O qadın hicabını niyə açdı?

“BBC News Azərbaycanca” hicabdan imtina edən qadından müsahibə alıb (video əlavə edilib – red.). Bu süjetdən irəli gələn bəzi qeydləri oxucularımızın nəzərinə çatdırmağı lazım bildik.

Hər hansı fikir söyləməzdən öncə vurğulamaq istəyirik ki, cəmiyyətin hicablı və qeyri-hicablı prinsipi ilə bölünməsini düzgün hesab etmirik. İndi isə keçək məsələnin məğzinə.

Əgər bir namaz qılan namazı buraxırsa, ötən il Ramazan orucu tutan bu il orucunu yeyirsə, dünənə qədər hicbalı olan bu gün hicabından imtina edirsə, dərin araşdırmalara varmayaraq buna bir dəqiq diaqnoz qoymaq olar – imanın zəifləməsi ya da tamamən qeybə çəkilməsi. Müsahibə verən qadının dediklərinə vardıqca bunu bir daha anlayırıq. İnsan Allahına bağlanıbsa, Allahın onun əbədi səadətinə yönələn bütün zəruri buyruqlarına beyət edibsə, onu bu yoldan nə döndərə bilər ki? Əgər rəqs etmək naminə hicabdan imtina edirsənsə, deməli iman əldən gedib, bəlkə də heç əvvəldən olmayıb, təəssüf.

Bir məsələ haqqında da düşünmək pis olmazdı. Çox güman ki, bu qadını hələ uşaq olarkən hicaba valideynləri bürüyüblər. Amma onun sonda ümumiyyətlə hicabdan imtina etməsi tərbiyə metodikasında, övlada Allahı tanıtmaq yolunda ciddi qüsurların olduğunu sübuta yetirir. Bu, övladlarını Allaha gedən yolda sabit-qədəm görmək istəyən digər valideynlərə bir dərs olmalıdır. 3-4 yaşında qızcığazı qara çadraya bürüməklə övlad qarşısında bu sahədəki borcun ödənildiyini düşünmək çox yanlışdır. Bu, yalnız hicaba aid deyil.

Doğruluq, səmimilik, ətrafdakılara və başqasının mülkiyyətinə hörmət və sair dəyərləri də övlada lazımi tərzdə aşılamaq, onun anlayacağı tərzdə izah etmək lazımdır. İndi 19-cu əsr deyil, beş iləmi, on iləmi, ancaq övlad mütləq bir gün həyatını tamamilə başqa dəyərlər üzərində quran toplumla üz-üzə gələcək. Özü də bu həyat tərzini şeytanın min bir bəhanəsi ilə əsaslandıran toplumla. Deməli, övladlarımızı bu görüşə, bu dünyagörüşlər toqquşmasına əsaslı şəkildə hazırlamalıyıq. Elə hazırlamalıyıq ki, daha qarşı tərəfin 1-2 iradı, 1-2 atmacası qarşısında sarsılıb Allahdan üz döndərməsin: hicabı açmasın, yalan danışmasın, rüşvət almasın, başqasının malına göz dikməsin, vətəninə sadiq qalsın. Valideynlər bu məsuliyyəti, Allah qarşısında övladının dini tərbiyəsi və ən əsası bu tərbiyənin hansı üsullarla həyata keçirdiyinə görə cavab verəcəklərini anlamalıdırlar. Bunun üçünsə ən əvvəl valideyn özü maariflənməli, zamanla ayaqlaşmalı, dini həyatını “1001 gecə nağılları” əsasında deyil, sağlam düşüncə və real İslam əsasında qurmalıdır. Əks təqdirdə övladların imanı şeytanın ilk həmləsindəcə süqut edəcək.

V.Əliyev



Yerləşdirilib:11 Yanvar, 2019  14:57, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 İyul, 2019

Qohum günah əhlidirsə, onunla əlaqəni kəsmək olarmı? İslam suallarda

23 İyul, 2019

Tramp: 10 milyon insanı öldürmək istəmirəm

23 İyul, 2019

Ağdamın işğalından 26 il ötür

22 İyul, 2019
İranda ABŞ casusları edam olunacaqlar
22 İyul, 2019
Türkiyə İraqda PKK-nın mövqelərinə hava zərbəsi endirib
22 İyul, 2019
BƏƏ-də ərinin telefonuna baxan qadın cərimələndi
22 İyul, 2019

Şüurumuz Allahı dərk edə bilərmi? İslam suallarda

22 İyul, 2019

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

22 İyul, 2019
Nigeriyada 37 nəfər qətlə yetirilib
20 İyul, 2019

Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır

20 İyul, 2019
ABŞ-ın Səudiyyəyə 500 hərbi qüvvə göndərməsi rəsmən təsdiqlənib
20 İyul, 2019

Hansı hallarda ölüyə toxunmaq qüslü (məssi-meyyit) insana vacib olur? İslam suallarda

20 İyul, 2019
Saakaşvili Zelenskiyə şans vermək qərarına gəldi
20 İyul, 2019
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
19 İyul, 2019

Ərbildə türk diplomatını kim öldürüb? Nəzər nöqtəsi

19 İyul, 2019
İraqda 6 PKK terrorçusu zərərsizləşdirilib
19 İyul, 2019

Yəmən münaqişəsinin sonlandırılmasının vaxtı çatıb – Səudiyyə rəsmisi

19 İyul, 2019

Hənəfi məzhəbinə görə, nə qədər məsafədə səfər sayılar? İslam suallarda

19 İyul, 2019

Əfqanıstan universitetində partlayış, 7 ölü

19 İyul, 2019
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirir
18 İyul, 2019
Pakistanın keçmiş Baş naziri saxlanıldı
18 İyul, 2019

Ermənistanla sərhəddə hərbçimiz yaralandı

18 İyul, 2019

Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı

18 İyul, 2019

ABŞ Konqresi Trampın impiçmenti qətnaməsinin əleyhinə səs verib

18 İyul, 2019

Türkiyə ordusu İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib

18 İyul, 2019

Bir çətin işi həll etmək üçün hansı duanı oxumaq faydalıdır? İslam suallarda

18 İyul, 2019
"Taliban"çılar Əfqanıstan ordusunun generalını öldürüblər
18 İyul, 2019
Türkiyə ABŞ-ın F-35 proqramından çıxarılmasını pisləyib
XƏBƏRARXİVİ
«İyl.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com