Mübariz Qurbanlı: “Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir”

“Dünyada dini ayrı-seçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, bu gün bütün dünyada demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük Azərbaycan xalqının əsrlər boyu formalaşan və bir çoxlarına örnək olan xarakterik xüsusiyyətidir: “ Bu, inkaredilməz həqiqətdir. Bu gün Azərbaycanda kilsə və sinaqoqlarla yanaşı, bir çox xristian, yəhudi dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi və onlara dövlət tərəfindən lazımi dəstək verilməsi də buna əyani sübutdur”.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında imzaladığı sərəncam və digər faktlar ölkədə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu deməyə əsas verir: “Prezident İlham Əliyevin din sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, ölkədəki tolerantlıq mühiti qorunub saxlanılır. Azərbaycanın dini tolerantlıq modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur”.

Onun sözlərinə görə, mövcud mürəkkəb geosiyasi durumda bu uğurları daha da genişləndirmək və tarixin ən möhtəşəm Azərbaycanını qurmaq kimi çətin, şərəfli vəzifəyə nail olmaq Prezident İlham Əliyevin həqiqətən də görkəmli dövlət xadimi və qüdrətli lider olduğuna əyani sübutdur: “Dövləti idarə etmək yəqin ki, siyasi bir şansdır və bu fürsətə təsadüfi adamlar da yiyələnə bilər. Ən azından elə ölkəmizin siyasi tarixi bunu göstərir. Amma dövləti layiqincə idarə etmək məharətinə sahib olmaq, bu fəaliyyəti yalnız millətin və dövlətin maraqlarının ödənməsinə yönəltmək, siyasi sələflərdən miras olaraq əldə olunan dövlətçilik potensialını dəfələrlə artırmaq kimi xüsusiyyətlər isə yalnız həqiqi liderlərə xasdır. Buna görə də, tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Beləliklə də, öz tərcümeyi-halını Azərbaycanın inkişaf və quruculuq tarixinə həkk etdirir”.



Yerləşdirilib:11 Aprel, 2019  12:27, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 İyul, 2019

Qohum günah əhlidirsə, onunla əlaqəni kəsmək olarmı? İslam suallarda

23 İyul, 2019

Tramp: 10 milyon insanı öldürmək istəmirəm

23 İyul, 2019

Ağdamın işğalından 26 il ötür

22 İyul, 2019
İranda ABŞ casusları edam olunacaqlar
22 İyul, 2019
Türkiyə İraqda PKK-nın mövqelərinə hava zərbəsi endirib
22 İyul, 2019
BƏƏ-də ərinin telefonuna baxan qadın cərimələndi
22 İyul, 2019

Şüurumuz Allahı dərk edə bilərmi? İslam suallarda

22 İyul, 2019

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

22 İyul, 2019
Nigeriyada 37 nəfər qətlə yetirilib
20 İyul, 2019

Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır

20 İyul, 2019
ABŞ-ın Səudiyyəyə 500 hərbi qüvvə göndərməsi rəsmən təsdiqlənib
20 İyul, 2019

Hansı hallarda ölüyə toxunmaq qüslü (məssi-meyyit) insana vacib olur? İslam suallarda

20 İyul, 2019
Saakaşvili Zelenskiyə şans vermək qərarına gəldi
20 İyul, 2019
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
19 İyul, 2019

Ərbildə türk diplomatını kim öldürüb? Nəzər nöqtəsi

19 İyul, 2019
İraqda 6 PKK terrorçusu zərərsizləşdirilib
19 İyul, 2019

Yəmən münaqişəsinin sonlandırılmasının vaxtı çatıb – Səudiyyə rəsmisi

19 İyul, 2019

Hənəfi məzhəbinə görə, nə qədər məsafədə səfər sayılar? İslam suallarda

19 İyul, 2019

Əfqanıstan universitetində partlayış, 7 ölü

19 İyul, 2019
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirir
18 İyul, 2019
Pakistanın keçmiş Baş naziri saxlanıldı
18 İyul, 2019

Ermənistanla sərhəddə hərbçimiz yaralandı

18 İyul, 2019

Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı

18 İyul, 2019

ABŞ Konqresi Trampın impiçmenti qətnaməsinin əleyhinə səs verib

18 İyul, 2019

Türkiyə ordusu İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib

18 İyul, 2019

Bir çətin işi həll etmək üçün hansı duanı oxumaq faydalıdır? İslam suallarda

18 İyul, 2019
"Taliban"çılar Əfqanıstan ordusunun generalını öldürüblər
18 İyul, 2019
Türkiyə ABŞ-ın F-35 proqramından çıxarılmasını pisləyib
XƏBƏRARXİVİ
«İyl.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com