Beş müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a gəlməsinə qoyulan qadağa ləğv oluna bilər

Demokratlar ABŞ Konqresinə yeni qanun layihəsi təqdim ediblər. Bu layihəyə görə, İran, Liviya, Suriya, Somali və Yəmən vətəndaşlarının ABŞ-a gəlməsinə ABŞ administrasiyası tərəfindən qoyulmuş qadağa ləğv edilir.

Yeni qanun layihəsinin müəllifləri konqresmen xanım Cudi Çu və senator Kristofer Kunsdur. Onlar bildiriblər ki, bu qanun layihəsi həmin ölkələrin vətəndaşlarının ABŞ-a gəlməsinə qoyulmuş qadağanı ləğv etməklə bərabər, gələcəkdə prezidentlər tərəfindən dini və milli amillər əsasında bu cür qadağalar qoyulmasının qarşısını alacaq.

Konqresmen xanım Cudi Çu öz tvitter səhifəsində yazıb: "Prezident Trampın müsəlmanlara qarşı tətbiq etdiyi qadağa fanatizmə əsaslanan nifrət siyasətinin nəticəsidir”. Minnesota ştatından olan xanım konqresmen, müsəlman İlxan Omar da bu məsələyə laqeyd qalmayıb. O, qanun layihəsinin müəlliflərini dəstəklədiyini bəyan edərək bildirib ki, dini, irqi və ya milli mənşə səbəbindən heç kəsin əsas hüquqları məhdudlaşdırılmamalıdır.

Tramp administrasiyası həmin qadağanı tətbiq edərkən bildirmişdi ki, bu tədbir ABŞ-ın milli təhlükəsizlik mənafeləri üçün görülür və həmin müsəlman ölkələrində əhalinin dini baxışlarına deyil, siyasi vəziyyətin spesifikasına əsaslanır.

İmmiqrantlara münasibətdə milli zəmində ayrı-seçkiliyinə qarşı mübarizə barədə qanun layihəsi ayrı-ayrı ölkələrin sakinlərinin ABŞ-a gəlişinə Prezident Tramp tərəfindən qoyulmuş qadağanı ləğv edir, bu şəxslərin dini mənsubiyyəti əsas göstərilməklə onların ABŞ-a gəlişinə icazə verilməməsini qadağan edir, icra hakimiyyətinin gələcəkdə səfərlərə qadağa tətbiq etmək imkanlarını məhdudlaşdıraraq səlahiyyət bölgüsünü bərpa edir. Qanun layihəsi müəlliflərinin fikrincə, həmkarlarının kifayət qədər çox hissəsi, eləcə də yüzlərlə vətəndaş təşkilatı bu layihəni dəstəkləyəcək.



Yerləşdirilib:11 Aprel, 2019  17:34, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
26 Aprel, 2019

İŞİD-in bir çox ölkələrdə “filialı” var Nəzər nöqtəsi

26 Aprel, 2019
İstanbulda 200-dən çox hərbçi tutuldu
26 Aprel, 2019

Tramp Rusiyaya səsləndi: Nüvə silahından imtina edin

26 Aprel, 2019

Öz adını dəyişdirmək və başqa ad qəbul etmək İslamda icazəlidirmi? İslam suallarda

26 Aprel, 2019

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb

26 Aprel, 2019
Karib dənizində 33 Venesuela vətəndaşı itkin düşüb
25 Aprel, 2019

Mübariz Qurbanlı: "Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur"

25 Aprel, 2019
Misirdə fövqəladə vəziyyət yenidən uzadılıb
25 Aprel, 2019

Səudiyyə Ərəbistanı və İran arasında daha bir gərginlik Nəzər nöqtəsi

25 Aprel, 2019

İraqda sel 37 il əvvəl itkin düşmüş əsgərin cəsədini ölkəyə gətirib

25 Aprel, 2019

Molla Quran açıb “sənin bəxtin bağlanıb” deyirsə, onun sözünə inanmaq olar? İslam suallarda

25 Aprel, 2019
Türkiyə XİN Donald Trampın 24 aprellə bağlı bəyanatını tənqid edib
25 Aprel, 2019
Şri-Lankada daha bir partlayış
24 Aprel, 2019

"Yer üzündə təkəbbürlə gəzmə..." Günün fotosu

24 Aprel, 2019

Şri-Lankada partlayışları bir ailənin üzvləri törədib

24 Aprel, 2019
Tramp “The New York Times” nəşrini ondan üzr istəməyə çağırıb
24 Aprel, 2019

Qarabağ Seyid Ocaqlarının rəhbərindən təqdirəlayiq təklif

24 Aprel, 2019

Səudiyyə Ərəbistanı şiə siyasi fəallar da daxil olmaqla, 37 nəfəri edam etdi

24 Aprel, 2019

Həzrət Əliyə məxsus olan Zülfüqar qılıncının Türkiyədə muzeydə saxlanması doğrudurmu? İslam suallarda

24 Aprel, 2019
Terrorçu PKK ermənilərdən ibarət silahlı dəstə qurub
24 Aprel, 2019

Şri-Lankada silsilə partlayış qurbanlarının sayı 359-a çatıb

23 Aprel, 2019

Dindarlar Şri-Lanka terroruna görə katolik icmasına başsağlığı ziyarətinə getdilər

23 Aprel, 2019

İŞİD Şri-Lankadakı hücumlara görə məsuliyyət üzərinə götürüb

23 Aprel, 2019

İndoneziyada seçkilər zamanı 69 nəfər ölüb

23 Aprel, 2019
Qar uçqununa düşən əsgərin meyiti tapılıb
23 Aprel, 2019
Türkiyə İrana qarşı sanksiyalara görə möhlətin uzadılmamasına qarşıdır
23 Aprel, 2019

Hamiləliyin qarşısını almaq üçün vasitələrdən istifadə etmək olarmı? İslam suallarda

23 Aprel, 2019
2020-ci ildə ABŞ-da sürücüsüz taksi xidməti göstəriləcək
XƏBƏRARXİVİ
«Apr.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com