Şri-Lankada terrorun əks-sədası: müsəlmanlara hücumlar başlayıb

Şri-Lankada müsəlmanlara məxsus fabrik yandırılıb. BBC-nin məlumatına görə, paytaxt Kolombonun şimalında yerləşən fabrik müsəlmanlara düşmən qruplar tərəfindən yandırılıb və içəridəki əşyalar məhv edilib.

Aprelin 21-də Şri-Lankada baş verən və 253 nəfərin ölümünə səbəb olan terror hadisələrindən sonra müsəlmanlara qarşı nifrət artıb. Ölkənin baş yepiskopu Malkolm Kardinal Ranjit Şri-Lankada müsəlmanlara qarşı hücumları pisləyib, bütün etnik və dini qruplara birlik çağırışı edib. Hücumların dayandırılmasına çağıran Kardinal müsəlmanlara xitabən “bu cür pis niyyətli hücumlar qarşısında qorxmayın və səbrli davranın” deyib.

Kardinal Ranjit deyib ki, müsəlmanların ibadət və iş yerlərinə olan hücumlar siyasi bağlantılıdır. O, siyasi liderlərə də müraciət edərək tərəfdarlarını sakitləşdirməyə çağırıb.

Qeyd edək ki, məlum terror olaylarından sonra ölkənin müxtəlif bölgələrində müsəlman əleyhdarı qruplar fəallaşıb. Bir qədər əvvəl Şri-Lankanın şimal-qərbindəki Puttalam əyalətində radikal qrup 45 yaşlı müsəlmanı bıçaqlayaraq öldürüb.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada xristianların Pasxa bayramı günü 3 kilsədə və paytaxt Kolomboda 3 lüks hoteldə olmaqla ümumilikdə 8 terror aktı törədilib. Terror aktı nəticəsində 253 nəfər ölüb, 500 nəfərdən çox insan isə yaralanıb. Partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. İŞİD-in təbliğat agentliyi “Amaq”ın yaydığı açıqlamada bildirilir ki, hücumların hədəfi koalisiya ölkələrinin vətəndaşları və Şri-Lankadakı xristianlardır. Ancaq İŞİD terror hücumunun məsuliyyətini üzərinə alsa da, bunu necə və hansı vasitə ilə törətdiyini açıqlamayıb.

Terror aktına görə 60 nəfər saxlanılıb. Ümumilikdə terror aktını 9 nəfərin həyata keçirdiyi ehtimal olunur. 9 terrorçudan ikisi ölkənin ən varlı müsəlman iş adamlarından olan Məhəmməd Yusif İbrahimin oğlanları olub. Polis iş adamını həbs edib.

Şri-Lanka hökuməti bəyan edib ki, ölkədə İŞİD-lə bağlantısı olan 140 nəfərin şəxsiyyəti müəyyən olunub və bu şəxslərin axtarışları davam edir.

Şri-Lankada etnik-dini münaqişənin 70 ildən çox yaşı var. 1948-ci ildə ada müstəqil olduqdan sonra ölkə əhalisinin 12 faizini təşkil edən Tamil xalqı müstəqilliyin verdiyi siyasi hüquqlardan yararlana bilməyib. Əvvəlcə etnik münaqişə kimi başlayan hadisələr Şri-Lankada 1981-2009-cu illərdə davam edən qanlı müharibəyə çevrilib. Hökumət qüvvələri və “Tamil Pələngləri” qruplaşması arasında baş verən toqquşmalar nəticəsində bəzi rəqəmlərə görə 70, bəzilərinə görə isə 100 min insan ölüb. Nəhayət, 2009-cu ildə hökumətin tamillərə qarşı başlatdığı genişmiqyaslı əməliyyatlar nəticəsində qruplaşmanın əyalətdəki, ümumiyyətlə, Şri-Lankadakı hərbi varlığına son qoyulub. Bu əməliyyatlar zamanı 40 min Tamil öldürülüb.

21 aprel terroru göstərir ki, etnik və dini sahədə problemlərin qalması terrorizm üçün münbit şərait yaradır. Hazırda 21 milyon əhalisi olan Şri-Lankanın 9,7 faizini müsəlmanlar təşkil edir.

Görünən odur ki, Şri-Lankada terrordan sonra gözlənilən ən pis nəticə baş verir. Ölkə yenidən xaos və yeni etnik-dini qarşıdurmaya sürüklənir. Əslində Hind okeanının bu ada ölkəsində terror törədənlərin məqsədi elə bu idi: Ölkədə yenidən vətəndaş müharibəsi başlasın. Kardinalın da qeyd etdiyi kimi, bunda maraqlı olan siyasi qüvvələr də hadisələri qızışdırır. Adada müsəlmanlara hücumların artması çox keçmədən tamillərin yenidən silahlı üsyan başlatmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün sağlam düşüncəli, nüfuzlu insanların müdafiəsi lazımdır, lakin görünən odur ki, güclü əllər ölkənin yenidən xaos və terror yuvasına çevrilməsi üçün əllərindən gələni edir.

Kənan RÖVŞƏNOĞLU,

“Yeni Müsavat”



Yerləşdirilib:16 May, 2019  11:27, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
17 İyul, 2019

Həqiqətənmi sehr-cadunu batil etmək üçün üstünə sidik töküb murdarlamaq lazımdır? İslam suallarda

17 İyul, 2019

İŞİD-ə pul köçürən azərbaycanlı həbs edildi

17 İyul, 2019

Bu gecə Ay tutuldu AMEA-nın proqnozu səhv çıxdı

16 İyul, 2019

Türkiyə gəmisinə hücum: dənizçilər qaçırıldı

16 İyul, 2019

Azərbaycanda yas mərasimləri qəbiristanlıqların yanında keçiriləcək

16 İyul, 2019

İmam Sadiq (ə) məşhər haqqında

16 İyul, 2019
Ay tutulacaq, amma...
16 İyul, 2019

Türkiyə Suriyanın şimalında kürdlərə qarşı əməliyyat hazırlayır İddia

16 İyul, 2019
Yəmənlilər Səudiyyə Ərəbistanın strateji hərbi qərargahını hədəfə alıblar
16 İyul, 2019

Bir şəxsin səhv hərəkətini hansı hallarda və şəraitlərdə ona başa salmaq lazımdır? İslam suallarda

16 İyul, 2019
Zərif: Tramp İranla müharibə etmək istəmir
16 İyul, 2019
Bağdadda terror, iki nəfər ölüb
15 İyul, 2019
Rusiyada İŞİD-çilərin terrorunun qarşısı son anda alındı
15 İyul, 2019

Əfqanıstanda kənd bombalanıb, 35-dən çox dinc sakin ölüb

15 İyul, 2019
İsraildə hərbi müəssisədə partlayış baş verib
15 İyul, 2019

S-400-lər Türkiyə iqtisadiyyatına baha başa gələcək

15 İyul, 2019

FETÖ-nün Azərbaycandakı bütün dayaqları sarsıdılıb - RƏSMİ

15 İyul, 2019

Azərbaycandakı dini vəziyyət Vaşinqtonda müzakirə olunacaq

15 İyul, 2019

Kişi cinsi əlaqədən az sonra qüsl alsa, daha sonra ondan maye gəlsə, qüslü pozularmı? İslam suallarda

15 İyul, 2019
PKK ilə atışma - Türkiyə üç şəhid verdi
15 İyul, 2019

Türkiyə ordusu 68 terrorçunu məhv edib

13 İyul, 2019
Küveyt İxvanəl-Müslimin hərəkatının üzvlərini həbs edib
13 İyul, 2019
Türkiyə İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb
13 İyul, 2019

Bu gecə imam Rzanın (ə) mövludunun ildönümüdür

13 İyul, 2019
Senatorlar Türkiyəyə qarşı sanksiyalar tələb edir
13 İyul, 2019

Kəbin kəsilən zaman qız və oğlan mütləq özləri də iştirak etməlidirlər? İslam suallarda

13 İyul, 2019

Somalidə otelə hücum edilib, ölənlər var

13 İyul, 2019
Trampın İranla müharibəyə başlamaq hüququ məhdudlaşdırılıb
XƏBƏRARXİVİ
«İyl.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com