Prezident: Müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir

Son vaxtlar Azərbaycanda turizmin inkişafı sürətlə gedir. Çox şadam ki, müsəlman ölkələrindən olan turistlər Azərbaycana gəlirlər və onların sayı ildən-ilə artır. Bir sözlə, ikitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bu əlaqələrin gələcək inkişafı üçün çox yaxşı şərait və imkanlar var.

Bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşdə deyib.

“Biz beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə qarşılıqlı dəstək göstəririk. Bu qarşılıqlı dəstək bizim əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür”, - Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir.

“Bildiyiniz kimi, Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır. Bu münaqişə və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür.

Bu, beynəlxalq hüququn pozulmasıdır. Baxmayaraq, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etmişlər, əfsuslar olsun ki, işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər. BMT Təhlükəsizlik Şurası – dünyanın ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ancaq bu qətnamələr kağız üzərində qalıb və bu, ikili standartların təzahürüdür.

Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və Azərbaycanın ərazi bütövlüyü tam beynəlxalq dəstək alıbdır. Ancaq işğalçıya kifayət qədər təzyiq göstərilmir. Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi birmənalıdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlarda bizə göstərilən dəstəyə görə müsəlman ölkələrinə bir daha təşəkkürümü bildirirəm”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan da öz növbəsində, beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir:

“Bildiyiniz kimi, biz İslam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət veririk və bu istiqamətdə əməli addımlar atılır. Azərbaycanda keçirilmiş çoxsaylı tədbirlər İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət göstərir. Biz hamımız yaxşı bilirik ki, İslam həmrəyliyinin möhkəmlənməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Azərbaycan öz tərəfindən bu istiqamətdə çox ciddi addımlar atır və atacaqdır.

Bildiyiniz kimi, eyni zamanda, ölkəmizdə mədəniyyətlərarası dialoqla bağlı çoxsaylı tədbirlər keçirilir. Bu yaxınlarda Bakıda keçirilmiş V Mədəniyyətlərarası Dialoq Forumu da bu sıradan olan tədbirlərdəndir. Onu da bildirməliyəm ki, Azərbaycan İslam mədəniyyətini dünyada təbliğ etməklə bağlı çox böyük səylər göstərir. Bir çox ölkələrdə konfranslar, sərgilər, təqdimatlar keçirilir və beləliklə, biz İslamı dünyaya sülh, mərhəmət dini kimi təqdim edirik.

Keçən il Naxçıvan – bizim qədim şəhərimiz İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. Bu qərara görə biz bütün müsəlman ölkələrinə minnətdarıq. Onu da qeyd etməliyəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsində oynadığı rolu çox yüksək qiymətləndirir”.



Yerləşdirilib:17 May, 2019  12:53, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 Sentyabr, 2019

Tramp: İrana girmək dünyanın ən asan işidir

21 Sentyabr, 2019
Suriya ordusu Hələb yaxınlığında yaraqlıları məhv edib
21 Sentyabr, 2019

313 ədədinin müqəddəsliyi varmı? İslam suallarda

21 Sentyabr, 2019
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar
21 Sentyabr, 2019

Kərbəlada partlayış nəticəsində 17 nəfər ölüb

20 Sentyabr, 2019
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb
20 Sentyabr, 2019

Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? DQIDK-dan açıqlama

20 Sentyabr, 2019

Quran günahkarların səhv mühakiməsi barədə

20 Sentyabr, 2019

Yəməndə Səudiyyənin 5 hərbçisi öldürülüb

20 Sentyabr, 2019

Netanyahu yalan məlumatlarla Trampı aldadırdı – ABŞ-ın sabiq dövlət katibi

20 Sentyabr, 2019

Qazı Əbu Yusif kimdir? İslam suallarda

20 Sentyabr, 2019

ABŞ generalı Kalininqrada zərbə haqqında söz açdı

20 Sentyabr, 2019

Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatlara başlayıb

19 Sentyabr, 2019

Ermənilər Azərbaycanın “ikinin ikiyə”  təklifinə baxır

19 Sentyabr, 2019

Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istəyib

19 Sentyabr, 2019

Əfqanıstanda hava hücumu zamanı 30 nəfər ölüb

19 Sentyabr, 2019

“Petriot”lar dronlar qarşısında niyə aciz qaldı...

19 Sentyabr, 2019

Kərbəlada təəccüblü məqamlardan biri Video

19 Sentyabr, 2019

Almaniya Qaşıqçının qətlini Səudiyyə Ərəbistanına hələ də bağışlamayıb

19 Sentyabr, 2019

Birinin varlı, o birinin kasıb olması alın yazısıdır? İslam suallarda

19 Sentyabr, 2019

Tramp: "ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək"

19 Sentyabr, 2019
Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumla bağlı İranı ittiham edib
18 Sentyabr, 2019

Misirdə polislə silahlılar arasında atışma, 9 ölü

18 Sentyabr, 2019

Səudiyyədə baş verənlər xəbərdarlıq idi - Həsən Ruhani

18 Sentyabr, 2019

Belə namaz və belə namaz qılanlar da var... Günün fotosu

18 Sentyabr, 2019

Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş

18 Sentyabr, 2019

Yemək süfrəsi arxasında danışmaq olarmı? İslam suallarda

18 Sentyabr, 2019
ABŞ Türkiyəni onlardan silah almağa çağırıb
XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com