Dini Komitə: Elşad Miriyev QMİ ilə DQİDK arasında nifaq salmaq istəyir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilahiyyatçı Elşad Mirinin kitabının nəşrini məqsədəmüvafiq saymamasına aydınlıq gətirib.

Komitənin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib ki, E.Miri qanunvericiliyə uyğun olaraq “İslamda yoxdur” adlı əsərini Dövlət Komitəsi tərəfindən dinşünaslıq ekspertizasının aparılması və rəy verilməsi üçün təqdim edib.

N.Məmmədovun sözlərinə görə, müəllifin “seyidlik” anlayışı və “Peyğəmbərin məsumluğu” ilə bağlı mövqeyi və bu mövqeyi ifadə etmə forması ölkədə dini durumda mənfi təzahürlərin meydana gəlməsinə, dini nifrət və düşmənçiliyə, tolerant və multikultural mühitə mənfi təsir göstərə biləcəyindən, Dövlət Komitəsi həmin əsərin nəşrini məqsədəuyğun hesab etməyib:  “Dövlət Komitəsinin qərarına etiraz edən Elşad Miriyev məhkəməyə müraciət edib, birinci instansiya və apellyasiya məhkəmələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərarını qüvvədə saxlayıb. Elşad Miriyev Dövlət Komitəsinin qərarından sonra media imkanlarından istifadə edərək, dəfələrlə Komitə əməkdaşlarına qarşı qərəzli ittihamlar səsləndirib, ictimai rəyi çaşdırmağa çalışıb. 13.03.2019-cu il tarixində “Bizim yol” saytının əməkdaşına verdiyi video müsahibədə növbəti dəfə bu məsələni gündəmə gətirərək, guya kitabın nəşrinə razılığın verilməməsində Qafqaz Müsəlmanları İdarəsinin rolu olduğunu bildirib”.

Şöbə müdiri qeyd edib ki, dinşünaslıq ekspertizası ilahiyyatçı mütəxəssislər tərəfindən tam müstəqil həyata keçirilir: “Bu mütəxəssislərin verdiyi qərara kimlərinsə hansısa formada müdaxilə etmək səlahiyyəti yoxdur. Eyni zamanda müvafiq qanunvericiliyə əsasən, ekspertlərin bilə-bilə yalandan rəy verməsi cinayət məsuliyyəti yaradır. Özünün də qeyd etdiyi kimi, məlum fikir Elşad Miriyev tərəfindən səsləndirildiyi zaman həm onunla fərdi söhbətlərdə, həm də məhkəmədə dəfələrlə QMİ-nin kitabın nəşrinə razılığın verilməməsində rolunun olmasının yalan olduğu bildirilib. Dövlət Komitəsi bu iftiranın əsassız olduğunu, bu gün ölkədə formalaşan dövlət-din münasibətlərinə xələl gətirmək məqsədi güddüyünü bəyan edir, Qafqaz Müsəlmanları İdarəsi ilə Dövlət Komitəsi arasında nifaq salmaq cəhdi kimi qiymətləndirir”.



Yerləşdirilib:15 Mart, 2019  17:31, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 May, 2019

Qədr gecəsinin əməlləri

24 May, 2019

Prezident dini qurumlara maliyyə yardımı ayırdı

24 May, 2019
Kabildə məsciddə partlayış baş verib
24 May, 2019
Pakistanda cümə namazına hücum edilib, ölənlər var
24 May, 2019

İŞİD Tacikistanda şiə alimlərin başını kəsdi

24 May, 2019
Hindistan İran neftinin idxalını tamamilə dayandırıb
24 May, 2019
BMT İraqda 12 kütləvi məzarlıq aşkarlayıb
24 May, 2019

Tramp: "İraqa hücum etmək lazım deyildi"

24 May, 2019

Ruhani: "İranı bombardman etsələr, təslim olmayacağıq"

24 May, 2019

Orucluq zamanı bədənə ağrıkəsici iynə vurdurmaq, qadınlara aid və yaxud bağırsaq şamları qoymaq olarmı? İslam suallarda

24 May, 2019
Suriyada silahlı dəstə ordunun zabitlərini əsir götürüb
24 May, 2019

Bu gün, mayın 24-ü, ehtimal edilən birinci Qədr gecəsidir

23 May, 2019

Prezident iftar mərasimində iştirak edib

23 May, 2019

Əhməd Davudoğlu imam Əlinin (ə) göstərişinə uyğun davrandı

23 May, 2019

Səudiyyə Ərəbistanında ilahiyyatçılar edam olunacaq

23 May, 2019
Zelenski Rusiya ilə dialoq aparmayacaq
23 May, 2019
Pakistan yeni nüvə raketini sınaqdan keçirib
23 May, 2019

Qədr gecəsi necə dua edək? Redaktordan

23 May, 2019

Səudiyyə koalisiyasının öldürdüyü yəmənlilərin sayı açıqlanıb

23 May, 2019

Ramazan ayında cənabət qüslü almağı unudan və bu halda oruc tutan, lakin gün ərzində bunu xatırlayan şəxsin orucu düzgündürmü? İslam suallarda

23 May, 2019
Fələstinin bütün cinahları ABŞ-ın Bəhreyn toplantısını boykot ediblər
23 May, 2019

BMT: Azərbaycanda kişilərin 32,5 faizi qadınlara qarşı zorakılıq törədir

22 May, 2019

Qədr gecəsi hansı gecədir?

22 May, 2019
İran beynəlxalq sulara əlavə hərbi gəmilər göndərir
22 May, 2019

İndoneziyada qanlı toqquşmalar: altı ölü

22 May, 2019

QMİ: Zəvvarları Həcc ziyarətinə aparmaq üçün AZAL 6 təyyarə ayırıb

22 May, 2019

Buker Mükafatının builki qalibi müsəlman qadın oldu

22 May, 2019

Quranda adı çəkilən Yəcuc-Məcuc səddi harada yerləşir? İslam suallarda

XƏBƏRARXİVİ
«May.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com