"İƏT Modeli" - 2019 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi

Artıq 9 ildir Azərbaycanda uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə növbəti dəfə start verilib. İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin 2019-cu il buraxılışı dünən təşkil olunmuş ilk mühazirə proqramı ilə öz işinə başlayıb.

Bakı Dövlət Universiteti, ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti və digər ali məktəbləri təmsil edən və iştirak üçün müraciət etmiş 300-dən artıq tələbə arasından seçilmiş 50 gəncin 5 həftə davam edəcək mühazirələrdə və sonda təşkil olunacaq İƏT Modeli beynəlxalq simulyasiyasında iştirakı nəzərdə tutulub.

Akademiyanın 2019-cu il buraxılışının açılışını edən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev layihənin məqsəd və mühazirə mövzuları haqqında tələbələrə məlumat verərək, layihənin tərəfdaşı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edib. İƏT-in yaranmasının 50 illiyi münasibətilə E. Mehdiyev proqramın ilk mühazirəsi olaraq tarixilik və müasirlik aspektindən təşkilatın 50 illik fəaliyyəti haqqında çıxış edib. Daha sonra Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nasser Əbdül Kərim qonaq səfir qismində çıxış edərək, İƏT-in yaranma səbəbi olan İsrail-Fələstin münaqişəsi haqqında təqdimat edib və tələbələri Fələstinin tarixi, məruz qaldığı işğal siyasəti, eləcə də indiyə qədər münaqişəyə beynəlxalq ictimaiyyətin verdiyi hüquqi-siyasi qiymətlə bağlı məlumatlandırıb.

Xatırladaq ki, İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatlatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir. Bu baxımdan, akademiyada İƏT üzv dövlətlərinin xarici siyasət prioritetləri, İƏT-in beynəlxalq qurum kimi fəaliyyəti, beynəlxalq siyasətdə media və sosial medianın bir alət kimi istifadəsi, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və o cümlədən İƏT-dəki fəaliyyət istiqamətləri ilə bağlı mühazirələrin təşkili nəzərdə tutulub.



Yerləşdirilib:10 Aprel, 2019  14:57, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
26 Aprel, 2019

İƏT Bakı Mərkəzi Kazanda İƏT Gənc İş Adamlarının Forumunu keçirdi Fotolent

26 Aprel, 2019

İŞİD-in bir çox ölkələrdə “filialı” var Nəzər nöqtəsi

26 Aprel, 2019
İstanbulda 200-dən çox hərbçi tutuldu
26 Aprel, 2019

Tramp Rusiyaya səsləndi: Nüvə silahından imtina edin

26 Aprel, 2019

Öz adını dəyişdirmək və başqa ad qəbul etmək İslamda icazəlidirmi? İslam suallarda

26 Aprel, 2019

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb

26 Aprel, 2019
Karib dənizində 33 Venesuela vətəndaşı itkin düşüb
25 Aprel, 2019

Mübariz Qurbanlı: "Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur"

25 Aprel, 2019
Misirdə fövqəladə vəziyyət yenidən uzadılıb
25 Aprel, 2019

Səudiyyə Ərəbistanı və İran arasında daha bir gərginlik Nəzər nöqtəsi

25 Aprel, 2019

İraqda sel 37 il əvvəl itkin düşmüş əsgərin cəsədini ölkəyə gətirib

25 Aprel, 2019

Molla Quran açıb “sənin bəxtin bağlanıb” deyirsə, onun sözünə inanmaq olar? İslam suallarda

25 Aprel, 2019
Türkiyə XİN Donald Trampın 24 aprellə bağlı bəyanatını tənqid edib
25 Aprel, 2019
Şri-Lankada daha bir partlayış
24 Aprel, 2019

"Yer üzündə təkəbbürlə gəzmə..." Günün fotosu

24 Aprel, 2019

Şri-Lankada partlayışları bir ailənin üzvləri törədib

24 Aprel, 2019
Tramp “The New York Times” nəşrini ondan üzr istəməyə çağırıb
24 Aprel, 2019

Qarabağ Seyid Ocaqlarının rəhbərindən təqdirəlayiq təklif

24 Aprel, 2019

Səudiyyə Ərəbistanı şiə siyasi fəallar da daxil olmaqla, 37 nəfəri edam etdi

24 Aprel, 2019

Həzrət Əliyə məxsus olan Zülfüqar qılıncının Türkiyədə muzeydə saxlanması doğrudurmu? İslam suallarda

24 Aprel, 2019
Terrorçu PKK ermənilərdən ibarət silahlı dəstə qurub
24 Aprel, 2019

Şri-Lankada silsilə partlayış qurbanlarının sayı 359-a çatıb

23 Aprel, 2019

Dindarlar Şri-Lanka terroruna görə katolik icmasına başsağlığı ziyarətinə getdilər

23 Aprel, 2019

İŞİD Şri-Lankadakı hücumlara görə məsuliyyət üzərinə götürüb

23 Aprel, 2019

İndoneziyada seçkilər zamanı 69 nəfər ölüb

23 Aprel, 2019
Qar uçqununa düşən əsgərin meyiti tapılıb
23 Aprel, 2019
Türkiyə İrana qarşı sanksiyalara görə möhlətin uzadılmamasına qarşıdır
23 Aprel, 2019

Hamiləliyin qarşısını almaq üçün vasitələrdən istifadə etmək olarmı? İslam suallarda

XƏBƏRARXİVİ
«Apr.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com