“Kəbənin övladı” (İmam Əlinin (ə) mövludu münasibəti ilə)

İmam Əli ibn Əbutalibə (ə) məxsus olan nadir fəzilətlərdən biri də o həzrətin Kəbə evində dünyaya gəlməsidir. Əksər alimlərin qeyd etdiyi kimi, tarix boyunca Əlidən (ə) savayı heç kim bu şərəfə layiq görülməmişdir. İmam Əli (ə) Allahın evində - Kəbədə doğulmuş və Allahın evində - Kufə məscidində aldığı ölümcül yara ilə həyatını itirmiş yeganə şəxsiyyətdir.

Böyük alim Əllamə Əmini “əl-Ğədir” kitabında İmam Əlinin (ə) Kəbədə dünyaya gəlməsindən söz açaraq, bunu öz kitablarında təsdiq etmiş 50 nəfər şiə alimin və 40 nəfər şairin adlarını çəkərək, əsərlərindən sitatlar gətirir.

Hadisəni təsdiq edən əhli-sünnə alimlərinə gəlincə, onların sırasında Hakim Nişaburi, İbn əl-Məğazili, Hələbi, Zəhəbi, İbn Əsir, İbn Cövzi, Alusi kimi məşhur alimlərin adına rast gəlirik. Mühəmməd ibn Təlhə Şafii, Gənci Şafii, Cüveyni Şafii, İbn Səbbağ Maliki, Səmhudi Şafii, Zərəndi Şafii, Şəblənci, Şah Vəliyyullah Dehləvi və başqa əhli-sünnə alimləri də öz kitablarında Həzrət Əlinin (ə) Kəbədəki mövludunu etiraf etmişlər.

Bu alimlərdən bəziləri İmam Əlinin (ə) Kəbədə doğuluşunu məşhur hadisə və mütəvatir rəvayət adlandırmışlar. “Mütəvatir” deyərkən, hər təbəqəyə mənsub çoxlu ravilərin rəvayət ediyi xəbər nəzərdə tutulur. Bu zaman həmin ravilərin yalançılıq zəminində əlbir olma ehtimalının qeyri-mümkünlüyü şərt qoyulur.

Əhli-sünnə aləmində ən məşhur hədis qaynaqlarından sayılan “əl-Müstədrək əla-l-Səhiheyn” kitabının müəllifi Hakim Nişaburi adıçəkilən əsərdə yazır: “Mütəvatir xəbərlərdən biri də budur ki, Əsədin qızı Fatimə Həzrət Əlini (ə) Kəbədə dünyaya gətirmişdir” (III cild, səh. 483).

“Şah Vəliyyullah” kimi tanınan Əhməd ibn Əbdüləziz Dehləvi “İzalət əl-xəfa” kitabında yazır: “Əsədin qızı Fatimənin Həzrət Əlini (ə) Kəbə evində dünyaya gətirməsi mütəvatir xəbərlərdəndir. Həqiqət budur ki, o, “fil ili” təqviminin 30-cu ili rəcəb ayının 13-ündə, cümə günündə Kəbədə doğulmuşdur. Ondan nə əvvəl, nə də sonra heç kim Kəbənin içində dünyaya göz açmadı”.

Şihabəddin Seyid Mahmud Alusi isə bir qəsidəyə şərh olaraq yazdığı “Sərh əl-xəridət əl-ğeybiyyə” kitabında qeyd edir: “Həzrət Əlinin (ə) Kəbə evində dünyaya göz açması dünyada məşhur olan bir hadisədir. Bu hadisəni həm sünnü, həm də şiə qaynaqları qeyd etmişdir”.

İmamın Kəbədə doğuluşu barədə müstəqil kitablar da qələmə alınmışdır. Bu mövzuda ən azı 5 müstəqil kitab məlumdur. Bunlardan birini böyük şiə alimi Şeyx Səduq qələmə almışdır. Həmin mövzuda yazılmış bir kitabın müəllifi də həmyerlimiz, zəmanəsinin böyük tədqiqatçı alimi Əllamə Mühəmməd Əli Ordubadidir (1895-1960). Ordubadi mövzu barədə dərin araşdırma aparmış, əqli və nəqli dəlillərə əsaslanaraq çıxış etmiş, irəli sürülən iradlara ətraflı və tutarlı cavablar vermişdir. Ordubadinin yaxın dostu Əllamə Əmini “əl-Ğədir” kitabında yazır: “Şeyximiz Ordubadi mövzu barədə böyük bir kitab yazmış, dərin araşdırmalar aparmış və kamanda heç kim üçün ox saxlamamışdır (yəni kamil şəkildə tədqiqat aparmış və heç kimə iş buraxmamışdır)” (VI cild, səh. 27)

Həzrət Əlinin (ə) Kəbədə doğuluşunu inkar edənlərə gəlincə, onlar əsasən iki istiqamətdə iş görmüşlər. Birincisi, İmamın Kəbədə doğulan yeganə şəxs olmadığını iddia etməklə, həzrətin fəzilətlərindən birini inkar etməyə və üzərinə kölgə salmağa çalışmışlar. İkincisi isə, ümumiyyətlə, həzrətin Kəbədə doğuluşunu inkar etmişlər.

Birinci iddiaya görə, Kəbədə doğulan ilk şəxs Həzrət Xədicənin qardaşı oğlu Həkim ibn Həzam ibn Xüveylid ibn Əsəd Qüreyşi olmuşdur. O, fil ilindən təqribən 12 ya 13 il əvvəl doğulmuş, hicrətdən 50 ya 54 il sonra vəfat etmişdir. Bəziləri onun İslamdan əvvəl 60 və İslamdan sonra da 60 il yaşadığını yazmışlar.

Əvvəla, Həkim ibn Həzamın Kəbədə doğuluşu barədə xəbərlər sənəd etibarilə zəif, məzmun etibarilə ziddiyyətlidir. İkincisi, hətta bu xəbərin doğruluğunu qəbul etsək belə, bu nüansa diqqət yetirməliyik ki, Həkimin anasının Kəbədə doğuşu qeyri-ixtiyari olaraq, qəfildən baş vermişdi. Belə ki, Həkimin anası Qüreyş qadınları ilə birlikdə Kəbəni ziyarət etmək üçün müqəddəs evin içinə daxil olur. Bu zaman o, doqquz aylıq hamilə idi. Kəbənin içində qadının doğuş sancısı başlayır və elə oradaca, bir dəri parçasının üstündə övladını dünyaya gətirir.

Son zamanlar bəzi vəhhabi “alimləri” də İmam Əlinin (ə) Kəbə daxilindəki mövludunu inkar etməyə çalışır, hətta bunu İmam üçün əskiklik kimi təqdim edirlər. Bunların arasında Suriyada və İraqda döyüşən vəhhabi cəlladlarının “mənəvi atası”, dinc müsəlmanlara və məxsusən şiələrə qarşı qətl fətvalarının müəllifi Şeyx Ərifi fərqlənir. Ərifinin irəli sürdüyü əsas “sübut” bundan ibarətdir ki, Kəbə o dövrdə bütxana idi, içində, damında və ətrafında 360 büt qoyulmuşdu. Və guya buna görə də, bütxana olan bir yerdə doğulmaq əslində şərəf yox, nöqsandır.

Cavabında deyirik ki, Kəbə Qurani-kərimdə yer üzündə tikilmiş ilk bina, Allahın evi, əmin-amanlıq məkanı kimi vəsf olunur. Bu ev yaradılışın əvvəlindən bəri müqəddəs və mübarək olmuşdur, öz müqəddəsliyini qiyamətə kimi qoruyacaqdır. İnsanların ona nə cür münasibət göstərməsindən asılı olmayaraq Kəbə həmişə möhtərəmdir. Məgər hicrətin 8-ci ilində Məkkə fəth olunub Kəbə bütlərdən təmizlənənə kimi bu evin müqəddəsliyi qorunmurdumu? Elə isə, niyə müsəlmanlar Mədinədə bir neçə il boyunca bütxana olan Kəbəni qiblə sayaraq, namazda üzlərini ona sarı çevirirdilər? Niyə Peyğəmbərimiz Hüdeybiyyə ilində Məkkəyə həccə getmək niyyətində idi? Niyə o həzrət qəza ümrəsini yerinə yetirmişdi? Niyə bundan da əvvəl, Peyğəmbər hələ Məkkədə yaşadığı zaman Kəbəni ziyarət edir, onun yanında namaz qılırdı? Əgər bura müqəddəs və mübarək məkan deyildisə, o həzrət niyə bu cür davranırdı? Yoxsa cənab Ərifi İslam Peyğəmbərinin sünnəsini mötəbər qəbul etmir və o həzrətdə səhv tapıb?

Sonda başqa bir müqayisə aparaq. Məgər Məkkə müşrikləri İslam Peyğəmbərini “məcnun”, “şair” adlandırdıqları zaman o həzrətin şan-şərəfindən nə isə əskilirdimi? Bütün peyğəmbərlər öz müasirləri tərəfindən təkzib və təqib edilmiş, iftiralara və təzyiqlərə məruz qalmışlar. İnsanların bu münasibəti uca peyğəmbərlik məqamına bir əskiklik gətirmişdimi? Əsla yox! Elə isə, o zamanlar Kəbə evinin cahil insanlar tərəfindən bütxanaya çevrilməsi də bu məkanın müqəddəsliyinə və mübarəkliyinə zərrə qədər ləkə sala bilməzdi və İmam Əlinin (ə) Kəbədə doğuluşu o həzrət üçün ən böyük fəzilətlərdən biridir.



Yerləşdirilib:19 Mart, 2019  12:23, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 İyul, 2019

Qohum günah əhlidirsə, onunla əlaqəni kəsmək olarmı? İslam suallarda

23 İyul, 2019

Tramp: 10 milyon insanı öldürmək istəmirəm

23 İyul, 2019

Ağdamın işğalından 26 il ötür

22 İyul, 2019
İranda ABŞ casusları edam olunacaqlar
22 İyul, 2019
Türkiyə İraqda PKK-nın mövqelərinə hava zərbəsi endirib
22 İyul, 2019
BƏƏ-də ərinin telefonuna baxan qadın cərimələndi
22 İyul, 2019

Şüurumuz Allahı dərk edə bilərmi? İslam suallarda

22 İyul, 2019

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

22 İyul, 2019
Nigeriyada 37 nəfər qətlə yetirilib
20 İyul, 2019

Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır

20 İyul, 2019
ABŞ-ın Səudiyyəyə 500 hərbi qüvvə göndərməsi rəsmən təsdiqlənib
20 İyul, 2019

Hansı hallarda ölüyə toxunmaq qüslü (məssi-meyyit) insana vacib olur? İslam suallarda

20 İyul, 2019
Saakaşvili Zelenskiyə şans vermək qərarına gəldi
20 İyul, 2019
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
19 İyul, 2019

Ərbildə türk diplomatını kim öldürüb? Nəzər nöqtəsi

19 İyul, 2019
İraqda 6 PKK terrorçusu zərərsizləşdirilib
19 İyul, 2019

Yəmən münaqişəsinin sonlandırılmasının vaxtı çatıb – Səudiyyə rəsmisi

19 İyul, 2019

Hənəfi məzhəbinə görə, nə qədər məsafədə səfər sayılar? İslam suallarda

19 İyul, 2019

Əfqanıstan universitetində partlayış, 7 ölü

19 İyul, 2019
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirir
18 İyul, 2019
Pakistanın keçmiş Baş naziri saxlanıldı
18 İyul, 2019

Ermənistanla sərhəddə hərbçimiz yaralandı

18 İyul, 2019

Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı

18 İyul, 2019

ABŞ Konqresi Trampın impiçmenti qətnaməsinin əleyhinə səs verib

18 İyul, 2019

Türkiyə ordusu İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib

18 İyul, 2019

Bir çətin işi həll etmək üçün hansı duanı oxumaq faydalıdır? İslam suallarda

18 İyul, 2019
"Taliban"çılar Əfqanıstan ordusunun generalını öldürüblər
18 İyul, 2019
Türkiyə ABŞ-ın F-35 proqramından çıxarılmasını pisləyib
XƏBƏRARXİVİ
«İyl.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com