Azərbaycanda leqal fahişəxana tələbi: olsun ya olmasın?

Yerli İnternet resurslarından biri ekspertlər arasında sorğu keçirib: Azərbaycanda fahişəxanaları leqallaşdırmaq lazımdırmı? Buna informasiya səbəbi kimi isə son zamanlar sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuş ailə xəyanəti və zorlamalar göstərilib. İddia olunur ki, fahişəxanalar belə murdarlıqların qarşısını almalıdır.

Etiraf edim ki, “Azərbaycanda fahişəliyi leqallaşdırmağa dəyər?” sərlövhəsini gördükdə dərhal anladım: həm müəllifə, həm ekspertlərə bu çox lazımdır. Əks təqdirdə bu məsələni qabartmaq nəyə lazım idi? Axı bu təsisatlar ölkədə yoxdur və cavab “lazım deyil” olacaqsa, onda səs-küy qopartmağın mənası nədir? Məqaləni tam oxuduqdan sonra isə qətiyyən yanılmadığımı gördüm.

Sorğuya tam “təsadüfən” cəlb olunan ekspertlərin hamısı bir ağızdan tamamilə “təsadüfən” Azərbaycanda mütləq fahişəxanaların açılmasını alqışlayırlar.

Təbii ki, hər bir iddia arqumentlərə söykənməlidir. Ekspertlər də dəridən-qabıqdan çıxıblar ki, bu işin öhdəsindən gəlsinlər. Nəticədə də çox gülünc ifadələr meydana gəlib. Məsələn, klinika psixoloqu, seks-terapevt belə deyir: “Subaylar ya gərək öz özlərini məmnun etsinlər, ya da seksual əlaqələrə girsinlər”. İlahi, məntiqə bir bax! Subayların belə məhdud seçiminə yalnız acımaq olar. Amma bundan sonra seks-terapevt bir qədər də irəli gedir: “Fahişəxanalar olmadığı təqdirdə bir çoxları daimi olaraq intim haqqında düşüncələrə qapılırlar”. Bərəkallah! Yəni fahişəxanalar peyda olan kimi xalq kütləvi surətdə bu fikirlərdən azad olacaq?.. Və ya elə fizioloji mutasiyalar baş verəcək ki, intimə olan tələbat tamamilə qeybə çəkiləcək?

Nə qədər qəribə səslənsə də, ekspertlər arasında olan ilahiyyatçı da məmləkətimizdə fahişəxanaların açılması ideyasını alqışlayır. Arqumenti də ki, superdi, SUPER: “Leqal “dözümlük evləri”nin olmaması bəzilərinin zoofiliyaya meyl etməsinə gətirib çıxarır ki, bu da İslamda daha böyük günahdır”. Bu fenomenal açıqlamanı “həzm” etmək çox çətindir. Yaxşı, əgər məsələyə ilahiyyatçı qarışıbsa, İslamı yad edibsə, o zaman elə Allahın kəlamını xatırladaq bu insana: “Açıq və gizlin pis işlərə yaxın düşməyin” (Ənam, 151). Təsəvvür edirsiniz? Allah buyurur ki, pis işə yaxın düşməyin. Allahın kəlamlarını, şəriətini camaata çatdırmağı özünə peşə seçən biri isə tam əksini söyləyir. Axı sizə kim icazə verib ki, Allahın buyruqlarını redaktə edirsiniz? Günahların təsnifatını nəyə əsasən təqdim edirsiniz? Özünüzü nə sanırsınız?

Yaxşı, tutaq ki, Azərbaycanda bunlar istədikləri fahişəxanalar açıldı. Bəs bu müəssisələrin müştəriləri kim olacaq? Bəlkə ekspertlərin qeydlərinə qaldığı rayon və kənd cavanları? Əlbəttə ki, yox! Sadə kənd cavanı ehtirasını yatırmaq üçün durub paytaxta gələcək? Hansı pulla, hansı imkanla? Axı aşkar da olmasa, gizli yolla fahişəxana kimi fəaliyyət göstərən masaj salonları mövcuddur. Kimsə rayon kişilərinin oralara kütləvi surətdə axışmasına şahidlik edib?

Yeri gəlmişkən, masaj salonları haqqında. Son zamanlar hüquq mühafizə orqanları əksər belə müəssisələrin fəaliyyətini dayandırdılar. Bəlkə elə buna görə bu işlə məşğul olan “biznesmenlər” fahişəxanaların leqallaşdırılması söhbətini gündəmə gətiriblər? Kim bilir...

Sonda isə keçmişə kiçik səyahət etmək istərdik. Sovet Azərbaycanı SSRİ-nin tərkibində idi. Bəs gənclər o zaman seksual ehtiyaclarını necə ödəyirdilər? Yoxsa kimi harada gəldi zorlayırdılar, kütləvi surətdə zoofiliya ilə məşğul idilər? Axı SSRİ-də fahişəxana yox idi, fahişəliyə görə cinayət məsuliyyətinə cəlb edirdilər. Və...? İndiki gənc nəslin mənəvi baxımdan 70-80-ci illərdəki həmyaşıdlarından daha üstün olduğunu iddia edə biləcək normal insan tapılarmı? Odur ki, fahişəxanalara teşnə olan cənablar, camaatı gəlişigözəl sözlərlə aldatmaq lazım deyil. Fəsad hər ictimai formasiyada, hər dövlətdə, hər zaman kəsiyində elə fəsad olub, günah olub. Ona nə ad verirsiniz verin, ona nə don geyindirirsiniz geyindirin. Fəsadı qanuniləşdirmək isə - artıq cinayətdir. Xalqa qarşı, onun bu gününə və sabahına qarşı.



Yerləşdirilib:23 Yanvar, 2019  16:27, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 İyun, 2019
Zelenski alman jurnalına müsahibəni pilləkəndə oturaraq verib
18 İyun, 2019

Qazaxıstanda kütləvi həbslər: 4 minə yaxın insan saxlanılıb

18 İyun, 2019
İran ABŞ-ın ciddi kiber hücumunun qarşısını alıb
18 İyun, 2019
Tramp milyonlarla qeyri-qanuni miqrantın deportasiyasını elan edib
18 İyun, 2019

Peyğəmbərin (s) neçə əmisi olub? Islam suallarda

18 İyun, 2019
Məhəmməd Mursi vəsiyyətinə əməl edilmədən gizli şəraitdə dəfn olunub
18 İyun, 2019
ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərir
17 İyun, 2019
İsrail-Fələstin münaqişəsinə dair planın bir hissəsi açıqlanacaq
17 İyun, 2019
Misirin sabiq prezidenti vəfat edib
17 İyun, 2019

Hələbin atəşə tutulub, 12 nəfər ölüb

17 İyun, 2019
Husilərdən həftə ərzində 4-cü dəfə Səudiyyə aeroportuna hücum
17 İyun, 2019
ABŞ İrana qarşı bütün variantları nəzərdən keçirir
17 İyun, 2019

Doğrudurmu ki, naməhrəmə birinci dəfə baxmaq günah deyil, ikinci dəfə baxmaq isə günahdır? İslam suallarda

17 İyun, 2019
Colan təpələrində Trampın adına yeni yaşayış məntəqəsi salınacaq
17 İyun, 2019
Türkiyədə 8 PKK terrorçusu məhv edilib
14 İyun, 2019
Rusiyada İŞİD tərəfdarı saxlanılıb
14 İyun, 2019
Böyük Britaniyada cadugərlərin keçmiş həbsxanası satışa çıxarılıb
14 İyun, 2019

Xeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək axirət aləmində insana fayda verəcəkmi? İslam suallarda

14 İyun, 2019
ABŞ Oman körfəzinə hərbi gəmi göndərir
14 İyun, 2019
Nigeriyada silahlılar 62 nəfəri qətlə yetiriblər
13 İyun, 2019

Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

13 İyun, 2019

Məscidlərdə monitorinqlər aparılır - DQIDK sədri

13 İyun, 2019

"...elə güman etməsinlər ki, bu, onların xeyrinədir" Günün ayəsi

13 İyun, 2019

Oman körfəzində növbəti gərginlik: 2 tanker vuruldu

13 İyun, 2019

S-400-ün alınması məsələsi müzakirəyə bağlıdı - Ərdoğan

13 İyun, 2019

Hamiləliyin neçənci həftəsinə kimi abort etdirməyə icazə verilir? İslam suallarda

13 İyun, 2019
İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib
13 İyun, 2019
İran ABŞ ilə dialoq üçün şərtlərini açıqlayıb
XƏBƏRARXİVİ
«İyn.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com