"Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib..." - "Stratfor"

Amerikanın özəl kəşfiyyat-analitik şirkəti “Stratfor” özünün yeni dərc edilmiş təhlilində göstərir ki, Rusiyanı çəkindirmək üçün Donald Trampın administrasiyası 2019-cu ildə özünün Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazda təsirinin gücləndirilməsinə yönəlmiş addımlar atacaq.

İslam.az Virtualaz.org-a istinadla xəbər verir ki, “Stratfor”un sensasion təhlilinə əsasən diqqət ilk növbədə Moskvanın regiondakı yaxın müttəfiqlərinə-KTMT hərbi blokunun və Avrasiya İqtisadi Birliyinin üzvlərinə yönələcək.

Mərkəzin analitikləri hesab edir ki, Belarusu Rusiyadan tam qoparmaq çətindir, ona görə də ABŞ əsas diplomatik səylərini Mərkəzi Asiya və Cənubi Qafqaza yönəldəcək. Amma Minsk də diqqətdən kənarda qalmayacaq. Yaxın vəzifə kimi Ağ ev qarşısına Ermənistanla sıx qarşılıqlı münasibətlər yaratmağı qoyub.

Amerikalı kəşfiyyat analitiklər qeyd edirlər ki,  Birləşmiş Ştatlar administrasiyası Moskvanın yaxın müttəfiqlərini ondan qoparmaqla  zəiflədilməsinin zəruriliyini dərk edib. Və bu məsələdə uğur qazanacağını hesablayır.

Analitiklərin fikrincə KTMT hazırda ən zəif hərbi-siyasi alyansdır. Blokun yaradılmasına dair müqaviləyə nə vaxtsa yenidən baxılmalı və konkretləşdirilməlidir. Əks halda təşkilat gec-tez dağılacaq.

Qeyd olunur ki, KTMT heç vaxt üzvlərindən hansısa birinə hərbi dəstək verməyib. 2010-cu ildə Qırğızıstan hökuməti ölkə daxilində baş qaldırmış münaqişəni, xalq üsyanını yatırmaq üçün KTMT-dən qoşun göndərilməsini xahiş etdi, amma rədd cavabı aldı.

“Ermənistana isə müttəfiqlərindən heç biri Qarabağ müharibəsində kömək etmir. Hətta Azərbaycan ordusunun diversiya qrupu Ermənistanın Tavuş vilayətinə həmlə edəndə Yerevan dəstəksiz qaldı. Bundan əlavə Ermənistanın KTMT üzrə müttəfiqləri Rusiya, Belarus və Qazaxısan Azərbaycana silah satır. Çünki müqavilədə blok üzvlərinin silah alverinə qadağa qoyulmur. Yəni orada blok üzvləri ilə münaqişədə olan hansısa ölkəyə silah satılmasına qadağa yoxdur”-mərkəzin analitikləri bildirir.

Yeri gəlmişkən Moskva özü də yaxın dostlarının dəstəyindən tez-tez məhrum olur. İndiyə qədər KTMT üzvlərindən heç biri Krımı Rusiya ərazisi kimi tanımayıb. O cümlədən Rusiyanın faktiki ilhaq etdiyi Cənubi Osetiya və Abxaziyanın da müstəqilliklərini Moskvadan başqa KTMT üzvlərindən heç kim tanımır. Suriyadakı müharibəni də Rusiya üç ildir tək aparır. Bu müddət ərzində təkcə Ermənistan Suriyaya hansısa humanitar missiya göndərmək niyyətində olduğunu deməyə özündə cəsarət tapıb.

Baxmayaraq ki, KTMT çərçivəsində hər il bahalı təlimlər keçirilir, operativ qərargah yaradılıb, kollektiv çevik reaksiya qüvvələri, hava hücumundan vahid müdafiə sistemi, qoşunların vahid mərkəzdən idarə olunması sistemi və s. yaradılıb. Amma təşkilatın real monolitliyi əldə olunmasa kritik məqamlarda bunların heç biri işə yaramayacaq.

“Stratfor” qeyd edir ki, Moskva  KTMT üzvlərindən daha çox Tacikistana və Belarusa ümid edə bilər. Tacikistanda Rusiya hərbi bazası yerləşdirilib, hərçənd Belarusda rus bazası yoxdur. Amma hər iki halda dövlət başçıları nəzərə alır ki, Qərblə qarşıdurmaya getsələr onları nə gözləyər. Muammar Qəzzafinin və Viktor Yanukoviçin taleyi buna sübutdur.

“Kremlin ən etibarız müttəfiqi Qazaxıstandır. Astana ABŞ vətəndaşları üçün vizanı birtərəfli qaydada ləğv edib və latın əlifbasına keçir. Amma bunlar hələ dərdin yarısıdır. Amerika biznesi çoxdan Qazaxıstanda, o cümlədən neft-qaz layihələrində möhkəmlənib. Son 20 ildir Astana ABŞ-dan silahlar alır, öz hərbçilərini təhsil almaq üçün Amerikaya göndərir. Hər il “Səhra qartalı” adı altında Amerika-Qazaxıstan birgə təlimləri keçirilir. Bu təlimlər üçün Alma-Ata yaxınlığında xüsusi poliqon da yaradılıb. Və Rusiya hərbçiləri həmin təlimlərə heç müşahidəçi qismində də dəvət olunmur.

Bundan əlavə Alma-Atanın özündə Pentaqon 130 milyon dollar xərcləyərək bioloji laboratoriya da yaradıb. Amerikanlar əvvəldən gizlətməyiblər ki, bu laboratoriya ən təhlükəli yoluxucu ştammların saxlanılması üçün nəzərdə tutulub. Üstəlik Astana Amerika hərbi yüklərinin Əfqanıstana tranzitinə imkan yaradıb.

Rusiyanın Qırğızıstanla da müttəfiqlik münasibətləri kövrəkdir, baxmayaraq ki, orada hərbi bazası var. Ermənistan bu yaxınlara qədər Rusiyanın ən yaxın müttəfiqi hesab edilirdi. Amma orada da məxməri inqilab qalib gəldi və amerikalılar bundan istifadə edib dərhal öz emissarları Con Boltonu Yerevana göndərdilər.

Ermənistanın yeni lideri Boltonun Amerikanın Yerevana silah sata biləcəyi haqda təklifini eşidib belə dedi: “Hökumət bu məsələdə heç bir məhdudiyyətlərlə bağlanmayıb.Əgər ABŞ-dan yaxşı təklif daxil olsa biz onu müzakirə etməyə hazırıq”. Bundan əlavə KTMT baş katibi Yuri Xaçaturova və “Qazprom-Ermənistan” şirkətinə qarşı cinayət işi qaldırıldı. Yerevanla Moskva arasında münasibətlər dərhal gərginləşdi.



Yerləşdirilib:6 Dekabr, 2018  14:35, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
22 Fevral, 2019

“Haqqın dərgahı” verilişini Hacı Şahin Həsənli aparacaq

22 Fevral, 2019
Azərbaycanda əhali siyahıya alınacaq
22 Fevral, 2019
Ərdoğan və Tramp Suriyadakı son hadisələri müzakirə edib
22 Fevral, 2019

Deyirlər ki, körpənin sidiyi murdar deyil. Bu doğrudurmu? İslam suallarda

22 Fevral, 2019

Suriyada partlayış nəticəsində 15 nəfər ölüb

22 Fevral, 2019

İran parlamentinin üzvü: "Həsən Ruhani Britaniya kəşfiyyatından təlimat alır"

21 Fevral, 2019
Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərdi
21 Fevral, 2019

Cəbhədə Ermənistana məxsus PUA məhv edilib Foto

21 Fevral, 2019

"Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma..." Günün ayəsi

21 Fevral, 2019

Qurandakı "səhvlər": 3. Həzrət Nuhun (ə) ailəsi tufandan xilas olub ya yox? Video

21 Fevral, 2019

Azərbaycanın rayonları üçün namaz vaxtları Bakıdan fərqlidirmi? İslam suallarda

21 Fevral, 2019
İsrail təyyarələri Qəzzada fələstinlilərin yürüş düşərgəsini vurub
21 Fevral, 2019

Tramp İŞİD üzvünün arvadını ABŞ-a buraxmadı

20 Fevral, 2019

XİN-dən Elşad İskəndərovla bağlı bəyanat

20 Fevral, 2019
Türkiyədə bir neçə terror aktının qarşısı alındı
20 Fevral, 2019

Dövlət Departamenti: ABŞ Suriyanı parçalamaq istəmir

20 Fevral, 2019
Suriyada terrorçuların komanda məntəqələri məhv edilib
20 Fevral, 2019

İnsanın qəzəbli halda, başqasının eşitmədiyi tərzdə söyüş söyməsi günahdırmı? İslam suallarda

20 Fevral, 2019
Tramp ABŞ Kosmik Qüvvələrinin yaradılması haqqında memorandum imzalayıb
20 Fevral, 2019
Suriyada "Ən-Nüsra" terror qruplaşmasının lideri ağır yaralanıb
19 Fevral, 2019
Rusiya və Qətər S-400-ün tədarükü barədə danışıqlar aparır
19 Fevral, 2019

Tarixdə bir gün: "Altı günlük" müharibə Günün fotosu

19 Fevral, 2019

Rusiya XİN: İŞİD təbliğatı gücləndirib

19 Fevral, 2019

Qahirədəki terrordan sonra ordu əməliyyat keçirib: 16 silahlı ölüb

19 Fevral, 2019
İraqda İŞİD-in gizli qruplarının insanları oğurlaması halları artıb
19 Fevral, 2019
İsrail qüvvələri 22 fələstinlini həbs edib
19 Fevral, 2019
Almaniyadan İŞİD-ə gəlin getdi və...
19 Fevral, 2019

Əhli-sünnə məzhəbində xüms varmı və kimlərə verilməlidir? İslam suallarda

XƏBƏRARXİVİ
«Fev.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com