İmam Zamanla “görüş” və ya yerlə göy arasında

Qumdakı Cəmkəran məscidində olanlar oranın qeyri-adi ab-havasından xəbərdardılar. Rəvayətlərə görə, bu məscid bilavasitə imam Zamanın (ə) göstərişi ilə inşa olunub.

...Çoxdanın hadisəsidir. İlk dəfə idi ki, Cəmkəran məcidini ziyarət edirdim. Bu məkanda xüsusi bir namaz da qılınır. Belə ki, “Fatihə” surəsindəki “iyyəkə nəbudu və iyyəkə nəstəin” ifadəsi 100 dəfə təkrarlanır. Bunun üçün də adətən təsbehdən istifadə olunur. Bu barədə bizim karvan rəhbərimiz hər birimizi xəbərdar etmişdi. Gəl ki, həyəcan öz işini gördü: namaza təsbehsiz başladım. Bunu isə yalnız surədə qeyd etdiyim ifadəyə çatdıqda anladım. Ani şaşqınlıq yaşadım: nə etməli? Namazı yarımçıq kəsim? Ya bir təhər saymağa cəhd edim? Elə bu zaman qarşımda kiminsə əlində təsbeh peyda oldu. Adamı görmədim, yanımda dayanmışdı. Üzümü də qiblədən döndərmədim ki, namaz batil olmasın. Təsbehi götürdüm, namazı qılıb bitirdim. Bir azdan məscidin həyətində ziyarət qrupumuza daxil olanlar toplaşmağa başladı. Hərə öz təəssüratı ilə bölüşürdü. Mən də başıma gələn təsbeh əhvalatını danışmağa başladım və təsbehi göstərdim. Elə hər şey də bundan sonra baş verdi. Bizdən bir qədər kənarda duran təqribən 25 yaşlı kişi sürətlə bizə tərəf şığıdı, biləyimdən tutub bərəlmiş gözləri ilə təsbehə baxdı. Bir anda hamımız şok yaşadıq onun bu hərəkətindən. Mən isə hətta nə danışdığımı belə unutdum: axı nə baş verirdi? Nəhayət kişi çətinliklə dilləndi, daha doğrusu bərkdən, pıçıltı ilə hayqırdı: “Sən heç bilirsən O kim idi?” Mən yenə heç nə anlamadım, onun təsirinə düşüb özüm də pıçıltı ilə soruşdum: “Kim?..”. “O!”, dedi... Artıq susdum. Təsbehi əlimdən astaca alıb dodaqlarına apardı: “İmam Zaman! İMAM ZAMAN!” Nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Artıq qrupumuzun digər üzvləri də təsbehə əl uzatdılar, hamı bu “ilahi” əşyaya toxunmaq istəyirdi. Ətrafda isə “imam Zaman”, “imam”, “görüşüb”, “kim?”, “o kişi?” pıçıltısı eşidilirdi. Üzərimdə bir anın içində böyük... necə ifadə edəsən? Nə hiss etdim? Nur? İlahi nemət? Bəlkə məsuliyyət?.. İnsanlar mənə və təsbehə baxırdı, mən isə, nə qədər qəribə görünsə də, bir suala cavab arayırdım: axı nə üçün mən? Bir anın içində bütün həyatım göz önümdən keçdi: “Deməli ki, mən! Deməli, mən heç öz dəyərimi bilməmişəm! Gör e! Dünyada nə qədər insan, nə qədər müsəlman var, nə qədər alim, nə qədər övliya var, amma Allah məni seçdi! Yox, gərək öz həyat tərzimə yenidən nəzər salım! Belə olmaz”...

Ətrafımda isə dairə daralırdı. Artıq farslar da baş verən hadisəyə maraq göstərib bizim qrupa qoşulurdular. Kim bilir, daha nələr olacaqdı, amma qrup rəhbərimiz bizə yaxınlaşdı. Nə baş verdiyini soruşdu, sonra isə təbəssümlə üzünü mənə tutub dedi: “Əşi, mən də dedim nə baş verib! Apar təsbehi qaytar məscidə, gedək. Kimsə görüb ki, namazı təsbehsiz qılırsan, sənə yardım edib. İmam Zaman e...”

Göyün yeddinci qatından, bəlkə də daha ucalardan dərhal yerə endim. Ətrafdakılar da dağılışdılar. Ən birinci də, deyəsən, elə bu çaxnaşmaya səbəb olan yol yoldaşımız aradan çıxmışdı. Artıq əlimdəki təsbeh də sanki ilahiliyini itirmişdi. Yenə oldum adi insan...

Bu hadisəni niyə indi nəql etdim? İnsanın yanında lazım olan anda ona “dur!”, “dayan!” deyən bir şəxsin varlığı böyük nemətdir. Çünki bir də görürsən kimsə özünü peyğəmbərlik missiyası ilə vəzifələndiyini düşünür, buna inanır. Başlayır ətrafdakılara vəzifə müəyyən etməyə, kimisə təkfir etməyə, özünü elə əlçatmaz zirvədə hiss edir ki, nə bir söz eşidir, nə də bir məsləhət dinləyir. Odur ki, Allah heç bir bəndəsini şeytanın əlində oyuncağa çevirməsin, onu təkəbbürü, yekəxanalığı ilə tək üz-üzə qoymasın.



Yerləşdirilib:11 Mart, 2019  14:22, ]]>Çap]]>
 
Bu bölmədə:
13 Fevral, 2019
Vəsiyyət (Hekayə)

Son şərhlər : 1
Müəllif: Muslim | 12 Mart, 2019  10:41
# Ответить
+3


]]>]]>

Əla!.........
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 Mart, 2019

Şəhidlərin qiyamət günündə şəfaət edəcəkləri barədə dəlil varmı? İslam suallarda

23 Mart, 2019
Ağ Ev Suriyanın İŞİD-dən azad olunduğunu bəyan etdi
23 Mart, 2019
Əfqanıstanda partlayış törədilib, qubernator və müavini yaralanıb
21 Mart, 2019

ABŞ İsrailin Holan yüksəklikləri üzərində suverenliyini tanımaq niyyətindədir

21 Mart, 2019

Həzrət Mühəmməd Peyğəmbər (s) neçə hərbi yürüşdə şəxsən iştirak etmişdir? İslam suallarda

21 Mart, 2019

İraqda bərə aşdı: 70 ölü

21 Mart, 2019

ABŞ yenidən Türkiyəni hədələdi

21 Mart, 2019

Əfqanıstanda Novruz şənliyində terror: ölənlər var

21 Mart, 2019

Yeni Zelandiyada avtomatların satışı qadağan olundu

21 Mart, 2019

Qazaxlar etiraz edirlər - Astananın adı dəyişdirilməsin

21 Mart, 2019
Türkiyədə terrorçularla əlaqəli olan azərbaycanlı saxlanıldı
21 Mart, 2019

Bu gecə Xanım Zeynəbin (s.ə) vəfatının ildönümüdür

20 Mart, 2019

Nursultan Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib

20 Mart, 2019

Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başlayıb

20 Mart, 2019

Novruz bayramınız mübarək!

19 Mart, 2019

Nursultan Nazarbayev istefa verib

19 Mart, 2019

Ərdoğan: "Edam cəzasının ləğvi səhv qərar olub"

19 Mart, 2019
İranın Şərqi Azərbaycan əyalətində ilk dəfə qadın bələdiyyə sədri seçilib
19 Mart, 2019

Yəmənlilərin əks hücumunda Səudiyyə Ordusunun 3 zabiti ölüb

19 Mart, 2019
Məkkədə ilk dəfə olaraq gül festivalı keçirilib
19 Mart, 2019

İslam dininin idman yarışlarında iştirak etməyə və yarışlara azarkeşlik etməyə münasibəti necədir? İslam suallarda

19 Mart, 2019
Ərdoğan Qərbi Yeni Zelandiyada terror aktına reaksiya verməməkdə ittiham edib
19 Mart, 2019

Bu gün İlaxır çərşənbədir

18 Mart, 2019

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

18 Mart, 2019

Xristian futbolçudan terrorda ölən müsəlmanlara dəstək Video

18 Mart, 2019
Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
18 Mart, 2019
Roma Papası Yeni Zelandiyada məscidlərə hücumdan danışdı
18 Mart, 2019
Terrorçunun ailəsi üzr istədi
XƏBƏRARXİVİ
«Mar.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com