"Müsəlmanlar adətən düşünürlər ki, məscid yalnız ibadət məkanıdır"

Bu günlərdə Rusiya şəhərlərinin birindəki məsciddə dini müsabiqə keçirildiyi barədə xəbər yayıldı. Xəbərə münasibət birmənalı olmadı, bəziləri, istər Rusiyada, istərsə də ölkə hüdudlarından kənarda bunu bəyəndi, bəziləri tənqid etdi. Bəs mütəxəssis rəyi necədir? Məsələyə aydınlıq gətirmək üçün Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru, ilahiyyatçı Natiq Rəhimova müraciət etdik.

- Hər şeydən əvvəl bunu qeyd edək: Müsəlmanlar adətən belə düşünürlər ki, məscid yalnız ibadət məkanıdır. Doğrudur, məscid ilk növbədə ibadət yeridir, onun əsas təyinatı budur. Lakin məsciddə müsəlmanların ibadətdən başqa bəzi dini, mədəni, elmi, ictimai fəaliyyətləri də həyata keçirilə bilər. Məscidə aid şəriət hökmlərində oxuyuruq ki, bu məkanlarda dünyəvi işlərlə məşğul olmaq, dünyəvi məzmunlu söhbətlər etmək, alver etmək, yatmaq, nəsihət məzmunlu olmayan şeirlər oxumaq məkruhdur (bəyənilməzdir; diqqət yetirin, haram deyil). Göründüyü kimi, bütün bu hökmlər qeyri-dini fəaliyyətlə bağlıdır. Məscid daxilində dini fəaliyyətin müxtəlif növləri ilə məşğul olmaq isə icazəlidir. Yüz illərdir ki, müsəlmanlar məsciddə ibadətlə yanaşı, təziyə mərasimləri keçirir, növhə oxuyurlar. Məscidlərdə Quran, şəriət, əxlaq dərsləri keçirilir. Müqəddəs şəxslərin mövlud günləri münasibətilə təntənələli mərasimlər təşkil edilir.

- İslam tarixində dediklərinizə sübutlar varmı?

- Bəli, İslam tarixini vərəqlədikcə, deyilənlərə kifayət qədər sübut tapa bilərik. İstər Peyğəmbərin (s) sağlığında, istərsə də sonralar məscidlərdə daim dini dərslər, elmi müzakirələr keçirilib. Səhabələr, böyük alimlər məscidin içində müsəlmanlara Quran oxumağı öyrədiblər, ayələrin təfsirini başa salıblar. Sıravi müsəlmanlar məsciddə alimlərə suallar verir, onlar da sualları cavablandırırdılar. Yəni İslam tarixi boyunca məscid həmişə elm mərkəzi sayılıb.

Peyğəmbərimiz (s) mühüm hadisələr zamanı tapşırırdı ki, azan versinlər. Müsəlmanlar azan səsini eşidib məscidə axışırdılar və burada onlara mühüm xəbərlər elan edilirdi. Məsələn, düşmənin hücumu barədə xəbərlər məsciddə açıqlanır, döyüş qərarı məsciddə verilirdi. Peyğəmbər (s) məsciddə səhabələrin əhatəsində oturub qonaqları qəbul edir, beyət alırdı. O həzrətlə görüşmək istəyənlər məscidə gəlirdilər; hətta qeyri-müsəlmanlar da Peyğəmbərlə (s) məsciddə görüşürdülər. Mədinə məscidi müsəlmanların ən çox vaxt keçirdikləri məkanlardan biri idi. Bura yalnız ibadət yeri deyildi, müsəlman icmasının bir çox problemləri məhz məscid divarlarının arasında həll edilirdi.

- Qayıdaq məlum hadisəyə. Bu hadisəni necə dəyərləndirirsiniz?

- Yuxarıda dediyim kimi, məsciddə dini-elmi fəaliyyətlə məşğul olmaq nəinki günah deyil, hətta təşviq edilir. Əgər belə olmasaydı, müqəddəslərimiz özləri məsciddən elm mərkəzi kimi istifadə etməzdilər, yaxud bu cəhdlərə etiraz bildirərdilər. Dini məzmunlu suallardan ibarət müsabiqə keçirmək də elmi fəaliyyətin bir növüdür. Ona görə də bu kimi hallara müsbət baxıram. Amma bu zaman diqqətli olmağı və hədləri aşmamağı tövsiyə edirəm. Məsələn, məscidə gələnlərin paklıq şərtlərinə riayət etmələri lazımdır. Müsabiqə keçirilən zaman ədəb qaydalarını aşmamaq, səs-küy salmamaq, müsəlmana yaraşan vüqarı pozmamaq gərəkdir. Həmçinin, müsabiqə suallarının tamamilə dini məzmunda olması, dini mövzudan kənara çıxmaması məsələhətdir. Bu şərtlər daxilində müsabiqələr keçirmək müsəlmanların maariflənməsinə mühüm yardım göstərə bilər.



Yerləşdirilib:10 Yanvar, 2019  18:09, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 İyul, 2019

Qohum günah əhlidirsə, onunla əlaqəni kəsmək olarmı? İslam suallarda

23 İyul, 2019

Tramp: 10 milyon insanı öldürmək istəmirəm

23 İyul, 2019

Ağdamın işğalından 26 il ötür

22 İyul, 2019
İranda ABŞ casusları edam olunacaqlar
22 İyul, 2019
Türkiyə İraqda PKK-nın mövqelərinə hava zərbəsi endirib
22 İyul, 2019
BƏƏ-də ərinin telefonuna baxan qadın cərimələndi
22 İyul, 2019

Şüurumuz Allahı dərk edə bilərmi? İslam suallarda

22 İyul, 2019

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

22 İyul, 2019
Nigeriyada 37 nəfər qətlə yetirilib
20 İyul, 2019

Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır

20 İyul, 2019
ABŞ-ın Səudiyyəyə 500 hərbi qüvvə göndərməsi rəsmən təsdiqlənib
20 İyul, 2019

Hansı hallarda ölüyə toxunmaq qüslü (məssi-meyyit) insana vacib olur? İslam suallarda

20 İyul, 2019
Saakaşvili Zelenskiyə şans vermək qərarına gəldi
20 İyul, 2019
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
19 İyul, 2019

Ərbildə türk diplomatını kim öldürüb? Nəzər nöqtəsi

19 İyul, 2019
İraqda 6 PKK terrorçusu zərərsizləşdirilib
19 İyul, 2019

Yəmən münaqişəsinin sonlandırılmasının vaxtı çatıb – Səudiyyə rəsmisi

19 İyul, 2019

Hənəfi məzhəbinə görə, nə qədər məsafədə səfər sayılar? İslam suallarda

19 İyul, 2019

Əfqanıstan universitetində partlayış, 7 ölü

19 İyul, 2019
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirir
18 İyul, 2019
Pakistanın keçmiş Baş naziri saxlanıldı
18 İyul, 2019

Ermənistanla sərhəddə hərbçimiz yaralandı

18 İyul, 2019

Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı

18 İyul, 2019

ABŞ Konqresi Trampın impiçmenti qətnaməsinin əleyhinə səs verib

18 İyul, 2019

Türkiyə ordusu İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib

18 İyul, 2019

Bir çətin işi həll etmək üçün hansı duanı oxumaq faydalıdır? İslam suallarda

18 İyul, 2019
"Taliban"çılar Əfqanıstan ordusunun generalını öldürüblər
18 İyul, 2019
Türkiyə ABŞ-ın F-35 proqramından çıxarılmasını pisləyib
XƏBƏRARXİVİ
«İyl.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com