Allahın seçdiklərindən olmaq istəyiriksə...

Allaha iman etmiş bəndənin bu dünyadakı ən böyük amalı Yaradanın razılığını qazanmaqdır. Bu razılığı əldə etməyin müxtəlif yolları və vasitələri mövcuddur. Amma bəzi əməllər var ki, bu razılığa daha qısa yolla qovuşdurur. Zənnimizcə bu əməllərdən ən üstünlərindən biri də fədakarlıqdır. Fədakarlıq – yəni öz şəxsi mənafeyini ümumi işə və ya başqalarının işinə fəda etmə, həsr etmə, bu uğurda fədakarcasına çalışma, səy göstərmə.

Fədakarlığın da müxtəlif dərəcələri olur. Kimin fədakarlığı avtobusda ayağa qalxıb öz yerini uşaqlı qadına verməklə məhdudlaşır, kim də müqəddəs amallar uğrunda canından belə keçməyə hazırdır və tələb olunduqda keçir də.

Fədakarlıq Allah qatında yüksək dəyərləndirilir. Tanrı yaratdığının ona bəxş etdiyi nemətlərin digər bəndələr üçün xərcləməsini bəyənir. Əbəs yerə deyil ki, Allah fədakarlığın ən üstün dərəcəsinə çatmış bəndələrini - şəhidləri – daha üstün, daha əziz, seçilmişlər olduğunu bəyan edir: “Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin” (“Ali-İmran”, 140). Bu mətləbi, bu həqiqəti anlayan hər bir bəndə, sözsüz ki, şəhidlik məqamına yüksəlmək arzusundadır. Amma bu da hamıya nəsib olmur. Ayədən də göründüyü kimi, Allah şəhidləri ÖZÜ seçir...

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Onun geniş təqdimata artıq ehtiyacı yoxdur. Allah onu seçdi və dərgahına ucaltdı. Eyni zamanda Mübarizin xalqın qəlbində məhəbbət tapması da İlahi təqdirdir: “Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım” (“Ta Ha”, 39). Allah Mübarizi seçdi və azərbaycanlılara təqdim elədi. Bu isə düşünən insanlar üçün bir çox mətləblərdən xəbər verir. Kamil, Allahın görmək istədiyi biçimdə insan olmaq arzusunda olanlar Mübarizdən nümunə götürməlidi. Onun kimi olmaq üçün, onun kimi bu həyata vida etmək üçün isə onun kimi yaşamaq, bu dünyanın dolanbac yollarında azmamaq, Allahın nəzərini cəlb etməyə çalışmaq, ən əsası da – fədakar olmaq lazımdı. Bunu hər kəs öz biçimində edə bilsə, o zaman ölkəmiz də, dünyamız da, sonda isə axirətimiz də gülüstana çevriləcək.

Fədakar olaq ki, sonda Allah da bizi seçsin.



Yerləşdirilib:7 Fevral, 2019  15:50, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
16 Avqust, 2019

Ermənistan ordusunun növbəti təxribatı, əsgərimiz yaralanıb

16 Avqust, 2019

Bu gecə imam Әliyyən-Nəqinin (ə) mövludunun ildönümüdür

16 Avqust, 2019
İndoneziyanın paytaxtı köçürüləcək
16 Avqust, 2019
Bu il Azərbaycanda boşanmaların sayı artıb
16 Avqust, 2019

Səfərə çıxan adam getdiyi yerdə neçə gün qalacağını qabaqcadan bilmirsə, namazları necə qılmalıdır? İslam suallarda

16 Avqust, 2019

Qəzaya uğramış təyyarəmizin qalıqları tapıldı

16 Avqust, 2019
Tramp Qrenlandiyanı almaq arzusundadır
15 Avqust, 2019
Türkiyədə hərbi hissəyə hücum olundu
15 Avqust, 2019

İsrail ABŞ Nümayəndələr Palatasının müsəlman üzvlərinin Qüdsə girişini qadağan edib

15 Avqust, 2019

Pakistan və Hindistan orduları arasında yenidən atışma baş verib, ölənlər var

15 Avqust, 2019
Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcək
15 Avqust, 2019
Sabiq prezidentə qarşı yeni ittihamlar irəli sürüldü
15 Avqust, 2019

Türkiyənin lazer silahı Çinin döyüş təyyarəsini məhv etdi

15 Avqust, 2019

Subay oğlanın evli olub boşanmış qadınla ailə qurmasına dinimiz necə baxır? İslam suallarda

15 Avqust, 2019

Suriyada yaraqlılar “Su-22” qırıcısını vurdular, pilot əsir götürüldü

15 Avqust, 2019

Həcc ziyarətində səkkiz uşaq dünyaya gəldi

30 İyul, 2019
İranın sabiq vitse-prezidenti edama məhkum edilib
30 İyul, 2019

ABŞ-da vəhşilik: müsəlman olduğu üçün döyüb öldürdülər Video

30 İyul, 2019

Əfqanıstanda partlayış nəticəsində 3 uşaq həlak olub

30 İyul, 2019

Həcc mərasimi üçün Səudiyyəyə daxil olan hacıların sayı 1 milyonu keçib

30 İyul, 2019

Pakistanda təyyarə binaların üstünə düşdü: ölənlər var

30 İyul, 2019

"İmam Mehdi (ə) elə hökmləri təbliğ edəcək ki, onun yeni din gətirdiyi güman olunacaq” fikrinin izahı nədir? Islam suallarda

30 İyul, 2019

Əfqanıstanda 2 ABŞ əsgəri öldürülüb

30 İyul, 2019

Türkiyə gənc uyğur ananı və iki övladını Çinə təhvil verib

29 İyul, 2019
Sudanda yürüş zamanı 5 dinc aksiyaçı öldürülüb
29 İyul, 2019

Türkmənistan prezidentinin ölüm xəbərinə görə həbslər başladı

29 İyul, 2019

Rusiya BQ: Dörd ay ərzində 110 Suriya əsgəri ölüb

29 İyul, 2019

Əfqanıstan vitse-prezidentliyinə namizədin ofisi hücuma məruz qalıb, çox sayda ölü

XƏBƏRARXİVİ
«Avq.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com