Şəhid Mübarizə ittiham... Niyə də yox?

Yəqin dədələrimiz belə yerdə deyib ki, “Bir dəli quyuya bir daş atdı, 100 ağıllı yığışdı, çıxarda bilmədi”. Artıq neçə gündür hamı bir nəfərin sərsəmləməsini, Milli qəhrəmanımız Mübariz İbrahimova dil uzatmasını müzakirə edir.

Əksəriyyət bu həqarəti pislədi, bəziləri hətta məhkəməyə müraciət etdi. Amma “novator” qıza bəraət qazandıranlar da tapıldı. Nə qədər acınacaqlı olsa da, bunların da əksəriyyəti gənclər idi. O gənclər ki, Qarabağı heç vaxt görməyib, ermənilərin xalqımıza qarşı vəhşiliyini də ya kitablardan oxuyub, ya da televiziya verilişlərindən eşidib. Yaxşı, bəs bu hal, presedent nə üçün baş verdi? Buna gətirib çıxaran yol haradan başlayır? Bu suallara cavab vermək üçün bir qədər geriyə boylanmalı olacağıq.

Gənclər xatırlamaz, amma proses hələ SSRİ-nin sabiq başçısı Mixail Qorbaçovun dönəmində start götürmüşdü. “Yenidənqurma” bəhanəsi ilə az qala bütün mənəvi dəyərlərə sapand atıldı. Təsəvvür edin ki, hətta dövrü mətbuatda, TV verilişlərində  ictimai nəqliyyatda yaşlı insanlara əyləşmək üçün yer verilməsi pislənir, bunun əksi təbliğ olunurdu. Məntiq də “daşdan keçərli”: “Nə bilirsiniz bu insanın keçmişi necə olub? Bəlkə fərarilik edib Böyük Vətən müharibəsi illərində? Ya canidir?!”...

Beləcə gəlib çıxdıq 21-ci əsrin ikinci onilliyinə. Burada da dəyərləri gülləboran festivalına əvəzsiz töhfə verənlər tapıldı. Biri deputat mandatını bayraq edərək Şah İsmayıl Xətaiyə, dahi Füzuliyə təpik atdı, digəri “mən ilahiyyatçıyam” deyib sinəsini qabartdı, “Allah da, Peyğəmbər də, Quran da müqəddəs deyil” söyləyib beyinləri zəhərlədi, üçüncüsü pasifist-humanist-liberal “şorbası” hazırlayaraq camaatın mədəsini bulandırdı. Nəticə isə... Nəticə də artıq xatırlatdığımız hadisə: Mübariz kimi dəyərin aşağılanması, şəhidlik kimi müqəddasatın alçaldılması.

Təbii ki, bunu edənə bəraət qazandırmaq olmaz. Amma anlamaq olar. Təsəvvür edin ki,  bu gənc hər gün TV efirindən bir qucaq axmaqlıq, bayağılıq, düşüklük görüb və eşidib. O cümlədən də Şah İsmayılın, Füzulinin, Quranın, Peyğəmbərin (s), imam Hüseynin (ə) alçaldılmasını, ittiham edilməsini dəfələrlə görüb və eşidib. Hamının da düşüncə tərzi, təfəkkür etmək dərəcəsi eyni olmur axı, hamı mikrobu dərhal sezə bilmir. İmam Hüseyn (ə) təhqir olunursa, Mübariz İbrahimovu alçaltmağa nə mane olacaq? Əgər imam Hüseyn (ə) və Peyğəmbər (s) gənclərimizə nüfuz deyilsə, artıq onların qarşısını nə kəsə bilər? Bəzi gənclərimiz üçün demək olar ki, dəyər qalmayıb. Ata, ana, baba, həyat yoldaşı, dost, qəhrəman, şəhid, vətən – bunlar üçün sadəcə söz yığınıdır. Və bu sözlərin üzərində heç bir mənəvi yük yoxdur. Nə qədər acınacaqlı səslənsə də, cəmiyyətimizin, zamanımızın tərbiyələndirdiyi, böyütdüyü, sabah isə bu dövlətin müqəddəratını tapşırmağa hazırlaşdığımız insanlardır bunlar. Deməli, haradasa, nə isə səhv edilir. Deməli, başbilənlər papaqlarını qarşıya qoyub düşünməlidirlər. Deməli, demokratiya bəhanəsini gətirərək hər axmağa tribuna, hər ağılsıza deputat mandatı, hər sarsağa da söz vermək olmaz!

V.Əliyev


Yerləşdirilib:19 Dekabr, 2018  15:39, ]]>Çap]]>
 
Bu bölmədə:
13 Fevral, 2019
Vəsiyyət (Hekayə)

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 Mart, 2019

Şəhidlərin qiyamət günündə şəfaət edəcəkləri barədə dəlil varmı? İslam suallarda

23 Mart, 2019
Ağ Ev Suriyanın İŞİD-dən azad olunduğunu bəyan etdi
23 Mart, 2019
Əfqanıstanda partlayış törədilib, qubernator və müavini yaralanıb
21 Mart, 2019

ABŞ İsrailin Holan yüksəklikləri üzərində suverenliyini tanımaq niyyətindədir

21 Mart, 2019

Həzrət Mühəmməd Peyğəmbər (s) neçə hərbi yürüşdə şəxsən iştirak etmişdir? İslam suallarda

21 Mart, 2019

İraqda bərə aşdı: 70 ölü

21 Mart, 2019

ABŞ yenidən Türkiyəni hədələdi

21 Mart, 2019

Əfqanıstanda Novruz şənliyində terror: ölənlər var

21 Mart, 2019

Yeni Zelandiyada avtomatların satışı qadağan olundu

21 Mart, 2019

Qazaxlar etiraz edirlər - Astananın adı dəyişdirilməsin

21 Mart, 2019
Türkiyədə terrorçularla əlaqəli olan azərbaycanlı saxlanıldı
21 Mart, 2019

Bu gecə Xanım Zeynəbin (s.ə) vəfatının ildönümüdür

20 Mart, 2019

Nursultan Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib

20 Mart, 2019

Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başlayıb

20 Mart, 2019

Novruz bayramınız mübarək!

19 Mart, 2019

Nursultan Nazarbayev istefa verib

19 Mart, 2019

Ərdoğan: "Edam cəzasının ləğvi səhv qərar olub"

19 Mart, 2019
İranın Şərqi Azərbaycan əyalətində ilk dəfə qadın bələdiyyə sədri seçilib
19 Mart, 2019

Yəmənlilərin əks hücumunda Səudiyyə Ordusunun 3 zabiti ölüb

19 Mart, 2019
Məkkədə ilk dəfə olaraq gül festivalı keçirilib
19 Mart, 2019

İslam dininin idman yarışlarında iştirak etməyə və yarışlara azarkeşlik etməyə münasibəti necədir? İslam suallarda

19 Mart, 2019
Ərdoğan Qərbi Yeni Zelandiyada terror aktına reaksiya verməməkdə ittiham edib
19 Mart, 2019

Bu gün İlaxır çərşənbədir

18 Mart, 2019

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

18 Mart, 2019

Xristian futbolçudan terrorda ölən müsəlmanlara dəstək Video

18 Mart, 2019
Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
18 Mart, 2019
Roma Papası Yeni Zelandiyada məscidlərə hücumdan danışdı
18 Mart, 2019
Terrorçunun ailəsi üzr istədi
XƏBƏRARXİVİ
«Mar.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com