Səudiyyə Ərəbistanı və İran arasında daha bir gərginlik

Aprelin 23-də Səudiyyə Ərəbistanında 37 məhkum edam olunub. BBC-nin məlumatına görə, bu barədə xəbəri ölkənin rəsmi xəbər agentliyi olan SPA yayıb. Krallığın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda edam edilənlər şəxslərin “radikal ideologiyanı mənimsədikləri, təhlükəsizliyə zərər vurmaq üçün terror hücrələri qurduğu, məzhəb gərginliyi artırmağa çalışdığı” qeyd olunur.

Edamlar paytaxt ər-Riyadla yanaşı Məkkə, Mədinə şəhərlərinin də daxil olduğu 5 regionda həyata keçirilib. Səudiyyə Ərəbistanı dünyada ən çox edam cəzalarının həyata keçirildiyi ölkələrdən biridir. Ölkənin rəsmi xəbər agentliyinin məlumatına görə, 2019-cu ildə krallıqda 100 nəfər edam olunub.

Beynəlxalq Amnistiya Təşkilatı ötən il Səudiyyə Ərəbistanında 149 nəfərin edam edildiyini açıqlayıb. Maraqlıdır ki, Səudiyyə Ərəbistanı ilə edam cəzasında “yarışan” ikinci müsəlman ölkəsi İrandır. Bu da hər iki ölkədə şəriət qanunlarının qüvvədə olması ilə izah olunur. Çünki şəriət qanunları bir sıra cinayətlərə görə edam hökmü verir. İslam şəriəti qanunlarına əsasən terrorizm, qətl, təcavüz, silahlı qarət və narkotik ticarəti kimi cinayətlərdə ittiham olunan şəxslər edam olunur.

Lakin beynəlxalq insan haqları təşkilatları məhkəmə və istintaq orqanlarının fəaliyyəti tənqid edir, edam cəzası alanların ədalətli mühakimə haqlarından məhrum olduğu, daha çox siyasi ittihamlarla insanların edam olunduğunu bildirir.

Yeri gəlmişkən, sonuncu edam hadisəsi, yəni edam olunan 37 məhkumun böyük bir qismi ölkənin şərqində yaşayan şiə məntəqələrində hökumət əleyhinə baş verən etirazlarda saxlanılan şəxslərdir. 2011-ci ildə “ərəb baharı” dalğasında Səudiyyə Ərəbistanında da etirazlar baş verib, xüsusən də ölkənin şərqində Əvamiyyə, Qətif rayonlarında (əş-Şərqiyyə əyaləti) kütləvi etirazlar baş vermişdi. Həmin vaxt ər-Riyad Bəhreyndə baş qaldıran etirazları yatırmaq üçün ordu göndərmişdi və bu hadisə ölkə daxilində etirazlara səbəb olmuşdu.

Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı əhalisinin 20 faizə yaxınını əsasən şərq vilayətlərində yaşayan şiələr təşkil edir. Ərəbistan hakimiyyəti bu bölgələrdə şiələrin etirazlarından narahatdır və bu etirazların silahlı üsyana çevrilməsindən ehtiyat edir. Xüsusən də ər-Riyad şiə etirazlarının arxasında İran olmasından narahatdır.

Sonuncu dəfə 2016-cı il yanvarın 2-də səhər saatlarında İrana meylli şiə axundu, şeyx Nimr Baqir əl-Nimrlə birlikdə 47 nəfər Səudiyyə Ərəbistanında edam edilməsi iki ölkə arasındakı gərginliyə səbəb olmuşdu.

Bir gün sonra, yanvarın 3-də bir qrup etirazçı Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edib. Daha sonra isə Ərəbistanın Məşhəddəki konsulluğuna da hücum olub, konsulluq binası dağıdılıb. Səudiyyə Ərəbistanının xarici işlər naziri İranla münasibətlərin dayandırıldığını bəyan edib. İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verilib. Eyni zamanda Səudiyyə Ərəbistanı hökuməti İrandan Tehrandakı səfirliyinin təhlükəsizliyini təmin etməyi tələb edib.

Məhz bu hadisələrdən sonra iki ölkə münasibətləri daha da soyuyub. Ərəbistan hakimiyyəti İran daxilindəki narazı qüvvələri dəstəkləyəcəyini bəyan edib. Bu vəziyyət məzhəb faktoru üzərindən gərginliyin hələ də narahatlıq doğuracaq səviyyədə olduğunu göstərir. Səudiyyə Ərəbistanı hakimiyyəti şiə vətəndaşlarını İranın təsiri altına düşməsindən narahatdır və bunu zaman-zaman şiə bölgələrinə zorakı müdaxilələrlə büruzə verir.

Kənan Rövşənoğlu,

“Yeni Müsavat”



Yerləşdirilib:25 Aprel, 2019  12:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
16 Avqust, 2019

Ermənistan ordusunun növbəti təxribatı, əsgərimiz yaralanıb

16 Avqust, 2019

Bu gecə imam Әliyyən-Nəqinin (ə) mövludunun ildönümüdür

16 Avqust, 2019
İndoneziyanın paytaxtı köçürüləcək
16 Avqust, 2019
Bu il Azərbaycanda boşanmaların sayı artıb
16 Avqust, 2019

Səfərə çıxan adam getdiyi yerdə neçə gün qalacağını qabaqcadan bilmirsə, namazları necə qılmalıdır? İslam suallarda

16 Avqust, 2019

Qəzaya uğramış təyyarəmizin qalıqları tapıldı

16 Avqust, 2019
Tramp Qrenlandiyanı almaq arzusundadır
15 Avqust, 2019
Türkiyədə hərbi hissəyə hücum olundu
15 Avqust, 2019

İsrail ABŞ Nümayəndələr Palatasının müsəlman üzvlərinin Qüdsə girişini qadağan edib

15 Avqust, 2019

Pakistan və Hindistan orduları arasında yenidən atışma baş verib, ölənlər var

15 Avqust, 2019
Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcək
15 Avqust, 2019
Sabiq prezidentə qarşı yeni ittihamlar irəli sürüldü
15 Avqust, 2019

Türkiyənin lazer silahı Çinin döyüş təyyarəsini məhv etdi

15 Avqust, 2019

Subay oğlanın evli olub boşanmış qadınla ailə qurmasına dinimiz necə baxır? İslam suallarda

15 Avqust, 2019

Suriyada yaraqlılar “Su-22” qırıcısını vurdular, pilot əsir götürüldü

15 Avqust, 2019

Həcc ziyarətində səkkiz uşaq dünyaya gəldi

30 İyul, 2019
İranın sabiq vitse-prezidenti edama məhkum edilib
30 İyul, 2019

ABŞ-da vəhşilik: müsəlman olduğu üçün döyüb öldürdülər Video

30 İyul, 2019

Əfqanıstanda partlayış nəticəsində 3 uşaq həlak olub

30 İyul, 2019

Həcc mərasimi üçün Səudiyyəyə daxil olan hacıların sayı 1 milyonu keçib

30 İyul, 2019

Pakistanda təyyarə binaların üstünə düşdü: ölənlər var

30 İyul, 2019

"İmam Mehdi (ə) elə hökmləri təbliğ edəcək ki, onun yeni din gətirdiyi güman olunacaq” fikrinin izahı nədir? Islam suallarda

30 İyul, 2019

Əfqanıstanda 2 ABŞ əsgəri öldürülüb

30 İyul, 2019

Türkiyə gənc uyğur ananı və iki övladını Çinə təhvil verib

29 İyul, 2019
Sudanda yürüş zamanı 5 dinc aksiyaçı öldürülüb
29 İyul, 2019

Türkmənistan prezidentinin ölüm xəbərinə görə həbslər başladı

29 İyul, 2019

Rusiya BQ: Dörd ay ərzində 110 Suriya əsgəri ölüb

29 İyul, 2019

Əfqanıstan vitse-prezidentliyinə namizədin ofisi hücuma məruz qalıb, çox sayda ölü

XƏBƏRARXİVİ
«Avq.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com