Olmaya, özümüzü Əhli-beytdən, səhabələrdən daha zəkalı hesab edirik?

İslam.az ilahiyyatçı, Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimovla müsahibənin ikinci hissəsini oxucuların diqqətinə təqdim edir.

(Əvvəli: http://az.islam.az/news/a-33791.html)

- Qeyd etdiniz ki, Quranı hər kəsin düzgün anlayıb şərh edə biləcəyi iddiası peyğəmbərlik missiyasını aşağılamağa gətirib-çıxarır. Bu fikrinizi açıqlayardınız.

- Allah-Taala Qurani-Kərimdə möminlərə əmr edir ki, Ona və Peyğəmbərinə itaət etsinlər: “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur” (Nisa, 80). “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin” (Ənfal, 24). Daha bir ayədə buyurulur: “Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz” (Ənfal, 46). Yenə buyurulur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin” (Həşr, 7).

Bu ayələrdə niyə Allaha itaətlə yanaşı, Peyğəmbərə (s) itaət də təkid edilir? Əgər peyğəmbərin missiyası yalnız vəhyi ötürməkdirsə, o halda, Allaha itaət etmək göstərişi kifayət edərdi. Deməli, Peyğəmbərin (s) buyurduqlarının bir qismi vəhydən başqadır. Deməli, Peyğəmbərə (s) itaət etmək Allaha itaət etməklə məhdudlaşmır. Çünki Allahın məramını, istəyini təkbaşına anlamaq çətindir, bəzən isə qeyri-mümkündür. Allahın istəyini bizə Peyğəmbər (s) izah edir, çətin məqamlara aydınlıq gətirir. Əgər belə deyildisə, niyə səhabələr o həzrəti addım-addım izləyir, daim Ondan öyrənirdilər? Niyə Peyğəmbər (s) vəhy olmuş ayəni oxuduqdan sonra səhabələr bunun izahını tələb edir, suallar verirdilər? Olmaya, biz özümüzü Əhli-beytdən, səhabələrdən daha zəkalı və ilkin mənbəyə daha yaxın hesab edirik?

Bütün sualların cavabına Quranın heç də bəs etmədiyini məşhur “səqəleyn hədisi” ilə də isbat etmək mümkündür. Doğrudur, qurani düşüncəsində olanlar hədisləri inkar edirlər. Amma səqəleyn hədisi kimi məşhur, möhkəm və mütəvatir bir hədisi danmağa heç bir şüurlu, vicdanlı və İslamdan azacıq xəbərdar insan cürət etməz.

- Səqəleyn hədisi barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.

- Peyğəmbərimiz (s) ömrü boyunca dəfələrlə, xüsusilə də, həyatının son günlərində bu hədisi təkrar etmişdir. Səqəleyn hədisinin bir özəlliyi də bundadır ki, Peyğəmbərimiz (s) vida həccində, yüz min nəfərdən artıq müsəlmanın qarşısında həm həcc mərasimi boyunca, həm də Qədir-Xum çölündə bu hədisi söyləmişdir. Bu da onu göstərir ki, hədisin məzmunu o həzrət üçün çox mühüm idi, buna görə həzrət son vəsiyyətlərini edərkən bu mühüm tövsiyəni də təkrar-təkrar vurğulamışdı.

Ərəb dilində “səqəleyn” iki ağır yük, iki mühüm əmanət mənasını verir. Hədisin şiə və sünni mənbələrində fərqli variantları vardır. Ümumiləşdirilmiş şəkildə deyə bilərik ki, həzrət buyurmuşdur: “Sizin aranızda iki ağır əmanət qoyuram: Allahın kitabı və nəslimdən olan Əhli-beytim. Bu ikisi Kövsər bulağının başında mənim hüzuruma yetişənə kimi bir-birindən ayrılmaz. Onlara sarılın ki, azğınlığa düçar olmayasınız”. Hədisin əksər variantlarında Quranla (Allahın kitabı ilə) yanaşı “itrətim (yəni nəslim) Əhli-beytim”, bəzi variantlarında isə “sünnəm” kəlməsi vardır. Hər iki halda Quranla yanaşı və onun qədər mühüm olan ikinci müraciət mənbəyinin xatırlandığını görürük. Peyğəmbər (s) özü müsəlmanlara əmr edirdi ki, azğınlığa düşməmək üçün Quranla yanaşı Əhli-beytə (və ya sünnəyə) sarılsınlar. Deməli, təklikdə Qurana sarılmaq kifayət etməz, bu halda azğınlığa düşmək ehtimalı yaranar.

Əhli-beyt Quranla eyni əhəmiyyəti daşıyan, Quranı izah edən mənbədir. Peyğəmbərin (s) Qurana vermiş olduğu izahları Əhli-beyt imamları öz sinələrində daşımış və sonrakı nəsillərə ötürmüşlər.

Quranın hər şeyi tam bəyan etdiyini və başqa mənbəyə ehtiyac qalmadığını iddia edənlər hansı əqidə məsələsinin, şəriət hökmünün, əxlaq normasının, tarixi hadisənin incəliklərini Müqəddəs Kitabdan əldə edə bilərlər? Allahın sifətlərindən tutmuş cəbr və ixtiyar probleminə, paklıq hökmlərindən tutmuş irs məsələlərinə kimi hansı mövzu Quranda tam şəkildə əhatə edilib? İbadət edən şəxs namazın, orucun, həccin, xüms və zəkatın, yeyəcək və içəcəklərin, izdivac və talağın bütün hökmlərini yalnız Quranla əsaslandıra bilərmi? Əlbəttə, yox.

“Quran bizə bəsdir” iddiasını irəli sürənlərin böyük bir hissəsi ibadət əhli, haram-halala diqqət yetirən şəxs olmadıqları üçün onlardan ötrü bu kimi məsələlər əhəmiyyət daşımır. Onların bir hissəsi isə bütün şəriət hökmlərini, hədisləri, fiqh alimlərinin rəylərini kənara qoyaraq, öz düşüncələri səviyyəsində Qurandan şəriət hökmləri çıxarır və buna uyğun ibadət edirlər. Hər iki yol yanlışdır. Allahdan bu insanları doğru yola hidayət etməsini diləyirəm.



Yerləşdirilib:7 Yanvar, 2019  12:55, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 Mart, 2019

Şəhidlərin qiyamət günündə şəfaət edəcəkləri barədə dəlil varmı? İslam suallarda

23 Mart, 2019
Ağ Ev Suriyanın İŞİD-dən azad olunduğunu bəyan etdi
23 Mart, 2019
Əfqanıstanda partlayış törədilib, qubernator və müavini yaralanıb
21 Mart, 2019

ABŞ İsrailin Holan yüksəklikləri üzərində suverenliyini tanımaq niyyətindədir

21 Mart, 2019

Həzrət Mühəmməd Peyğəmbər (s) neçə hərbi yürüşdə şəxsən iştirak etmişdir? İslam suallarda

21 Mart, 2019

İraqda bərə aşdı: 70 ölü

21 Mart, 2019

ABŞ yenidən Türkiyəni hədələdi

21 Mart, 2019

Əfqanıstanda Novruz şənliyində terror: ölənlər var

21 Mart, 2019

Yeni Zelandiyada avtomatların satışı qadağan olundu

21 Mart, 2019

Qazaxlar etiraz edirlər - Astananın adı dəyişdirilməsin

21 Mart, 2019
Türkiyədə terrorçularla əlaqəli olan azərbaycanlı saxlanıldı
21 Mart, 2019

Bu gecə Xanım Zeynəbin (s.ə) vəfatının ildönümüdür

20 Mart, 2019

Nursultan Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib

20 Mart, 2019

Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başlayıb

20 Mart, 2019

Novruz bayramınız mübarək!

19 Mart, 2019

Nursultan Nazarbayev istefa verib

19 Mart, 2019

Ərdoğan: "Edam cəzasının ləğvi səhv qərar olub"

19 Mart, 2019
İranın Şərqi Azərbaycan əyalətində ilk dəfə qadın bələdiyyə sədri seçilib
19 Mart, 2019

Yəmənlilərin əks hücumunda Səudiyyə Ordusunun 3 zabiti ölüb

19 Mart, 2019
Məkkədə ilk dəfə olaraq gül festivalı keçirilib
19 Mart, 2019

İslam dininin idman yarışlarında iştirak etməyə və yarışlara azarkeşlik etməyə münasibəti necədir? İslam suallarda

19 Mart, 2019
Ərdoğan Qərbi Yeni Zelandiyada terror aktına reaksiya verməməkdə ittiham edib
19 Mart, 2019

Bu gün İlaxır çərşənbədir

18 Mart, 2019

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

18 Mart, 2019

Xristian futbolçudan terrorda ölən müsəlmanlara dəstək Video

18 Mart, 2019
Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
18 Mart, 2019
Roma Papası Yeni Zelandiyada məscidlərə hücumdan danışdı
18 Mart, 2019
Terrorçunun ailəsi üzr istədi
XƏBƏRARXİVİ
«Mar.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com