Azərbaycan vətəndaşlarının müqəddəs yerlərə ziyarətlərinin təşkili qanunvericiliklə tənzimlənəcək

Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərinin təşkili qanunvericiliklə tənzimlənəcək.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, bununla bağlı təkliflər irəli sürülüb: “Təkliflər arasında qiymət, otelə yerləşmə, yaradılan şəraitin formaları məsələsi əksini tapıb. Bilirsiniz ki, Azərbaycan vətəndaşları hər il xarici ölkələrdə müqəddəs yerləri ziyarət etmək üçün gedirlər. Onlar oradan necə qayıdır, əsas məsələ budur... Yəni müxtəlif qruplar bu səfərləri təşkil edir. Təşkilatçılar onları necə aparırlar, ziyarətçilər orada kimlərlə təmasda olurlar, beyinlərinə nə doldururlar, ziyarətdən başqa nə ilə məşğul olurlar? Həmin səfərin iştirakçılarının özləri də bildiriblər ki, orada onlara müxtəlif təkliflər edilib. Burada yalnız müsəlman ziyarətgahlarından söhbət getmir. Tutaq ki, kimsə xarici ölkəyə turistik səfər edirsə, bu, başqa məsələdir.Müqəddəs yerlərə ziyarətə getmə isə tamam başqa məsələdir. Müəyyən problemlər var, bununla əlaqədar addımlar atılacaq. Yəqin ki, yeni qanun qəbul ediləcək. “Turizm haqqında” qanuna da dəyişikliklərin edilməsi nəzərdə tutulur”.

S.Novruzov qeyd edib ki, bu məsələ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və idiyyatı olan digər dövlət qurumları ilə müzakirə ediləcək.



Yerləşdirilib:26 Aprel, 2019  15:48, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
16 Sentyabr, 2019
Talibanın iki qubernatoru öldürülüb
16 Sentyabr, 2019
Husilər Səudiyyə Ərəbistanına xəbərdarlıq edib
16 Sentyabr, 2019
Adnan Oktarın məhkəməsi başlayır
16 Sentyabr, 2019

Bəs nə üçün Çaldıran şəhidlərinə ağlamırıq? Nəzər nöqtəsi

16 Sentyabr, 2019

Suriya-Türkiyə sərhədində terror, çox sayda ölü

16 Sentyabr, 2019

“Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu”

16 Sentyabr, 2019

Müsafir olduğu üçün namazı qəsrlə qılan şəxsin namazı bütöv qılan şəxsə iqtida etməsi düzgündürmü? İslam suallarda

16 Sentyabr, 2019
Tramp Səudiyyəyə hücumlardan sonra ABŞ-ın ehtiyat neftindən istifadəyə icazə verib
16 Sentyabr, 2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
14 Sentyabr, 2019

Səudiyyədə neft təsisatlarının PUA-larla vurulması nəticəsində yanğınlar baş verib

14 Sentyabr, 2019

Mərsiyələrdə rast gəlinən “72 şəhid” ifadəsinin əsası nədir? İslam suallarda

14 Sentyabr, 2019
Əfqanıstanda İŞİD liderlərindən biri öldürülüb
14 Sentyabr, 2019
İsrail hərbçiləri ilə toqquşmalarda 55 fələstinli xəsarət alıb
13 Sentyabr, 2019

Rüşvət tələb edən məmurlar güllələnəcək

13 Sentyabr, 2019

Hindistanda ildırım düşməsindən 9 nəfər ölüb

13 Sentyabr, 2019

“İnsan xoşbəxt olmağa, ləzzət almağa ehtiyaclıdır” - Hacı Şahin

13 Sentyabr, 2019
Tramp İranın ABŞ-la danışıqlar aparmaq istədiyini bildirib
13 Sentyabr, 2019

Aşura şəhidlərinin arasında Peyğəmbər səhabələrindən neçə nəfər var idi? İslam suallarda

13 Sentyabr, 2019
Lavrov Suriyada müharibənin başa çatdığını deyib
13 Sentyabr, 2019

Türkiyədə terror törədilib, 7 nəfər dünyasını dəyişib

12 Sentyabr, 2019

Aşura, ya Qarabağ? AKTUAL

12 Sentyabr, 2019
İlk dəfə Səudiyyədə qadınlardan ibarət bölük hərbi parada qatılacaq
12 Sentyabr, 2019

Elşad Mirinin natamamlıq kompleksi və ya tövbə ərəfəsində İynə

12 Sentyabr, 2019

Mosuldakı məscidin bərpasına 100 milyon dollar ayrılacaq

12 Sentyabr, 2019
Husi liderinin qardaşını terror edən cəsus öldürülüb
12 Sentyabr, 2019

Geyimdə hansı rənglərə üstünlük vermək bəyənilir? İslam suallarda

12 Sentyabr, 2019

Dini ziyarətgahlarda kütləvi ölümlərin səbəbi

12 Sentyabr, 2019
Qəzza zolağında üç gündür raket atəşi davam edir
XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com