Azərbaycandakı xarici səfirlərə yeni ağsaqqal seçilib

“Hazırda Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların ağsaqqalı (duayen) Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhmandır. Fələstinin Azərbaycandakı səfiri 2010-cu ildə ölkəmizdə diplomatik fəaliyyətə başlayıb”.

İslam.az-ın verdiyi xəbərə görə, bunu Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

Duayenin seçilməsi necə baş verir?!

Leyla Abdullayeva bildirib ki,  diplomatik korpuslarla əlaqə saxlanılır və Azərbaycanda ən uzun müddət ərzində səfir çalışan diplomat duayen funksiyasını yerinə yetirir.

“Səfirlər arasında duayen seçilməsi məsələsinə səfirlər və Xarici İşlər Nazirliyi birgə qərar verir. Hər bir səfirlə nazirlik görüş keçirir və belə bir vəsatətlə diplomatik korpus qarşısında çıxış edir”.

XİN rəsmisi deyib ki, duayenliyin cins fərqi yoxdur:

“Ən uzun müddət səfir postunda çalışan diplomat duayen (ağsaqqal) seçilir. Duayenliyin cinsə aiddiyatı yoxdur. Ola bilsin ki, belə bir diplomat qadındır.  Bu zaman o, diplomatik qaydalara görə duayen seçilmək səlahiyyətinə malik olur. Duayen kiminsə xüsusi göstərişi ilə seçilmir. Bu, diplomatik korpusun səlahiyyətləri çərçivəsində tənzimlənir”.

Əgər kişi duayendirsə...

Duayen seçilən səfirin həyat yoldaşı da duayenlik hüququndan kənarda qalmır. Əgər kişi duayendirsə, onun həyat yoldaşı müəyyən vəzifələri icra edir. Diplomatik korpus daxilində koordinasiya, ictimai xarakterli işlərin aparılması kimi məsuliyyət üzərlərinə düşür. Diplomatik təcrübədən çıxış edərək, duayen səfirin həyat yoldaşı çay  süfrəsi və digər mərasimlər təşkil edə bilir.

Qeyd edək ki, Nasir Əbdülkərim Əbdürrəhmana qədər Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların ağsaqqalı Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vladimir Doroxin olub. O, 2009-cu ildən 2017-ci ilə qədər Azərbaycanda səfir postunda çalışıb.



Yerləşdirilib:17 Aprel, 2019  15:52, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
26 Aprel, 2019

İŞİD-in bir çox ölkələrdə “filialı” var Nəzər nöqtəsi

26 Aprel, 2019
İstanbulda 200-dən çox hərbçi tutuldu
26 Aprel, 2019

Tramp Rusiyaya səsləndi: Nüvə silahından imtina edin

26 Aprel, 2019

Öz adını dəyişdirmək və başqa ad qəbul etmək İslamda icazəlidirmi? İslam suallarda

26 Aprel, 2019

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb

26 Aprel, 2019
Karib dənizində 33 Venesuela vətəndaşı itkin düşüb
25 Aprel, 2019

Mübariz Qurbanlı: "Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur"

25 Aprel, 2019
Misirdə fövqəladə vəziyyət yenidən uzadılıb
25 Aprel, 2019

Səudiyyə Ərəbistanı və İran arasında daha bir gərginlik Nəzər nöqtəsi

25 Aprel, 2019

İraqda sel 37 il əvvəl itkin düşmüş əsgərin cəsədini ölkəyə gətirib

25 Aprel, 2019

Molla Quran açıb “sənin bəxtin bağlanıb” deyirsə, onun sözünə inanmaq olar? İslam suallarda

25 Aprel, 2019
Türkiyə XİN Donald Trampın 24 aprellə bağlı bəyanatını tənqid edib
25 Aprel, 2019
Şri-Lankada daha bir partlayış
24 Aprel, 2019

"Yer üzündə təkəbbürlə gəzmə..." Günün fotosu

24 Aprel, 2019

Şri-Lankada partlayışları bir ailənin üzvləri törədib

24 Aprel, 2019
Tramp “The New York Times” nəşrini ondan üzr istəməyə çağırıb
24 Aprel, 2019

Qarabağ Seyid Ocaqlarının rəhbərindən təqdirəlayiq təklif

24 Aprel, 2019

Səudiyyə Ərəbistanı şiə siyasi fəallar da daxil olmaqla, 37 nəfəri edam etdi

24 Aprel, 2019

Həzrət Əliyə məxsus olan Zülfüqar qılıncının Türkiyədə muzeydə saxlanması doğrudurmu? İslam suallarda

24 Aprel, 2019
Terrorçu PKK ermənilərdən ibarət silahlı dəstə qurub
24 Aprel, 2019

Şri-Lankada silsilə partlayış qurbanlarının sayı 359-a çatıb

23 Aprel, 2019

Dindarlar Şri-Lanka terroruna görə katolik icmasına başsağlığı ziyarətinə getdilər

23 Aprel, 2019

İŞİD Şri-Lankadakı hücumlara görə məsuliyyət üzərinə götürüb

23 Aprel, 2019

İndoneziyada seçkilər zamanı 69 nəfər ölüb

23 Aprel, 2019
Qar uçqununa düşən əsgərin meyiti tapılıb
23 Aprel, 2019
Türkiyə İrana qarşı sanksiyalara görə möhlətin uzadılmamasına qarşıdır
23 Aprel, 2019

Hamiləliyin qarşısını almaq üçün vasitələrdən istifadə etmək olarmı? İslam suallarda

23 Aprel, 2019
2020-ci ildə ABŞ-da sürücüsüz taksi xidməti göstəriləcək
XƏBƏRARXİVİ
«Apr.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com