Orucun fəlsəfəsi - təqva

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız” (Bəqərə, 183).

Orucluq barədə danışılan moizələrdə və yazılan kitablarda Qurani-kərimin yuxarıdakı ayəsinə tez-tez istinad edilir. Bu ayə Ramazan orucunun bütün müsəlmanlara vacib olduğunu bəyan edən ən mühüm dini dəlillərdən biridir. Təsadüfi deyil ki, oxuduğunuz məqalədə biz də məhz bu ayənin bəzi özəllikləri üzərində durmağı qərara aldıq.

Ayənin təfsiri barədə deyiləsi məqamlar həddən artıq genişdir. Qısaca bunu deyə bilərik ki, ayənin oxunuşu zamanı bu dörd əsas məqam diqqətimizi cəlb edir:

Birincisi, ayə “ey iman gətirənlər!” xitabı ilə başlayır. Yəni “iman gətirmiş” adını daşımaq və bu ada layiq olmaq üçün ayənin göstərişinə əməl etmək, yəni oruc tutmaq lazımdır.

İkincisi, oruc hökmü İslamdan əvvəlki səmavi dinlərdə də mövcud olmuşdur. Bu gün də səmavi dinlərin ardıcılları oruc tuturlar. Doğrudur, onların orucu müsəlmanların orucundan fərqlidir, amma bəzi alimlər bu fərqliliyin sonralar təhrif nəticəsində yarandığını iddia edirlər. Hər halda, Allah bütün peyğəmbərlərinə insanları oruca çağırmağı əmr etmişdir (oruc qaydalarında şər’i fərqlər olsa belə).

Üçüncüsü, oruc müsəlmanlara vacibdir, Quran təbiri ilə desək, onlara “yazılmışdır”. Buradakı “yazılmışdır” ifadəsi “fərz (vacib) edilmişdir” kimi qəbul olunur.

Nəhayət, dördüncüsü və ən mühümü, oruc tutmağın əsas fəlsəfəsi insanları təqvaya doğru yönəltməkdir. Oruc tutmağın əsas məqsədi nə bədəndəki artıq piyləri əritmək, nə acların halını duymaq, nə fiziki məhrumiyyətlərə qarşı dözüm əldə etməkdir. Bunlar əslində orucun nəticələridir. Eyni zamanda, bunlar əslində təqvanın ayrı-ayrı tərkib hissələri, şöbələridir. Orucun hər bir fiziki və mənəvi faydası insanı əsas hədəfə - təqvaya doğru aparır.

Müsəlman oruca başlayarkən “qürbətən iləllah”, yəni Allaha yaxın olmaq, Onun razılığını qazanmaq, Onun tapşırığını yerinə yetirmək niyyəti edir. Amma Allah üçün edilən hər bir ibadətin ilk növbədə bizim özümüzə xeyri var. Allahın heç nəyə ehtiyacı yoxdur, bizim ibadətlərimizə də həmçinin. Onun buyurduğu hər nəyi ediriksə, yalnız dünyada və axirətdə özümüzə xeyir qazandırmış oluruq. Bu xeyirin başında isə təqvalı olmaq durur. Təqva – Allahın əmr və qadağanlarına əməl etmək, haramlardan çəkinmək, hər an ilahi qüvvənin nəzarəti altında olduğumuzu anlamaq, əməllərimizə məsuliyyətlə yanaşmaq, hər bir pis əməlimizə görə cavab verəcəyimizi düşünmək, hər kəsin haqqını verməyə, heç kimə təcavüz etməməyə çalışmaq deməkdir. Bütün xeyir əməllərin kökündə təqva durur. İbadətlər, savablar təqva ilə həyata keçir. Günahlar təqva üzündən tərk edilir. Nəfslə mübarizə əslində təqvanı möhkəmləndirmək deməkdir.

Oruc tutan adam nəinki haramlardan, hətta başqa vaxtlar ona halal edilmiş nemətlərdən belə, çəkinir. Oruc tutan adam səbrli, güzəştli, barışqan olur. Oruc tutan adam öz nəfsi üzərində hakimiyyət qazanır, ac ikən yeməməyin, susuz ikən içməməyin qələbəsini və təntənəsini duyur. Oruc tutan adam bir ay boyunca acların, kasıbların, məhrumların vəziyyətini canlı olaraq hiss edir. Oruc tutan adam qalan 11 ayda Allaha daha yaxşı ibadət edə bilmək üçün bədənini artıq piylərdən təmizləyir. Oruc tutan adam yalnız mədəsini yeməkdən deyil, gözünü harama baxmaqdan, qulağını yalan və qeybət eşitməkdən, dilini söyüş söyməkdən, əlini günah etməkdən, ayağını haram dalınca getməkdən çəkindirir. Bütün bunların kökü, məğzi təqvadan ibarətdir. Dözümlü insan, mərhəmətli insan, səbrli insan, sağlam insan, nəfsini cilovlaya bilən insan, günahdan çəkinən insan... Bunların hamısı birləşib bir obrazı – Təqvalı İnsan obrazını yaradır.

Oruc tutan şəxsin bütün davranışı təqva üzərində qurulur, təqvanı möhkəmlətməyə xidmət edir. Bir şərtlə ki, tutduğu oruc yuxarıdakı şərtlərə cavab versin. Bu şərtləri kim daha dəqiq yerinə yetirirsə, deməli, təqvası daha çoxdur. Və deməli, tutduğu oruc daha düzgün, Allaha daha layiq və Allah dərgahında daha məqbuldur.



Yerləşdirilib:17 May, 2019  12:04, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
17 İyul, 2019

Həqiqətənmi sehr-cadunu batil etmək üçün üstünə sidik töküb murdarlamaq lazımdır? İslam suallarda

17 İyul, 2019

İŞİD-ə pul köçürən azərbaycanlı həbs edildi

17 İyul, 2019

Bu gecə Ay tutuldu AMEA-nın proqnozu səhv çıxdı

16 İyul, 2019

Türkiyə gəmisinə hücum: dənizçilər qaçırıldı

16 İyul, 2019

Azərbaycanda yas mərasimləri qəbiristanlıqların yanında keçiriləcək

16 İyul, 2019

İmam Sadiq (ə) məşhər haqqında

16 İyul, 2019
Ay tutulacaq, amma...
16 İyul, 2019

Türkiyə Suriyanın şimalında kürdlərə qarşı əməliyyat hazırlayır İddia

16 İyul, 2019
Yəmənlilər Səudiyyə Ərəbistanın strateji hərbi qərargahını hədəfə alıblar
16 İyul, 2019

Bir şəxsin səhv hərəkətini hansı hallarda və şəraitlərdə ona başa salmaq lazımdır? İslam suallarda

16 İyul, 2019
Zərif: Tramp İranla müharibə etmək istəmir
16 İyul, 2019
Bağdadda terror, iki nəfər ölüb
15 İyul, 2019
Rusiyada İŞİD-çilərin terrorunun qarşısı son anda alındı
15 İyul, 2019

Əfqanıstanda kənd bombalanıb, 35-dən çox dinc sakin ölüb

15 İyul, 2019
İsraildə hərbi müəssisədə partlayış baş verib
15 İyul, 2019

S-400-lər Türkiyə iqtisadiyyatına baha başa gələcək

15 İyul, 2019

FETÖ-nün Azərbaycandakı bütün dayaqları sarsıdılıb - RƏSMİ

15 İyul, 2019

Azərbaycandakı dini vəziyyət Vaşinqtonda müzakirə olunacaq

15 İyul, 2019

Kişi cinsi əlaqədən az sonra qüsl alsa, daha sonra ondan maye gəlsə, qüslü pozularmı? İslam suallarda

15 İyul, 2019
PKK ilə atışma - Türkiyə üç şəhid verdi
15 İyul, 2019

Türkiyə ordusu 68 terrorçunu məhv edib

13 İyul, 2019
Küveyt İxvanəl-Müslimin hərəkatının üzvlərini həbs edib
13 İyul, 2019
Türkiyə İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb
13 İyul, 2019

Bu gecə imam Rzanın (ə) mövludunun ildönümüdür

13 İyul, 2019
Senatorlar Türkiyəyə qarşı sanksiyalar tələb edir
13 İyul, 2019

Kəbin kəsilən zaman qız və oğlan mütləq özləri də iştirak etməlidirlər? İslam suallarda

13 İyul, 2019

Somalidə otelə hücum edilib, ölənlər var

13 İyul, 2019
Trampın İranla müharibəyə başlamaq hüququ məhdudlaşdırılıb
XƏBƏRARXİVİ
«İyl.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com