Dərk edənlər və etməyənlər üçün Ramazan

Nəhayət ki, müsəlmanlar üçün bağışlanma və oddan xilas olma, şeytan və şeytanxislətli insanlar üçün işgəncə, münafiqlər üçün isə ağır sınaq ayı - on bir ayın sultanı Ramazan gəldi. Keçən Ramazan ayından bura qədər etdiyimiz bütün günahlar üçün bir daha bağışlanma şansını bizlərə nəsib eyləyən Allaha həmd olsun.

"Namaz qılmayanın orucu qəbul olurmu?" və ya yenə də eyni suallar

Ramazan ayının gəlişi ilə İslamın beş əsas şərtindən üçüncüsü - oruc yenə gündəmə gəldi. Və çox təəəssüf ki, yenə də üstünə qondarılmış uydurma və təhrifləriylə bir yerdə. Çox təəssüflə qeyd etməliyik ki, artıq iyirmi birinci əsrdə, elmə və texnika zəmanəsində yaşamağımıza baxmayaraq hələ də köhnə təsəvvürlərdən, uydurma xurafatlardan və dinin əsasında olmayıb təfərrüatlarda gizlənən xırdalıqlarla məşğul olmaqdan canımızı qurtara bilməmişik. Əgər bilsəydik, bu dəfə də həddindən artıq məntiqsiz səslənən və illərdir məzmununda heç bir dəyişikliyə uğramamış suallarla rastlaşmazdıq. "Namaz qılmayanın orucu qəbul olunurmu?", "Örtünməyən qadın oruc tuta bilərmi?", "Tüstü və ya qoxu orucu pozurmu?" və s. suallar bu Ramazanda da qarşımıza çıxmazdı. Əlbəttə ki, soruşmaq və öyrənmək ayıb deyil, əksinə müsbət haldır, amma etiraf edək ki, sual verib nəsə öyrənmək üçün ən azından sualı düzgün qurmalıyıq. Bunu birdəfəlik dərk etməliyik ki, hansısa bir səbəbdən bir ibadəti yerinə yetirməməyimiz bizə başqa bir ibadətdən də vaz keçməyimiz üçün bəhanə ola bilməz. Ümumiyyətlə, İslamda "ibadətlər paketi" deyə bir şey yoxdur ki, ya hamısını et, ya da heç birini.

Ramazan ayı və oruc

Oruc ayı olan Ramazan, bərəkətli bir həyatın yaşandığı mübarək bir mükafat ayıdır. Əldə etdiyimiz saysız-hesabsız nemətlərin xatırlandığı bu ayın ən birinci ibadəti, bütün ümmətlərə fərz qılınmış oruc ibadətidir. Necə ki, orucu əmr edən ayə də bu sözlərlə başlayır: "Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi" (Bəqərə 183). Ruhun qidası olan oruc, tibbi cəhətdən də çox önəmlidir və müasir tibb mütəxəssisləri də orucun insan bədəninə gətirdiyi mənfəətin danılmaz fakt olduğunu ortaya qoymuşlar. Hz. Peyğəmbər də bir hədisində orucun bu yönünə işıq tutaraq "Oruc tutunuz ki, sağlam olasınız" deyə buyurmuşdur. Amma onu yaddan çıxarmamalıyıq ki, biz orucu əldə edəcəyimiz hansısa mənfəətə və ya gəlirə görə deyil, sadəcə Allah rizası üçün tutmalıyıq. Oruc bir ibadət olduğundan, sırf o qayə üçün icra olunmalıdır. Onun faydaları qayə halına gətirilərsə, oruc ibadət olmaqdan çıxar. Yəni orucu, mədəmizi dincəltmək, arıqlamaq və s. üçün deyil, sırf Allah əmr etdiyi üçün tutmalıyıq.

Orucun necə tutulması barədə, onsuz da çox danışıldığı üçün biz burada əsasən haqqında az danışılan, lakin əhəmiyyət kəsb edən bəzi məsələlərə diqqəti çəkmək istəyirik. Əvvəla, onu qeyd etməliyik ki, oruc özümüzü qida və cinsi əlaqədən məhrum etməklə bitmir. Necə ki, Hz. Peyğəmbər də bir hədisində belə buyurmuşdur: "Elə oruc tutanlar var ki, özlərinə bu orucdan quru bir aclıqdan başqa heç nə qalmaz. Gecələri elə namaz qılanlar olur ki, namazlarından özlərinə qalan yalnız yuxusuzluqdur" (Təbərani). Görəsən Hz. Peyğəmbər bu hədisində nə demək istəyir və hədisdəki insanlardan olmamaq üçün nə etmək lazımdır? İslam alimləri ittifaqla bildirməşlirdir ki, bunun üçün oruc tutan şəxs təkcə ağzından içəri keçənə yox, həm də ağzından çıxana nəzarət etməlidir. Məsələn, böyük günahlardan olan qeybət və yalan orucu pozmasa da, onun savabını silib aparır və insana hədisdə də göstərildiyi kimi, quru aclıq qalır. Oruclu insan bundan başqa haram işlər görməməli,, haram yerə getməməli, haram şeyə baxmamalı, haram sözə qulaq asmamalıdır. Oruclu insanın qəlbi və dili həmahəng olaraq daima Allahı zikr etməlidir ki, Ramazan ayının zövqünü dadaraq bərəkətinə nail olsun. Məhz belə bir oruc insanın günahlarını yuyaraq yenidən doğulmuş kimi məsum edər. Bunun üzərinə axirətdəki mükafatı da əlavə etsək, bu ayın müsəlmanlar üçün necə böyük bir səadət ayı olduğunu dərk etmiş olarıq. Belə ki, Hz. Peyğəmbər də bir hədisində belə buyurmuşdur: "Oruc tutan üçün iki sevinc vardır. Bir iftar etdiyi zaman sevinir, bir də Rəbbinə qovuşanda tutduğu oruc səbəbilə nail olduğu yüksək dərəcə üçün sevinir" (Buxari). Başqa bir qüdsi hədisdə isə Allah Təala belə buyurur: "Adəm oğlunun hər əməl və hərəkəti özü üçündür. Yalnız oruc belə deyil. O, mənim üçündür və onun mükafatını da mən bol verəcəyəm".

Bu ayda diqqət etməli olduğumuz digər xüsuslar

Ramazan ayında oruc və təravih namazından başqa, Hz. Peyğəmbərin tövsiyələrində yer alan və əməl etməli olduğumuz başqa xüsuslar da vardır. Bu əməllərin içərisində çox sayda kəlimeyi şəhadət gətirmək, istiğfar və zikr etmək, cənnətə nail ola bilmək üçün çox sayda xeyirli əməl işləmək, cəhənnəmdən qurtulmaq üçün haram və məkruhlardan qorunmaq, imkan daxilində çoxlu yaxşılıqlar etmək, başqalarının duasını almaq və digər ibadətlər qeyd oluna bilər. Bundan başqa bu mübarək ayda gündəlik namazlardan əlavə təravih və təhəccüd namazlarına diqqət etməli, Qurani-Kərimi diqqətlə oxumalı, zikrlə ruhumuzu paklaşdırmalı, zəkat və sədəqələr ilə də vicdan rahatlığı əldə etməliyik. Qurani-Kərim Ramazan ayında dünya səmasına endiyi üçün bu gözəl ayda Quranla tərbiyələnməli, onu həyatımıza əks etdirərək oxumalıyıq. Çünki Ramazan, oruc və Quran arasında möhkəm ədaqə vardır. Bu barədə Hz. Peyğəmbər "Orucla Quran Qiyamət günü qula şəfaət edəcəkdir" buyurmuşdur.

Əziz müsəlmanlar! Gəlin bu dəfə Ramazan ayını dərk edərək yaşayaq. Heç olmasa bircə ay dünya ləzzətindən əl çəkərək axirətimiz üçün çalışaq. "Bu il alınmadı, gələn Ramazanda edərəm" deməyək. Çünki bilmək olmaz, bu Ramazan həyatımızdakı son Ramazan ola bilər. Gəlin vaxtı dəyərləndirək. Məşhur bir hədisdə "Əgər insanlar Ramazanın nə olduğunu layiqincə bilsəydi, bütün ilin Ramazan olmasını istəyərlərdi" buyurulur.



Yerləşdirilib:13 May, 2019  13:18, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com