Vəsiyyət (Hekayə)

Yas məclisi idi. Yuxarı başda molla əyləşib, təsbeh çevirirdi. Əsəbi olduğu hiss edilirdi. Armudu stəkandan çay içə-içə eynəyin üzərindən mağara nəzər salırdı.

Mağarda isə səs-küy idi, hərə öz yanında əyləşənlə söhbət edirdi. Nəhayət, stəkanı nəlbəkiyə qoyub, molla dilləndi:

- Camaat, bir az sakit olun, xahiş edirəm. Allah kəlamı zikr edək, rəhmətliyin də ruhu şad olsun.

Amma onun danışığına məhəl qoyan yox idi. Həmin səs-küy mağarı bürümüşdü. Molla yenə çaydan 1-2 qurtum aldı, Quranı götürdü, 3 dəfə öpüb gözünün üstünə qoydu.

- Quran tilavət edib savabını bağışlayaq mərhuma, ruhu şad olsun. Peyğəmbər və Ali peyğəmbərə salavat deyək.

Amma özündən savayı heç kim demədi. Molla Quranı açdı:

- Əuzubilləhim-minəşşeytanir-rəcim...

Elə bu vaxt mollaya təqribən 35 yaşlı kişi yaxınlaşdı, qulağına nə isə pıçıldadı. Molla da ona nə isə dedi, sonra əli ilə “buyur” işarəsini verdi. Kişi masanın yanında dayanıb danışmağa başladı:

- Əziz qonaqlarımız! Məni yəqin ki, əksəriniz tanıyırsınız. Mən rəhmətlik hacı İsmayılın oğluyam. Əvvəla öz adımdan hamınıza təşəkkür edirəm – zəhmət çəkib atamın yas məclisinə təşrif buyurmuşsunuz. İndi burda danışmağım isə atamın vəsiyyəti ilə əlaqəlidir. Hacı tezliklə bu dünyadan köçəcəyini yəqin etdikdən sonra, daha dəqiq isə, ölümündən təqribən 1 ay əvvəl, məni yanına çağırdı, bu zərfi verdi (əlindəki zərfi yuxarı qaldırdı). Dedi ki, bala, elə ki mənim yas məclisimdə molla Quran oxumağa başlayacaq, çıx qabağa, bu zərfi aç və içindəkiləri oxu. Utanma, bu sözləri sən demirsən, mən deyirəm...

Mağara tam sakitlik çökdü. Milçək vızıltısı eşidilirdi hətta. Hamı bu gözlənilməz hadisədən sanki donub qalmışdı. Axı bütün yas məclisləri bir-birinə bənzəyir, ancaq iştirakçılar fərqli olurdu... Kişi zərfi açdı, həyəcanı, əlləri əsdiyi hiss olunurdu. Kağızı çıxardıb göz gəzdirdi, oxumağa başladı.

- Bismillahir-Rahmanir-Rahim. Əziz qohumlar, dostlar, qonşular. Hamınızdan Allah razı olsun. Sayıb gəlmisiniz. Allah ölənlərinizə rəhmət eləsin. Bilirəm ki, indi molla əmi çox əsəbidir. Çünki onun nə danışdığına, nə də oxuduğuna məhəl qoyan var. Özüm dəfələrlə belə şeylərin şahidi olmuşam. Başa düşürəm, bəziləriniz aylardır, bəlkə də illərdir ki, bir-birinizi görmürsünüz. Danışılası çox şey var. Allaha həmd olsun ki, bu görüşünüzə azacıq da olsa vəsilə oldum. Odur ki, sizi bir-birinizdən ayırmaq bəlkə də Allaha xoş getməz. Ona görə xahişim budur... Son xahişim. Kim Quranı dinləmək istəmirsə, 5-10 dəqiqə çıxıb söhbətini bayırda davam etdirsin. Qurana hörmətsizlik olmasın. Vallah, and ola Allaha, şəxsən mən incimirəm. Molla Quran oxumağı bitirdikdən sonra isə yenə buyurun, gəlin. Ehsan olmalıdır, oğluma da bu barədə göstəriş vermişəm. Yenə də, Allah hamınızdan razı olsun. Haqqınızı halal edin. Bu məktub oxunanda artıq - mərhum hacı İsmayıl.

Kişi oxuyub qurtardı. Mağarda yenə də tam sakitlik idi. Molla başını əlinə dayayıb o biri əli ilə stəkanı fırladırdı nəlbəkidə. Sonra başını dikəltdi, üzünü kişiyə tutub astadan dedi:

- Allah atana rəhmət eləsin...

Sonra Quranı götürüb oxumağa başladı. Cingiltili, gözəl avazlı səsi mağarı bürüdü. Hamı sakit oturmuşdu. Çoxu başını aşağı salmışdı...

V.Əliyev



Yerləşdirilib:13 Fevral, 2019  12:17, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 Mart, 2019

Şəhidlərin qiyamət günündə şəfaət edəcəkləri barədə dəlil varmı? İslam suallarda

23 Mart, 2019
Ağ Ev Suriyanın İŞİD-dən azad olunduğunu bəyan etdi
23 Mart, 2019
Əfqanıstanda partlayış törədilib, qubernator və müavini yaralanıb
21 Mart, 2019

ABŞ İsrailin Holan yüksəklikləri üzərində suverenliyini tanımaq niyyətindədir

21 Mart, 2019

Həzrət Mühəmməd Peyğəmbər (s) neçə hərbi yürüşdə şəxsən iştirak etmişdir? İslam suallarda

21 Mart, 2019

İraqda bərə aşdı: 70 ölü

21 Mart, 2019

ABŞ yenidən Türkiyəni hədələdi

21 Mart, 2019

Əfqanıstanda Novruz şənliyində terror: ölənlər var

21 Mart, 2019

Yeni Zelandiyada avtomatların satışı qadağan olundu

21 Mart, 2019

Qazaxlar etiraz edirlər - Astananın adı dəyişdirilməsin

21 Mart, 2019
Türkiyədə terrorçularla əlaqəli olan azərbaycanlı saxlanıldı
21 Mart, 2019

Bu gecə Xanım Zeynəbin (s.ə) vəfatının ildönümüdür

20 Mart, 2019

Nursultan Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib

20 Mart, 2019

Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başlayıb

20 Mart, 2019

Novruz bayramınız mübarək!

19 Mart, 2019

Nursultan Nazarbayev istefa verib

19 Mart, 2019

Ərdoğan: "Edam cəzasının ləğvi səhv qərar olub"

19 Mart, 2019
İranın Şərqi Azərbaycan əyalətində ilk dəfə qadın bələdiyyə sədri seçilib
19 Mart, 2019

Yəmənlilərin əks hücumunda Səudiyyə Ordusunun 3 zabiti ölüb

19 Mart, 2019
Məkkədə ilk dəfə olaraq gül festivalı keçirilib
19 Mart, 2019

İslam dininin idman yarışlarında iştirak etməyə və yarışlara azarkeşlik etməyə münasibəti necədir? İslam suallarda

19 Mart, 2019
Ərdoğan Qərbi Yeni Zelandiyada terror aktına reaksiya verməməkdə ittiham edib
19 Mart, 2019

Bu gün İlaxır çərşənbədir

18 Mart, 2019

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

18 Mart, 2019

Xristian futbolçudan terrorda ölən müsəlmanlara dəstək Video

18 Mart, 2019
Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
18 Mart, 2019
Roma Papası Yeni Zelandiyada məscidlərə hücumdan danışdı
18 Mart, 2019
Terrorçunun ailəsi üzr istədi
XƏBƏRARXİVİ
«Mar.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com