Yel çərşənbəsi yeli ilə ağlı sovrulanlar

Özünü ilahiyyatçı hesab edən birisi gecəsini gündüzünə qataraq Quranın müqəddəs olmadığını sübuta yetirmək üçün dəridən-qabıqdan çıxanda və buna bəziləri züy tutanda bu barədə xəbərdarlıq etmişdik: əsirlərin süzgəcindən keçib gələn dəyərlərimizə dil uzatmaq bir çox “qırmızı xəttləri” heç edəcək. Bu isə nə xalqımıza, nə mənəviyyatımıza, nə də dövlətimizə bir xeyir verəcək. Zaman göstərdi ki, qətiyyən yanılmamışıq.

Novruz xalqımızın ən qədim bayramlarından, ənənələrindən biridir. Düzdür, son illər bir dəstə peyda olub ki, bu bayrama qarşı Səlib yürüşü elan edib: guya Novruzu qeyd edənlər kafir, İslamdan çıxan, müsəlmançılıqdan bixəbərlərdir. Ancaq Allaha şükür olsun, əhalimizin böyük hissəsi belə cəfəng və sarsaq fikirləri dəstəkləmir və buna münasibətləri “it hürər, karvan keçər” prinsipi üzərində qurulub. Amma bəzən də əslində bu bayrama müxalif olmayan, lakin ucuz populizm qazanmaq istəyinin girdabına düşüb xar olanlar tapılır. ..
Bir neçə gün öncə Azərbaycanda Yel çərşənbəsi qeyd edildi. Novruz bayramı ərəfəsindəki 4 çərşənbə ənənəsi, bu ənənənin tarixi və mənası haqqında söz açmaq istəmirik: yəqin ki, çoxları bunu bilir, bilməyənlərin də mənbələrdən məlumat əldə etmək imkanı kifayət qədərdir. Düşünmək olardı ki, bu dərəcədə qədim dəyər haqqında yeni nə söyləmək olar? Özü də bu sahədə mütəxəssis, etnoqraf, tarixçi olmayan üçün?  Amma son illər cəmiyyətdə brendə çevrilən kreativlik axtarışı, qatığa qara deyib gündəmə gəlmək ənənəsi bu dəfə də bir qrup insanın normal düşüncə tərzini alt-üst edib. Nəticədə də təqdim olunan “əsər” yaranıb:

Təbii ki, bunu ərsəyə gətirənlər başa düşürdülər: insanlar mütləq etiraz, özü də sərt etiraz edəcək. Başa düşməmək üçün ya gərək tam axmaq olasan, ya da Afrika cəngəlliklərindən ilk dəfə Azərbaycana təşrif buyurasan. Belə “kreativliyə” xalq adətən birmənalı yanaşır. Amma cəmiyyətdə artan xəttlə cərəyan edən populyarlıq, diqqət mərkəzində qalmaq istəyi bu məqsədə aparan yolda hər şeyi məqbul edir, hətta ən ağır təhqirlərə, söyüşlərə tuş gəlməyi belə. Niyə də yox? Axı müqəddəs, dəyərli heç nə qalmayıb bu firqə üçün. Nə vətən, nə Quran, nə tarix, nə valideyn... Elə özünü cəmiyyətə “psixoloq” kimi sırıyan, Milli qəhrəmanımız Mübariz İbrahimovun ruhunu, əziz xatirəsini təhqir edən insan bu tendensiyanın bariz nümunəsi deyilmi?..

Sonda isə iki ritorik sual vermək istərdik. Maraqlıdır, ucuz populizm, “qara kreativlik” ardınca qaçanlar nə vaxtsa özlərinə kənardan baxıb nə qədər gülünc, axmaq, bambılı olduqlarını anlayacaqlarmı? Və görəsən bu axmaqlıqlarına onlara göz açmağa yardım edəcək bir qüvvə tapılacaqmı?



Yerləşdirilib:13 Mart, 2019  14:15, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 May, 2019

Qədr gecəsinin əməlləri

24 May, 2019

Prezident dini qurumlara maliyyə yardımı ayırdı

24 May, 2019
Kabildə məsciddə partlayış baş verib
24 May, 2019
Pakistanda cümə namazına hücum edilib, ölənlər var
24 May, 2019

İŞİD Tacikistanda şiə alimlərin başını kəsdi

24 May, 2019
Hindistan İran neftinin idxalını tamamilə dayandırıb
24 May, 2019
BMT İraqda 12 kütləvi məzarlıq aşkarlayıb
24 May, 2019

Tramp: "İraqa hücum etmək lazım deyildi"

24 May, 2019

Ruhani: "İranı bombardman etsələr, təslim olmayacağıq"

24 May, 2019

Orucluq zamanı bədənə ağrıkəsici iynə vurdurmaq, qadınlara aid və yaxud bağırsaq şamları qoymaq olarmı? İslam suallarda

24 May, 2019
Suriyada silahlı dəstə ordunun zabitlərini əsir götürüb
24 May, 2019

Bu gün, mayın 24-ü, ehtimal edilən birinci Qədr gecəsidir

23 May, 2019

Prezident iftar mərasimində iştirak edib

23 May, 2019

Əhməd Davudoğlu imam Əlinin (ə) göstərişinə uyğun davrandı

23 May, 2019

Səudiyyə Ərəbistanında ilahiyyatçılar edam olunacaq

23 May, 2019
Zelenski Rusiya ilə dialoq aparmayacaq
23 May, 2019
Pakistan yeni nüvə raketini sınaqdan keçirib
23 May, 2019

Qədr gecəsi necə dua edək? Redaktordan

23 May, 2019

Səudiyyə koalisiyasının öldürdüyü yəmənlilərin sayı açıqlanıb

23 May, 2019

Ramazan ayında cənabət qüslü almağı unudan və bu halda oruc tutan, lakin gün ərzində bunu xatırlayan şəxsin orucu düzgündürmü? İslam suallarda

23 May, 2019
Fələstinin bütün cinahları ABŞ-ın Bəhreyn toplantısını boykot ediblər
23 May, 2019

BMT: Azərbaycanda kişilərin 32,5 faizi qadınlara qarşı zorakılıq törədir

22 May, 2019

Qədr gecəsi hansı gecədir?

22 May, 2019
İran beynəlxalq sulara əlavə hərbi gəmilər göndərir
22 May, 2019

İndoneziyada qanlı toqquşmalar: altı ölü

22 May, 2019

QMİ: Zəvvarları Həcc ziyarətinə aparmaq üçün AZAL 6 təyyarə ayırıb

22 May, 2019

Buker Mükafatının builki qalibi müsəlman qadın oldu

22 May, 2019

Quranda adı çəkilən Yəcuc-Məcuc səddi harada yerləşir? İslam suallarda

XƏBƏRARXİVİ
«May.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com