“Ərəb baharı” sona çatır

“Ərəb baharı” artıq başa çatır. Bir az iddialı olsa da, əslində iddianı əsaslandırmaq üçün kifayət qədər aqrumentlər var. Doğrudur, hələlik Suriya, Liviya və Yəməndə müharibənin tamamilə başa çatmasından danışmaq tezdir, amma sona yaxınlaşdığını demək olar.

Məsələn, Suriyada ötən ilin sonlarında konstitusiya komissiyasının qurulması və keçid prosesinin razılaşdırılması ilə bağlı heyət formalaşıb. Bundan başqa ölkənin böyük bir qismi artıq hökumətin nəzarətindədir, İŞİD ölkənin şərqinə sıxışdırılıb. Hazırda yeganə münaqişə bölgəsi İdlib və kürdlərin nəzarət etdiyi şimal-şərq rayonlarıdır. Yəni böyük mənada artıq Suriya müharibəsinin başa çatdığını demək olar. Hətta bunu ABŞ prezidenti də etiraf etdi və ordunu Suriyadan çıxarmaqla bağlı qərar qəbul elədi. Artıq Türkiyə və Səudiyyə Ərəbistanı kimi Əsədə qarşı barışmaz olan dövlətlər də artıq Dəməşqlə işləyə biləcəklərinin mesajını veriblər. Yəni böyük müharibə başa çatır və artıq bir çox ölkələr Suriyada səfirliklərini açır. Ehtimal ki, yaxın bir neçə ildə Suriyada münaqişə tamamən başa çatacaq.

Halbuki “ərəb baharı”nın Suriya səhifəsi ciddi dəyişiklik çağırışları ilə başlamışdı. Ancaq Suriyada vətəndaş müharibəsi ölkəyə dəyişiklik gətirmədi, əksinə qanlı müharibəyə çevrilib yüz minlərlə insanın həyatına son qoydu, 5 milyon suriyalı hələ də qaçqındır.

Heç kimin ağlına gəlməzdi ki, 8 il əvvəl 2011-ci il martın 15-də ölkənin cənubunda Dəra şəhərində bir neçə məktəblinin divarlara hökumət əleyhinə şüar yazması ilə başlayan etirazlar tezliklə ölkəyə yayılıb vətəndaş müharibəsinə çevriləcək. Tezliklə Suriya ordusundan qaçan və Qərb ölkələri tərəfindən dəstəklənən qüvvələr polkovnik Riyad Əsədin rəhbərliyi altında “Azad Suriya Ordusu” yaradaraq hökumətə qarşı müxalif qüvvələr cəbhəsi yaratdılar. Ancaq tezliklə Suriyada hökumətə qarşı savaşan radikal silahlı dini qruplar fəallaşaraq ölkənin əsas hissəsinə nəzarət etdilər.

 

Suriya müharibəsində 400 mindən çox insanın öldüyü, on minlərlə insanın yaralandığı, şikəst qaldığı, 5 milyondan artıq insanın isə qaçqın düşdüyü bildirilir. 10 mindən çox uşaq, 10 minə yaxın qadın və ümumilikdə 90 min mülki insan Suriya savaşının qurbanlarıdır.

Yeri gəlmişkən, “ərəb baharı”nın daha bir ölkəsi Yəməndə dekabrda atəşkəs elan olunub və savaşan tərəflər müəyyən anlaşma əldə ediblər. Bu tezliklə nəticəyə ümid olmasa da, BMT-nin təşəbbüsü ilə başlayan danışıqların Yəməndə sülhə gətirəcəyinə ümid etmək olar.

Ərəbistan yarımadasının cənubunda yerləşən Yəməndə diktator Əli Abdullah Salehin 30 illik avtoritar idarəçiliyinə qarşı üsyan 2011-ci ilin yanvarın 26-da başlayıb. Uzun müddət davam edən etirazlardan sonra nəhayət, Əli Abdullah Saleh istefa verməyə razı olub, 2012-ci fevralında vitse-prezident Əbdürrəbbi Mansur Hadi prezident vəzifəsinin icrasına başlayıb. Ancaq inqilabdan sonra da Yəməndə daxili qruplar arasında narazılıq və ən mühümü ölkənin böyük problemlərinin həlli istiqamətində ciddi addımlar atılmayıb, bir sıra şəhərlər “əl-Qaidə”nin Yəmən qolunun nəzarətində qalıb.

2014-cü ilin sentyabrında paytaxt Sənanı ələ keçirən husilərin Ənsarullah hərəkatı digər müttəfiq tayfa və siyasi qruplarla birlikdə yeni hökumət təsis edib. Mansur Hadi isə əvvəlcə cənubdakı Ədən şəhərinə, oradan da Səudiyyə Ərəbistanına qaçıb. 2015-ci ilin 26 martında Səudiyyə Ərəbistanı digər ərəb müttəfiqləri ilə birlikdə Yəmənə hərbi müdaxilə edib.

“Ərəb baharı”nın qana boyadığı daha bir ölkə Liviyada da müəyyən mənada sular durulmaqdadır. Baxmayaraq ki, ölkə hələ də faktiki olaraq iki hissəyə bölünüb. Ancaq bununla belə Qəzzafinin ölkəsində indi siyasi danışıqlar başlayıb, bu il prezident seçkilərinin ölkənin birləşməsinin başlanğıcı ola bilər.

Ä°lgili resim

Liviyada böyük dəyişikliklər ümidi ilə etirazlar 2011-ci ilin fevralında başlayıb, martda isə silahlı üsyana çevrilib. Bunun ardınca NATO aviasiyası və dəniz qüvvələri Liviya ərazilərini bombalamağa başladı. Nəticədə 2011-ci ilin avqustunda paytaxt Trablus ələ keçirildi, oktyabrın 20-də isə 1969-cu ildən bu yana Liviyanı təkbaşına idarə edən polkovnik Müəmmar Qəzzafi NATO bombardmanları nəticəsində yaralandı və yaralı şəkildə üsyançıların əlinə keçərək öldürüldü.

Ancaq Qəzzafinin öldürülməsi, daha sonra da oğlanlarının bəzisinin sağ, bəzisinin ölü ələ keçməsi də Liviyaya sülh gətirmədi. 2012-ci ildə ölkədə seçkilər keçirilib yeni hökumət qurulsa da, artıq necə deyərlər, “cin şüşədən çıxmışdı”. 2012-ci ilin sentyabrında Liviyanın ikinci böyük şəhəri Benqazidə silahlılar ABŞ səfiri Kris Stevansı öldürdülər. Bundan sonra genişlənən terror və vətəndaş müharibəsi hələ də davam edir. Hazırda ölkənin şərqində mərkəzi Tobruk şəhərində liberal qüvvələr və Misirin, eləcə də Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr, qərbdə isə Türkiyə və Qətərin dəstəklədiyi Tripoli hökuməti fəaliyyət göstərir. Yeri gəlmişkən, Liviyada böyük tayfalar ölkədə vətəndaş müharibəsinə son qoymaq, ölkəni birləşdirmək üçün Müəmmar Qəzzafinin oğlu Seyfulislam Qəzzafini ölkənin prezidenti seçdirməyə çalışır. Əgər bu baş tutarsa Liviya yenidən əvvəlki dövrə qayıda bilər. Ən azı birinci şəxsin soyadı ilə.

Ancaq “ərəb baharı”nın başlanğıc ölkələri inqilab ab-havasını artıq çoxdan geridə qoyub. Tunis və Misir əvvəlki sabitliyə tamamilə qayıtmasalar da, bu ölkələr artıq qeyri-sabitlik dövrünü geridə qoyub.

Tunisia Sidi Bouzid ile ilgili görsel sonucu

2010-cu il dekabrın 18-də Tunisin Sidi Buzid şəhərində küçədə əl arabası ilə satıcılıq edən universitet təhsilli Məhəmməd Buəzizinin bələdiyyə məmurlarının arabasını müsadirə etməsinə və işsizliyə etiraz edərək özünü yandırması ilə başlayan etirazlar 2011-ci il yanvarın 14-də 23 il ölkəni fasiləsiz idarə edən Zeynəlabidin bin Əlinin ölkəni tərk edərək Səudiyyə Ərəbistanına qaçması ilə nəticələndi. Tunisdə artıq iki parlament və prezident seçkiləri keçirilib, iki prezident dəyişib. Ölkədə etirazlar hələ də davam etsə də, ümumilikdə Tunisdə demokratik sistem formalaşıb. Doğrudur, hazırda Yaxın Şərq münaqişələrində ən çox silahlı terrorçu məhz Tunisdəndir, amma buna baxmayaraq bu ölkədə radikal islamçı qruplar güclənə bilmədi. Bir tərəfdən çoxpartiyalı sistem, digər tərəfdən ən-Nahda hərəkatı və onun lideri Rəşid Qannuşinin müdrik davranışları sayəsində Tunis radikal cihadçılıq fəaliyyətlərindən uzaqda qaldı. Lakin ölkədə sosial vəziyyətin ağırlığı hələ də kütləvi etirazlarla müşayiət olunur.

Regionun ən böyük ölkəsi olan Misir isə ötən dövrdə bir inqilab və bir hərbi çevriliş arxada qoyaraq yenidən keçmiş dövrə qayıdıb. 2011-ci ilin 25 yanvarında Misirdə hökumət əleyhinə aksiyalar tezliklə Qahirənin mərkəzi “Təhrir” (Azadlıq) meydanı milyonluq mitinqlərə səhnə oldu. 1981-ci ildən bu yana 30 ildir Misiri idarə edən Hüsnü Mübarək 18 gün davam edən etirazlardan sonra fevralın 11-də gecə saatlarında istefasını elan etdi.

islamçı “Müsəlman Qardaşlar” ile ilgili görsel sonucu

Ancaq Misirdə inqilab qalib gəldikdən sonra hakimiyyətə gələn islamçı “Müsəlman Qardaşlar” Hərəkatı və onun siyasi qanadı iqtidarda cəmisi bir il qala bildi. 201-ci ilin mayında prezident seçilən Məhəmməd Mursi 2013-cü ilin iyulunda baş verən hərbi çevrilişlə devrildi və həb solundu. 2014-cü ildə prezident seçkiləri keçirildi və marşal Əbülfəttah əs-Sisi prezident seçildi. Bununla da Misir yenidən hərbçilərin hakimiyyətinə qayıtdı. Ötən 5 ilə yaxın vaxt ərzində Misir bir neçə dəfə terror hücumlarına məruz qalsa da, marşal Sisi və komandası Misiri idarə edir. Artıq misirlilər də inqilab və onun parlaq gələcəyi ilə bağlı xəyallar qurmurlar.

8 il əvvəl ərəb ölkələrində ard-arda baş verən inqilablar bütün dünya üçün bir ümid idi. Hər kəs inqilabların regiona demokratiya gətirəcəyinə ümid edirdi. Ancaq tezliklə vəziyyət dəyişdi və ərəb dünyası böyük güclərin savaş meydanına. Mandat müharibələrinə çevrildi. Bundan sonra isə dünyada bu müharibələrin daha böyük təhdidləri ilə üz-üzə qaldı. Böyük dəyişikliklər ümidi isə yaddan çıxdı. Ancaq “ərəb baharı” savaşları həm də siyasi islamçılığa ağır zərbə oldu. Son 50 ildə yüksəliş dövrünü yaşayan siyasi islamçılıq hədəfinə nail ola bilmədi, əksinə böyük zərbə aldı. Bunu son illərdə regionda keçirilən sorğular da təsdiq edir.

Kənan Rövşənoğlu,

“Yeni Müsavat”



Yerləşdirilib:5 Yanvar, 2019  12:28, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
22 Yanvar, 2019
Türkiyədə daha 103 nəfər FETÖ ittihamı ilə saxlanılıb
22 Yanvar, 2019
Misir ordusu hesabat verdi
22 Yanvar, 2019

Afrikada stadiona düşən ildırım futbolçuları öldürdü

22 Yanvar, 2019
Ərdoğandan Suriya ilə bağlı vacib bəyanat
22 Yanvar, 2019

Məğrib namazı Günəş batanda qılınır yoxsa bir qədər gec? İslam suallarda

22 Yanvar, 2019
Azərbaycanda zəlzələ olub
22 Yanvar, 2019
Pakistanda "Taliban"ın qurucusunun oğlu öldürülüb
21 Yanvar, 2019

Netanyahu: İsrail istənilən təcavüzkarın cavabını verməyə hazırdır

21 Yanvar, 2019

Suriyada ABŞ hərbçilərinə hücum olub, 5 nəfər ölüb

21 Yanvar, 2019
Pakistanda polis günahsız ailəni güllələdi
21 Yanvar, 2019

Rusiya İdlibə zərbə endirdi, ölən və yaralananlar var

21 Yanvar, 2019

İsrail Suriyaya misli görünməmiş zərbələr endirdi Video

21 Yanvar, 2019
Malidə BMT-nin 8 sülhməramlısı öldürülüb
21 Yanvar, 2019

Həzrət Mühəmməd Peyğəmbərdən (s) əvvəlki peyğəmbərlərin dini nə olub? İslam suallarda

21 Yanvar, 2019

Dünyada milyarderlərin sayı son on ildə 2 dəfə artıb

21 Yanvar, 2019

Azərbaycanda Ay tutulması müşahidə olunub Video

20 Yanvar, 2019

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

19 Yanvar, 2019

İlin ilk Ay tutulması baş verəcək: ayət namazı qılınacaq

19 Yanvar, 2019

Liviya sahillərində azı 14 miqrant itkin düşüb

19 Yanvar, 2019

Peyğəmbərimiz (s) meraca haradan, yəni kimin evindən getmişdir? İslam suallarda

19 Yanvar, 2019

Bu gecə Əyyami-Fatimiyyə daxil olur

19 Yanvar, 2019

Liviyada silahlı toqquşma nəticəsində 13 nəfər ölüb

18 Yanvar, 2019
Türkiyədə FETÖ-çulara qarşı yeni əməliyyat
18 Yanvar, 2019

Ərəb Ölkələri Liqası: "Əsədi dəvət etməmişik"

18 Yanvar, 2019

20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş Quran gecəsi keçiriləcək

18 Yanvar, 2019
Yer kürəsi asteroidlə toqquşa bilər
18 Yanvar, 2019
Rusiyada iki qırıcı toqquşdu
18 Yanvar, 2019
Ər-Riyaddan ABŞ-ı qəzəbləndirəcək qərar
XƏBƏRARXİVİ
«Yan.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com