Bu gecə Həzrət Xədicənin (ə) vəfatının ildönümüdür

Mübarək Ramazan ayının 10-u İslam tarixinin əzəmətli qadınlarından biri, Həzrət Rəsuli-əkrəmin (s) həyat yoldaşı və "möminlər anası" (ummul-muminin) Həzrət Xədiceyi-Kübranın (ə) vəfat günüdür.

İslam.az-ın məlumatına görə, Həzrət Xədicə (ə) hicrətdən 68-il əvvəl Məkkə şəhərində dünyaya göz açıb. Atasının adı Xuvəylid ibn Əsəd, anasının adı isə Fatimə binti Zaidət ibn Asim idi. O İslamı qəbul edən ilk qadın kimi tarixə düşüb.

Həzrət Əli (ə) "Qasiə" xütbəsində onun fədakarlığını xatırladaraq buyurur: "İslamın əvvəlindəki çətin anlarda İslam dini Rəsulullahın (s) - Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı. Mən də onların üçüncüsü idim”. ("Nəhcül-bəlağə”, 192-ci xütbə.)

Müasir tədqiqatçıların nəzərinə görə, Həzrət Xədicə (ə) Həzrət Məhəmməd (s) peyğəmbərlə (s) ilə evlənməzdən əvvəl heç vaxt evli olmayıb.

Həzrət Xədicə (ə) 40 yaşında ikən Həzrət Məhəmmədlə (s) (o zaman peyğəmbər ömrünün 25 yaşında idi) ailə həyatı qurub. Bu ailədən onun Qasim, Abdullah, Rüqəyyə, Zeynəb, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (s) adlı altı övladı olub. İki oğlu - Qasim və Abdullah uşaq yaşlarında ikən dünyalarını dəyişiblər.

Həzrət Xədicə (ə) çox iffətli və ismətli olduğu üçün hələ cahiliyyət zamanında ona "Tahirə" (ismətli xanım) ləqəbini vermişdilər.

Rəvayət və hədislərdən belə məlum olur ki, Həzrət Xədiceyi-Kübra (ə) atasından qalmış mal-mülkdən əlavə çoxlu sərvət və əmlaka malik olub. O, ağıl və nüfuzda da üstünlüyə malik idi. Əqəbə ibn Əbi Məit, ibn Əbi Şəhab, Əbu Cəhl, Əbu Süfyan kimi çoxlu sərvətə sahib olan şəxslər ayrı-ayrı vaxtlarda Həzrət Xədicənin (ə) elçiliyinə gəlmişdilər. Lakin o, bu təkliflərin heç birini qəbul etməyib, nəhayət Peyğəmbərlə (s) ailə həyatı qurub. Bu izdivac xüsusi tərz və mərasimlə həyata keçib.

Həzrət Xədicə (ə) "Şəbi Əbi Talib” mühasirəsi zamanı həyatının ən çətin dövrünü yaşayıb. Şəbin mühasirəsindən çıxdıqdan bir il sonra (besətin 9-cu və ya 10-cu ili) Peyğəmbərin (s) əmisi və himayədarı Həzrət Əbu Talibin (ə) vəfatından bir neçə gün sonra dünyasını dəyişib. İslam Peyğəmbəri (s) həmin ili "Hüzn və qəm-qüssə" ili adlandırıb.

Həzrət Xədicə (ə) 24 il Peyğəmbərlə (s) ömür sürüb. Bu müddət ərzində həzrətin kədərinə şərik olub. Xanım Xədicə (ə) özünün böyük sərvətini İslam dinini təbliği və inkişafı üçün Peyğəmbərin (s) ixtiyarında qoyaraq bu səmavi dinin irəliləməsində böyük rol oynayıb.

Həzrət Məhəmməd (s) Xədicənin (ə) ona göstərdiyi mehribanlıqları və fədakarlıqları heç vaxt unutmayıb. Hər zaman onu xatırlayar və salamlayardı. Həzrət onun haqqda buyurardı: "Hamı məni təkzib edəndə Xədicə məni təsdiq etdi. Hamı məndən uzaqlaşanda, o mənə iman gətirdi. Məni tək-tənha qoymadı və müdafiə etdi. Allah ona rəhmət etsin”.

Onun yüksək mənəvi məqamı barəsində bunu demək kifayətdir ki, behişt xanımları arasında özünün ən yüksək məqama malik qızı Həzrət Fatimeyi Zəhradan (ə) sonra o, Həzrət Məryəm, Həzrət Asiyə kimi ən üstün şəxsiyyət və məqama malikdir.

Nəql olunmuşdur ki, Peyğəmbər (s) vaxtaşırı bir heyvanı qurban kəsər və onun ətini Həzrət Xədicəni (ə) istəyən, ona məhəbbət bəsləyənlərin arasında bölüşdürərdi. O böyük şəxsiyyətli, alicənab xanım şərəfli ömrünün son anlarında Peyğəmbərdən (s) xahiş etmişdi ki, öz əbasını kəfən kimi ona büksün.

Həzrət Xədicə (ə) vəfat edən zaman azyaşlı Fatimeyi-Zəhra (ə) atası Həzrət Peyğəmbərin (s) ətrafında dolanır və soruşurdu: "Ya Rəsuləllah! Mənim anam haradadır?". Peyğəmbər (s) cavab verib buyururdu: "Cəbrail nazil olub dedi ki, Allah-taala sənə belə əmr edir: Fatiməyə salam çatdır və ona de ki, sənin anan elə bir evdədir ki, onun tavanı qızıldan, sütunları qırmızı yaqutdandır, özü də Asiyə ilə Məryəmin yanındadır".

Bu alicənab xanımın Məkkə şəhərində, "Əbu Talib" qəbiristanlığında yerləşən qəbri Allah və Rəsulunu sevənlərin ziyarətgahıdır. Təəssüflər olsun ki, keçən əsrin əvvələrində peyğəmbər ailəsinin üzvləri və bir çox səhabələrin dəfn olunduğu "Cənnətül-müəlla" kimi tanınan bu qəbiristanlıqdakı məzar daşları və türbələr vəhhabi şeyxlərinin göstərişi ilə təmamilə dağıdılaraq tanınmaz hala salınmışdır və yalnız yaddaşlardakı işarələrlə Peyğəmbərin həyat yoldaşı Həzrət Xədicənin (ə), əmisi Həzrət Əbu-Talibin (ə) və digərlərinin dəfn olunduqları yerlər məlumdur.



Yerləşdirilib:15 May, 2019  16:43, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
26 May, 2019

Bu gecə Həzrət İmam Əlinin (ə) şəhadətinin ildönümüdür

26 May, 2019

Bu gün, mayın 26-ı, ehtimal olunan ikinci Qədr gecəsidir

25 May, 2019

Azərbaycanda ehtimal edilən birinci Qədr gecəsi qeyd olundu Fotolent

25 May, 2019

Evdə dini yazı yazılmış kağızlar lazımsız qalıbsa, onları necə yox etmək olar? Yandırmaq olarmı? İslam suallarda

25 May, 2019
Saakaşvili mayın sonunda Ukraynaya qayıdacaq
25 May, 2019
Tramp Yaxın Şərqə qoşun göndəriləcəyini təsdiqləyib
24 May, 2019

Qədr gecəsinin əməlləri

24 May, 2019

Prezident dini qurumlara maliyyə yardımı ayırdı

24 May, 2019
Kabildə məsciddə partlayış baş verib
24 May, 2019
Pakistanda cümə namazına hücum edilib, ölənlər var
24 May, 2019

İŞİD Tacikistanda şiə alimlərin başını kəsdi

24 May, 2019
Hindistan İran neftinin idxalını tamamilə dayandırıb
24 May, 2019
BMT İraqda 12 kütləvi məzarlıq aşkarlayıb
24 May, 2019

Tramp: "İraqa hücum etmək lazım deyildi"

24 May, 2019

Ruhani: "İranı bombardman etsələr, təslim olmayacağıq"

24 May, 2019

Orucluq zamanı bədənə ağrıkəsici iynə vurdurmaq, qadınlara aid və yaxud bağırsaq şamları qoymaq olarmı? İslam suallarda

24 May, 2019
Suriyada silahlı dəstə ordunun zabitlərini əsir götürüb
24 May, 2019

Bu gün, mayın 24-ü, ehtimal edilən birinci Qədr gecəsidir

23 May, 2019

Prezident iftar mərasimində iştirak edib

23 May, 2019

Əhməd Davudoğlu imam Əlinin (ə) göstərişinə uyğun davrandı

23 May, 2019

Səudiyyə Ərəbistanında ilahiyyatçılar edam olunacaq

23 May, 2019
Zelenski Rusiya ilə dialoq aparmayacaq
23 May, 2019
Pakistan yeni nüvə raketini sınaqdan keçirib
23 May, 2019

Qədr gecəsi necə dua edək? Redaktordan

23 May, 2019

Səudiyyə koalisiyasının öldürdüyü yəmənlilərin sayı açıqlanıb

23 May, 2019

Ramazan ayında cənabət qüslü almağı unudan və bu halda oruc tutan, lakin gün ərzində bunu xatırlayan şəxsin orucu düzgündürmü? İslam suallarda

23 May, 2019
Fələstinin bütün cinahları ABŞ-ın Bəhreyn toplantısını boykot ediblər
23 May, 2019

BMT: Azərbaycanda kişilərin 32,5 faizi qadınlara qarşı zorakılıq törədir

XƏBƏRARXİVİ
«May.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com