İstixarə ağlın yetmədiyi halda iki yoldan birini insana nişan verir - ekspert

Bəzən müsəlmanlar hər hansı müəmmalı vəziyyətə aydınlıq gətirmək üçün istixarə edirlər və ya bunu etməyi kimdənsə xahiş edirlər. Bəs istixarəni necə səciyyələndirmək olar? Müqəddəslərimiz bu barədə nə buyururlar? Məsələyə aydınlıq gətirmək üçün Fəlsəfə üzrə elmlər doktoru, dosent, AMEA Elm Tarixi İnstitutunun baş elmi işçisi Ələddin Məlikova müraciət etdik.

- İslam dininə əsasən, ilkin formada bütün qərarları insan öz ağıl və zəkası ilə irəli sürməlidir. Amma əgər insan öz ağıl-zəkası ilə düzgün qərar verə bilmirsə və çaşqınlıq yaşayırsa, bu halda ağıl insana başqalarının təcrübələrindən istifadə edərək məsələnin daha şəffaflaşdırılmasına dair göstəriş verir. Əgər bununla da nəticə əldə olmazsa, “sağlam ağıl” yenidən tədbirli və təcrübəli alimlərdən məsləhət almağı məsləhət görür. Bütün bunlardan sonra əgər yenə hansısa qərara vara bilmirsə, bu təqdirdə ən mehriban varlıq olan Allah-Taaladan məsləhət almaq tövsiyə olunur. Belə məsləhət alma növünə İslam mədəniyyətində “istixarə” deyilir. İstixarə lüğətdə “xeyir istəmək” və “xeyir tələb” etmək mənasındadır.

Burada bir neçə məsələni dəqiqləşdirmək lazımdır.

1. İslam dinində bütün qərar və əmirlərin başında insanın öz ağıl və zəkası durur. Yəni İslam dini hər bir qərarı insanın öz öhdəsinə qoyur. İslam dininə əsasən “ağıl” Allah- Taalanın insana bəxş etdiyi ən böyük dəyərli nemətdir. İnsan öz ağlının çırağı ilə bütün qaranlıq yolları keçərək səadətə yetişə, bu minvalla həyatının bütün çətinliklərini asanlıqla həll edə bilər. Qurani-Kərimdə də Allah-Taala insanlara bütün işlərini ağıl, zəka və tədbirlə yerinə yetirməyi dəfələrlə əmr etmişdir. Həmçinin öz işlərini ağıl və məntiqdən uzaq yerinə yetirən şəxsləri yaranmışların  ən pisi adlandırmışdır (Ənfal surəsi, ayə 22)

İmam Əlinin (ə) hədisinə əsasən, Peyğəmbərlərin gəlmələrinin əsas səbəblərindən biri də, insanların ağıllarının çiçəklənməsi və inkişafıdır (Nəhcül- bəlağə, xütbə 1).

Hətta müqəddəs şəri hökümlərin çıxarılmasında da əqlin amillərdən biri olması bəllidir.

2.Həmçinin İslam dinində konkret olaraq bir qərara gəlməkdə ağıla kömək edən amillərdən biri də “məsləhət”dir. Yəni başqalarının həyat təcrübəsindən istifadə etməklə məsələyə şəffaflıq gətirmək insan ağlının vasitəsi ilə həll edə bilməyəcəyi məsələləri bəzən məsləhətin vasitəsi ilə çox asan şəkildə həll edə bilir. Yəni dəqiq ifadə etsək, “məsləhət” ağlın hər bir mövzuda olan naqisliyini kamilləşdirir.

3. Amma bəzən də görürük ki, insan uzun-uzadı təfəkkürdən və məsləhətdən sonra yenə də tərəddüddədir. Nəzərdə tutduğu məsələnin həlli daim onu narahat edir. Belə bir anda zəka və şəriət insanı ayrı bir qapıdan məsləhət almaq üçün istiqamətləndirir. O qapı elə bir qapıdır ki, onun sahibi bütün insanların pis və yaxşı əməllərindən agah olduğu halda, yenə də onların yaxşılığını istəyir. İslam dinində bu terminin adı “istixarə”dir. İstixarə sözünün mənası “birini seçmək” və “gözəllik axtarmaqdır”.  Əlbəttə, bunu da qeyd etmək yerinə düşər ki, "istixarə" sözünün lüğətdə əsas iki mənası vardır. Biz əvvəldə qeyd etdiyimiz məna (xeyir tələb etmək) İslam dininə və hədislərə aid edilir. Hədislərə istinad edərək deyə bilərik ki, ən doğru zərərsiz məsləhət də elə budur. Bundan əlavə, belə istixarə etmək dua ünsürlü olduğu üçün ibadətdən hesab olunur. Çünki belə bir anda bütün şəkk-şübhələr aradan gedər və qarşı tərəfin ürəyi sərinlik tapar. İmam Sadiq (ə) bu barədə buyurub: “Allah- Taala deyir: “Mənim bəndələrimin çatışmayan cəhəti və bədbəxtçiliyi bundadır ki, işi görməzdən əvvəl istixarə etmirlər (yaxud etdirmirlər)” (Vəsailüş- şiə, cild 8, səh 79)

İstixarənin ikinci mənası isə “xeyir tələb etmək” və “şəkk şübhəni aradan aparmaq”dır. Müqəddəs İslam dinində istixarənin ikinci mənası barəsində üç nəzər irəli sürülmüşdür:

1) Bəzi baxışlarda hətta ən kiçik ağılla həll oluna bilən məsələni belə, istixarə yolu ilə həll edir və Allaha pənah aparırlar.

2) Bəziləri isə, tam əksinə, bütün işləri ağlın və təfəkkürün öhdəsinə qoyur və istixarəni inkar edirlər.

3) Üçüncü sırada özünə yer tutmuş insanlar isə zəkanın və məsləhətin məqamını qorumaq şərti ilə, istixarədən elə bacarıqla istifadə edir ki, ağıl və məsləhətdən yararlanır və faydalanır. İslam dininin ən çox bəyəndiyi və təsdiq etdiyi istixarə növü də məhz elə budur. Çünki qeyd etdiyimiz kimi, istixarə ağlın və məsləhətin yetmədiyi halda iki yoldan birini insana nişan verir.

İstixarə halal və haramı, vacib və qeyri vacibi, müsbət və mənfini... bir- birindən ayırmaq üçün deyildir. Əksinə, iki yoldan birindən Allah- Taaladan xeyir diləməkdir. Amma gələcəkdə nə baş verəcək və ya gələcəkdə bu işi edim ya etməyim,  - bu kimi işlər artıq baxıcılığa bənzər əməllərdir və istixarə bu kimi işlərdən xaricdir. Həmçinin necə istixarə etmək barəsində də İmamlardan (ə) bir sıra göstərişlər bizə gəlib çatmışdır (Biharul- ənvar, cild 91, səh 222).



Yerləşdirilib:12 Fevral, 2019  14:47, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Aprel, 2019

"Yer üzündə təkəbbürlə gəzmə..." Günün fotosu

24 Aprel, 2019

Şri-Lankada partlayışları bir ailənin üzvləri törədib

24 Aprel, 2019
Tramp “The New York Times” nəşrini ondan üzr istəməyə çağırıb
24 Aprel, 2019

Qarabağ Seyid Ocaqlarının rəhbərindən təqdirəlayiq təklif

24 Aprel, 2019

Səudiyyə Ərəbistanı şiə siyasi fəallar da daxil olmaqla, 37 nəfəri edam etdi

24 Aprel, 2019

Həzrət Əliyə məxsus olan Zülfüqar qılıncının Türkiyədə muzeydə saxlanması doğrudurmu? İslam suallarda

24 Aprel, 2019
Terrorçu PKK ermənilərdən ibarət silahlı dəstə qurub
24 Aprel, 2019

Şri-Lankada silsilə partlayış qurbanlarının sayı 359-a çatıb

23 Aprel, 2019

Dindarlar Şri-Lanka terroruna görə katolik icmasına başsağlığı ziyarətinə getdilər

23 Aprel, 2019

İŞİD Şri-Lankadakı hücumlara görə məsuliyyət üzərinə götürüb

23 Aprel, 2019

İndoneziyada seçkilər zamanı 69 nəfər ölüb

23 Aprel, 2019
Qar uçqununa düşən əsgərin meyiti tapılıb
23 Aprel, 2019
Türkiyə İrana qarşı sanksiyalara görə möhlətin uzadılmamasına qarşıdır
23 Aprel, 2019

Hamiləliyin qarşısını almaq üçün vasitələrdən istifadə etmək olarmı? İslam suallarda

23 Aprel, 2019
2020-ci ildə ABŞ-da sürücüsüz taksi xidməti göstəriləcək
23 Aprel, 2019
Həftərin qoşunu Tripoliyə hücumun ikinci mərhələsinə başlayıb
22 Aprel, 2019
Suriyalı Ben Laden Hələbdə öldürüldü
22 Aprel, 2019
Şri-Lankada terror aktlarını törədən qruplaşmanın adı məlum olub
22 Aprel, 2019

Danimarkanın ən zəngin adamı terror aktında 3 övladını itirdi

22 Aprel, 2019

Liviya paytaxtındakı döyüşlərdə ölənlərin sayı 250-i keçib

22 Aprel, 2019
Şri-Lankadakı terrorla bağlı kütləvi həbslər başladı
22 Aprel, 2019

Əfqanıstanda nazirliyə hücum nəticəsində 10 nəfər həlak olub

22 Aprel, 2019

Tiyəsində “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi yazılan bıçaqla heyvan kəsmək olarmı? İslam suallarda

22 Aprel, 2019

Ukraynada bülletenlərin 90 faizindən çoxu sayılıb, Vladimir Zelenski qalibdir

22 Aprel, 2019

Şri-Lankada kilsələrdə partlayışlar: 290 ölü

21 Aprel, 2019

Ukraynada prezident seçkilərinin II turu keçirilir

21 Aprel, 2019

Bu gün imam Mehdinin (ə) mövlud günüdür

20 Aprel, 2019

Sudanın keçmiş Prezidentinin evində milyonlarla avro aşkarlanıb

XƏBƏRARXİVİ
«Apr.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com