Abdullah ibn Səba kim olub?

Oxucu sual verir: Abdullah ibn Səba kim olub?

Bəzi qərəzli iddialara görə, guya Abdullah ibn Səba şiə məzhəbini yaratmış şəxsdir. Onun barəsində məlumatlar çox ziddiyyətlidir. Bəzi kitablarda qeyd edilir ki, Osmanın qətli, Cəməl savaşı Abdullah ibn Səbanın səyləri nəticəsində baş vermişdir. Hətta guya Abdullah Cəməl savaşından əvvəl tərəflərin sülhə razı olduğunu görüb qorxuya düşür ki, onlar birləşib Osmanın əsl qatillərini ələ keçirərlər (Abdullah özü də camaatı Osmanın əleyhinə qızışdırırmış). Buna görə də onun tapşırığı ilə tərəfdarları hər iki cəbhənin sıralarına soxulub təxribat yaradır və qarşı tərəfə ox atmaqla döyüş alovunu qızışdırırlar.

İmam Əlinin (ə) xilafəti dövründə Abdullah ibn Səba guya o həzrəti tanrı, özünü isə peyğəmbər elan edir. Tövbə etmədiyinə görə İmam Əlinin (ə) əmri ilə dərin bir quyu qazıyıb içində tonqal qalayır, Abdullahla tərəfdarlarını quyuya atıb yandırırlar. Əslində isə bütün bu rəvayətlər həqiqətdən uzaqdır.

Abdullah ibn Səbanın xəyali və qondarma obraz olduğunu görkəmli Misir alimi Taha Hüseyn “Böyük fitnə” kitabında qeyd etmişdir. Cəfəri məzhəbli məşhur tədqiqatçı alim Əllamə Seyid Mürtəza Əsgəri də “Abdullah ibn Səba əfsanəsi” adlı kitabında bu məsələyə aydınlıq gətirmişdir. Alim sübuta yetirir ki, nə Abdullah ibn Səbanın, nə də banisi hesab edildiyi səbaiyyə firqəsinin mövcudluğunun heç bir əsası yoxdur. Bu barədə rəvayətlər Təbəri tarixindən götürülüb. Təbəri isə bunları hicri 170-ci ildə (miladi 786-787-ci illərdə) vəfat etmiş Seyf ibn Ömər Təmimi Kufi adlı şəxsin dilindən rəvayət edib. Seyf yalançı, iftiraçı, hadisələri dəyişdirib əksinə nəql edən ravi kimi tanınır. Abdullah ibn Səbanın qondarma şəxsiyyət olduğunu sübut edən başqa dəlillər də vardır; bu barədə müvafiq kitablara müraciət edilməlidir.



Yerləşdirilib:13 Aprel, 2019  11:41, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 İyul, 2019

Qohum günah əhlidirsə, onunla əlaqəni kəsmək olarmı? İslam suallarda

23 İyul, 2019

Tramp: 10 milyon insanı öldürmək istəmirəm

23 İyul, 2019

Ağdamın işğalından 26 il ötür

22 İyul, 2019
İranda ABŞ casusları edam olunacaqlar
22 İyul, 2019
Türkiyə İraqda PKK-nın mövqelərinə hava zərbəsi endirib
22 İyul, 2019
BƏƏ-də ərinin telefonuna baxan qadın cərimələndi
22 İyul, 2019

Şüurumuz Allahı dərk edə bilərmi? İslam suallarda

22 İyul, 2019

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

22 İyul, 2019
Nigeriyada 37 nəfər qətlə yetirilib
20 İyul, 2019

Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır

20 İyul, 2019
ABŞ-ın Səudiyyəyə 500 hərbi qüvvə göndərməsi rəsmən təsdiqlənib
20 İyul, 2019

Hansı hallarda ölüyə toxunmaq qüslü (məssi-meyyit) insana vacib olur? İslam suallarda

20 İyul, 2019
Saakaşvili Zelenskiyə şans vermək qərarına gəldi
20 İyul, 2019
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
19 İyul, 2019

Ərbildə türk diplomatını kim öldürüb? Nəzər nöqtəsi

19 İyul, 2019
İraqda 6 PKK terrorçusu zərərsizləşdirilib
19 İyul, 2019

Yəmən münaqişəsinin sonlandırılmasının vaxtı çatıb – Səudiyyə rəsmisi

19 İyul, 2019

Hənəfi məzhəbinə görə, nə qədər məsafədə səfər sayılar? İslam suallarda

19 İyul, 2019

Əfqanıstan universitetində partlayış, 7 ölü

19 İyul, 2019
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirir
18 İyul, 2019
Pakistanın keçmiş Baş naziri saxlanıldı
18 İyul, 2019

Ermənistanla sərhəddə hərbçimiz yaralandı

18 İyul, 2019

Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı

18 İyul, 2019

ABŞ Konqresi Trampın impiçmenti qətnaməsinin əleyhinə səs verib

18 İyul, 2019

Türkiyə ordusu İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib

18 İyul, 2019

Bir çətin işi həll etmək üçün hansı duanı oxumaq faydalıdır? İslam suallarda

18 İyul, 2019
"Taliban"çılar Əfqanıstan ordusunun generalını öldürüblər
18 İyul, 2019
Türkiyə ABŞ-ın F-35 proqramından çıxarılmasını pisləyib
XƏBƏRARXİVİ
«İyl.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com