Elşad İskəndərov yüksək vəzifəyə təyin edildi (FOTO)

İslam Əməmdalıq Təşkilatı Gənclər Forumunun Bakı ofisinin yaydığı məlumata əsasən, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Dr. Yusif bin Əhməd Əl-Useymin bu gün İƏT-in Ciddədəki Baş Qərargahında səfir Elşad İskəndərovu İƏT Gənclər Forumunun sədri səlahiyyətlərinin başa çatması münasibətilə qəbul etdi.

Görüşdə E. İskəndərovun İƏT Gənclər Forumunun qurucusu və son 4 ildə Forumun sədri kimi fəaliyyətlərini yüksək qiymətləndirən İƏT Baş Katibi həmçinin İƏT Gənclik Strategiyası, İƏT Gənclik Paytaxtları, İƏT Modeli kimi layihələrin, İƏT Gənclər Forumunun beynəlxalq sülh, İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərin uğurla həyata keçirilməsində şəxsi səy və əməyinə görə Azərbaycanlı diplomata İƏT adından səmimi təşəkkürünü bildirdi.

Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsinə təyin olunması münasibətilə Elşad İskəndərovu təbrik edən Baş Katib Əl-Useymin,  bunu Azərbaycanın İƏT və İƏT qurumları ilə əməkdaşlığına verdiyi yüksək qiymət kimi qiymətləndirmişdir. Azərbaycanın İƏT üçün vacib ölkə olduğunu qeyd edən İƏT Baş Katibi, İƏT Gənclər Forumunun təşkilatın Məşvərət Şurasına yaxın 2 ildə azərbaycanlı diplomatın sədrlik edəcəyi haqqında qərarını məmnunluqla qarşıladığını və hər iki sahədə onunla əməkdaşlığa hazır olduqlarını bildirmişdir.

İƏT Baş Katibinə xoş sözlərinə görə təşəkkürünü bildirən E.İskəndərov, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verdiyini, bu səpkidə Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsinə əməli töfhələr verdiyini vurğulamış və bundan sonrakı fəaliyyətində bu strateji xəttin gücləndirilməsi üçün təcrübə və bacarığını əsirgəməyəciyini bildirmişdir. Səfir İskəndərov xüsusilə bildirmişdir ki, ölkəmiz İƏT-də Baş Katibin təşəbbüsü ilə başlamış islahat prosesini dəstəkləyir, bu prosesin tezliklə aparılmasını və onun nəticəsində qurumun daha çevik, müasir dünyanın sürətlə dəyişən çağırışlarına adekvat cavab verə biləcək, üzvlərinin maraqlarını maksimal şəkildə müdafiə edəcək təşkilat olmasını dəstkləyir.

Görüşdə həmçinin İƏT Gənclər Forumunun 3-cü Baş Assambleyasında Forumun rəhbər vəzfələrinə seçilmiş Azərbaycan təmsilçiləri – Forumun Baş Direktoru Rəsul Ömərovu və Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev İƏT Baş Katibinə təqdim edildilər.

Görüşün sonunda İƏT Baş katibi E.İskəndərova İƏT Gənclər Forumunun təşkilatlanması və İƏT gənclərinin inkişafl sahəsində uzun müddətli səmərəli fəaliyyətinə görə İƏT-nin xüsusi fəxri nişanını təqdim etdi.

Xatırladaq ki, 22-24 oktyabr 2018-ci ildə İƏT Gənclər Forumunun İstanbulda keçirilən 3-cü Baş Assambleyasında səlahiyyət müddəti başa çatan səfir Elşad İskəndərov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifsinə təyin olunmuşdur. Eyni zamanda E.İskəndərov Baş Assambleyanın qərarına əsasən qurumun İƏT üzv ölkləri hökümətləri ilə fəaliyyətlərini əlaqələndirəcək Məşvərət Şurasının sədri vəzifəsinə də təyin edilmişdir.



Yerləşdirilib:4 Dekabr, 2018  16:16, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
14 Dekabr, 2018

Bu il Almaniyada müsəlmanlara 578 hücum olub

14 Dekabr, 2018
Türkiyədə 219 hərbçi saxlanıldı
14 Dekabr, 2018
İsrail “Həmas”ın 37 üzvünü həbs etdi
14 Dekabr, 2018

Ailənin körpə uşağı ölsə, sonra doğulan uşağa həmin körpənin adını qoymaq olarmı? İslam suallarda

14 Dekabr, 2018
İordaniyada etiraz aksiyasını gözyaşardıcı qazla dağıdıblar
14 Dekabr, 2018

ABŞ Senatı Qaşıqçının qətlində məsuliyyəti şahzadənin daşıdığını bildirib

13 Dekabr, 2018

Putin: Mən prezident olmaq istəmirdim

13 Dekabr, 2018
İraqda İŞİD terrorçuları həbsxanadan qaçıb
13 Dekabr, 2018
Ramallahda iki İsrail əsgəri öldürülüb
13 Dekabr, 2018
ABŞ BMT Təhlükəsizlik Şurasını İrana qarşı sanksiyaları bərpa etməyə səsləyib
13 Dekabr, 2018

Hacı Şahin "quranilər"dən danışdı Video

13 Dekabr, 2018

Quran xətm edərkən bir surəni yarımçıq oxuyub saxlamaq olarmı? İslam suallarda

13 Dekabr, 2018
Türkiyədə Kosmik Agentlik yaradılıb
13 Dekabr, 2018
ABŞ İranın raket proqramına qarşı koalisiya toplamaq niyyətindədir
12 Dekabr, 2018

Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu verdi

12 Dekabr, 2018

Doğurdanmı dünyasını dəyişmiş şəxsin paltarlarını geyinmək insana bədbəxtlik gətirir? İslam suallarda

12 Dekabr, 2018
Bin-Salman Kaşıkçı hadisəsinin Səudiyyənin iqtisadiyyatına təsirini etiraf edib
12 Dekabr, 2018
İŞİD komandiri 100 min dollar qarşılığında azad edilib
12 Dekabr, 2018
İraq Suriya ərazisində İŞİD-ə aviazərbələr endirib
12 Dekabr, 2018
ABŞ İraq və Suriyada dini azlıqlara yardım edəcək
12 Dekabr, 2018

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür

11 Dekabr, 2018

Camal Kaşıkçı “İlin adamı” seçildi

11 Dekabr, 2018

Gəlin gəlir... Qızdı ya...? Bizim replika

11 Dekabr, 2018

Yarım milyon dollar oğurlayan rahibələr pulu qumara xərcləyiblər

11 Dekabr, 2018
Qəzzada 11 fələstinli fəal yaralanıb
11 Dekabr, 2018
Əfqanıstan dünyada qadınlar üçün ən pis yerdir
11 Dekabr, 2018

Fransada keçirilən aksiyalarda 4000-dən çox etirazçı saxlanılıb

11 Dekabr, 2018

Parisdə müsəlmanların 14-cü beynəlxalq forumu keçirilib

XƏBƏRARXİVİ
«Dek.2018»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com