən Qədr gecələridir. Bəs bu gecələr hansı duaları və necə edək?

İslam mənbələrində, demək olar, həyatın hər vəziyyəti üçün müəyyən dualar mövcuddur. Onları “şablon dualar” da adlandıra bilərik. Bəziləri mötəbər, bəziləri isə bir o qədər də səhih deyil. Sözsüz ki, istənilən duanı oxumaq, onları dilə gətirərək Allaha əl açmaq mümkündür. Amma bir qeydə ehtiyac duyuruq.

Təsəvvür edək ki, bir ata uzun ayrılıqdan sonra evinə dönür. Qapıda onu oğlu qarşılayır. Atasını görüncə, dərhal cibindən bir vərəq çıxarır, höccələyə-höccələyə, vurğuları düzgün qoymayaraq həyəcanlı səslə oxumağa başlayır: “Əziz və möhtərəm valideynim! Səni doğma yuvamızda səmimi qəlbdən salamlayıram! Qədəmlərin mübarək olsun! Səni bizə qovuşduran yollar, sözsüz ki, dünyanın ən üstün yollarıdır! Sənin isti nəfəsin... və s. və i.a”. Baş verənlərdən məəttəl qalan ata da soruşur: “Ay bala, bir dayan görək e! Bu nə sözlərdi? Axı bunu sənə kim öyrədib?” Oğul da cavab verir ki, “filankəs 200 il əvvəl atasını qarşılayanda bu sözləri deyib”. İndi düşünək: belə variant ataya xoş ovqat bəxş edəcəkmi, o, övladından belə qarşılanma, belə münasibət, belə rəsmiyyət gözləyirmi? Dualar da belədir.

Məsumlarımızdan nəql edilən dualarımız var, “Səhifeyi-Səccadiyyə”miz var. Əlbəttə ki, onları açıb oxumaq, onları özümüzə bir ülgü qərar vermək olar, lazımdır da. Amma bu dualarla yanaşı Allaha özümüzün də deməyə sözümüz olmalıdır axı! Bu, ən üstün dərəcədə olsa belə, onların duasıdır. Bəs biz harada qaldıq? Məgər bizim Allaha deməyə sözümüz yoxdur? Yəni qəlbimiz o qədər boşdur ki, əlimizdə şparqalka olmasa Yaradan qarşısında ancaq sükut edəcəyik? Məsumlarımız bizə yol göstəriblər, nümunə veriblər – belə minacat etməyə cəhd edin! Təbii ki, heç kim Həzrət Əlidən (ə), imam Səccaddan (ə) üstün dua edə bilməz, buna qüdrəti, elmi, helmi çatmaz. Ancaq hər şeydə mövcudluğu vacib olması səmimiyyət duada da qeybə çəkilməməlidir.

Allah bizə dua etməyin yollarını və üsulunu nişan verir:

“Rəbbiniz buyurdu: “Dua edin, mən də sizin dualarınızı qəbul edim” (Mömin, 60).

“(Ey möminlər!) Kafirlərə xoş gəlməsə də, Allaha yalnız dini Ona aid edərək (ixlasla) dua edin!” (Mömin, 14).

“Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin” (Əraf, 180).

“De: “Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” (Fürqan, 77).

Sonda isə bir daha təkrar etmək istərdik. Məşhur duaları oxuyaq, onlardan ibrət alaq və... Allaha daha gözəl, daha səmimi dua etməyi öyrənək.



Yerləşdirilib:23 May, 2019  13:49, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
14 İyun, 2019
Rusiyada İŞİD tərəfdarı saxlanılıb
14 İyun, 2019
Böyük Britaniyada cadugərlərin keçmiş həbsxanası satışa çıxarılıb
14 İyun, 2019

Xeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək axirət aləmində insana fayda verəcəkmi? İslam suallarda

14 İyun, 2019
ABŞ Oman körfəzinə hərbi gəmi göndərir
14 İyun, 2019
Nigeriyada silahlılar 62 nəfəri qətlə yetiriblər
13 İyun, 2019

Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

13 İyun, 2019

Məscidlərdə monitorinqlər aparılır - DQIDK sədri

13 İyun, 2019

"...elə güman etməsinlər ki, bu, onların xeyrinədir" Günün ayəsi

13 İyun, 2019

Oman körfəzində növbəti gərginlik: 2 tanker vuruldu

13 İyun, 2019

S-400-ün alınması məsələsi müzakirəyə bağlıdı - Ərdoğan

13 İyun, 2019

Hamiləliyin neçənci həftəsinə kimi abort etdirməyə icazə verilir? İslam suallarda

13 İyun, 2019
İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib
13 İyun, 2019
İran ABŞ ilə dialoq üçün şərtlərini açıqlayıb
12 İyun, 2019
Səudiyyə Ərəbistanında aeroporta hava hücumu
12 İyun, 2019

Allah belələrini bəlalara düçar edər

12 İyun, 2019
Tramp bilmədən məxfi sənədi mətbuata sızdırdı
12 İyun, 2019

Dubayda onlayn dilənçi 50 min dollar qazandı

12 İyun, 2019
İsrail təyyarələri Suriyaya raket zərbəsi endirib
12 İyun, 2019

Əsasən klassik şeir nümunələrində adı tez-tez çəkilən Qənbər kimdir? İslam suallarda

12 İyun, 2019
Tokayev Qazaxıstan prezidenti kimi and içib
12 İyun, 2019

Türkiyədə terrorçularla atışma: 2 hərbçi şəhid olub

11 İyun, 2019
Zelenski 15 qubernatoru işdən çıxardı
11 İyun, 2019

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib

11 İyun, 2019
Egey dənizində miqrantları daşıyan qayıq batıb
11 İyun, 2019
Süleyman peyğəmbər (ə) haqqında serial çəkilir
11 İyun, 2019

Xristian dünyasının ən bahalı sənət əsəri müsəlman şahzadənin yaxtasında

11 İyun, 2019

Qazaxıstanda iki gündə 700 mitinq iştirakçısı saxlanılıb

11 İyun, 2019

Peyğəmbərin (s) zamanında yaşamış Misir hakimi Müqəvqis kim idi? İslam suallarda

XƏBƏRARXİVİ
«İyn.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com