ABŞ kəşfiyyatı Rusiyanın döyüş peykləri hazırlamasından şübhələnir

ABŞ hərbi kəşfiyyatı Rusiyanın kosmik peyklərinin müşahidə və texniki xidmət göstərməklə bərabər digər ölkələrin kosmik aparatlarına hücum məqsədilə istifadə oluna biləcəyi versiyasını irəli sürüb.

İslam.az musavat.com-a istinadən xəbər verir ki, Hərbi Kəşfiyyat Agentliyi bununla bağlı məruzəsini rəsmi səhifəsində açıqlayıb. Sənəd “pdf” formatında qurumun saytında yerləşdirilib.

Məruzəyə əsasən ABŞ üçün Rusiya və Çin iki əsas düşmən olaraq göstərilir. Bundan başqa, İran və Şimali Koreya da təhülkəsizliyə yönəlik risklər kimi qeyd olunub. Burada xüsusi diqqət Çinə yetirilib. Sənəddə Çinin orbital peyklərin sayına görə ABŞ-dan sonra artıq ikinci yeri tutduğu və rəsmi Pekinin kosmik proqramlara milyardlarla vəsait xərclədiyi vurğulanıb.

Rusiyanın isə uzun müddət kosmik yarışda geridə qalmasına rəğmən kosmosda kilid mövqeləri hələ əlində tutduğu bildirilib. Məruzədə Moskvanın kosmik məkanda döyüş əməliyyatları apara biləcək müxtəlif tipli hərbi texnologiyaları inkişaf etdirdiyi yazılıb. Bunların içində lazer silahı, habelə radioelektron hücum vasitələri var.

Sənədin tərtibatçılarının rəyinə əsasən, Rusiyanın kosmik aparatların diaqnostikası üçün nəzərdə tutulan peyklərinin bir hissəsi ikili təyinata malikdir. “Bu texnologiyalar həmçinin xarici dövlətlərin peyklərinə yaxınlaşaraq onun işini məhv etməyə qadirdir”,- deyə məruzədə bildirilir.

Maraqlıdır ki, ABŞ hərbi kəşfiyyatının məruzəsi açıq mənbələrə istinadən hazırlanıb. Məsələn, sənədin “Rusiya hissəsi”nin tərtibatında Rusiya məbuatının əsasən“Moskovskiy komsomolets”, “Exo Moskvı”, “İnterfaks”, “Voennoe obozrenie” kimi portallarından istifadə olunub.

Təftiş və yoxlama peyklərinin hücum silahlarına çevrilməsi barədə ehtimallar isə “Popular Mechanics” adlı jurnalın 2018-ci ilin avqustunda hazırladığı məqaləyə söykənib.

Qeyd olunur ki, bu ilin yanvarın 29-da ABŞ milli təhlükəsizliyinə qarşı əsas təhdidlərlə bağlı milli kəşfiyyat da sənəd yayımlayıb. Burada da Rusiya və Çin tərəfindən gələ biləcək problemlərə diqqət çəkilib.



Yerləşdirilib:12 Fevral, 2019  17:50, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
19 Aprel, 2019

Kərbəla yaxınlığında İmam Hüseynin (ə) düşərgəsi aşkarlandı

19 Aprel, 2019

KİV: Türkiyədə BƏƏ-nin iki casusu ələ keçirilib

19 Aprel, 2019
Liviyadan qaçqınların təxliyyəsinə başlanılıb
19 Aprel, 2019

Şimali İrlandiyada terror: jurnalist öldürüldü

19 Aprel, 2019

Şabanın 15-i (Bəraət) gecəsinin əməlləri (aprelin 20-dən 21-nə keçən gecə)

19 Aprel, 2019

Trampa qarşı hesabat bestseller oldu

19 Aprel, 2019

Niyə Quranın bəzi surələri bir neçə adla tanınır? İslam suallarda

19 Aprel, 2019

Hollandiyadan 9 azərbaycanlı deportasiya olunub

19 Aprel, 2019

Notr-Dam kilsəsində yanğının mümkün səbəbi açıqlanıb

18 Aprel, 2019
Sudanda sabiq prezidentin qardaşları da həbs olundu
18 Aprel, 2019

"Onlara ... verdiyimiz şeylərə gözünü dikmə" Allahın əmri

18 Aprel, 2019

Fahişə nümunə olarsa Redaktordan

18 Aprel, 2019

Binəli Yıldırım məğlubiyyəti ilə barışmayıb

18 Aprel, 2019

Pakistanda avtobusa silahlı hücum olub, 14 nəfər öldürülüb

18 Aprel, 2019

“Bəni-İsrail” sözünün mənası nədir? İslam suallarda

18 Aprel, 2019
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
18 Aprel, 2019

Perunun sabiq dövlət başçısı intihar etdi

17 Aprel, 2019

AKP İstanbulda  İmamoğluya məğlub oldu

17 Aprel, 2019

Görəsən, Əfqanıstanda uşaqlar yuxuda nə görürlər? Günün fotosu

17 Aprel, 2019
Sudan prezidenti həbsxanaya salındı
17 Aprel, 2019

Liviyada hərbi əməliyyatlarda ölənlərin sayı 189 nəfərə çatıb

17 Aprel, 2019

Azərbaycandakı xarici səfirlərə yeni ağsaqqal seçilib

17 Aprel, 2019

Arvadı gözəllik müsabiqəsinə qatılan din xadimi sürgün edildi

17 Aprel, 2019

Medvedev: Rusiyada təxminən 19 milyon kasıb insan yaşayır

17 Aprel, 2019

Zelenski və Poroşenkonun debatlarında 12 min nəfər iştirak edəcək

17 Aprel, 2019

Netanyahu: Seçkilərdə qalib gələndə bəzi ərəb liderləri məni təbrik ediblər

17 Aprel, 2019

Orxan Camalın oğlunun təhsil haqqını Heydər Əliyev Fondu ödəyəcək

17 Aprel, 2019

Duanın qəbul olması üçün nə etmək faydalıdır? İslam suallarda

XƏBƏRARXİVİ
«Apr.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com