“İƏT Modeli - 2018” proqramının bağlanış mərasimi keçirildi

Dünən Bakının “Avropa” otelində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə artıq səkkizinci ildir ki, davam edən “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində “İƏT Modeli - Azərbaycan” adlı milli mərhələnin 2018-ci il üzrə təntənəli bağlanış və qaliblərin mükafatlandırma mərasimi həyata keçirilmişdir. Tədbirdə İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndələr, dövlət qurumları rəhbərləri və nümayəndələri, ali təhsil müəssisələri rəhbərliyi, ictimai xadimlər, həmçinin bu ilki  proqramın məzunları olan 100-dən çox gənc  iştirak etmişlər.

Öncə “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” proqramının Azərbaycandakı gedişat və nəticələrini əks etdirən videoçarx nümayiş olunmuş, daha sonra çıxış edən İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov layihənin məqsəd və vəzifələri, uğurları, beynəlxalq səviyyədə qazanılan əlaqaləri, bu proqramda Azərbaycanın mühüm rolu, 40-a yaxın ölkədə paralel keçirilən bu layihənin ilk təşəbbsünün də məhz Azərbaycandan başlaması haqqında danışmışdır. E.Əsgərovun dediyinə görə, keçən 8 il ərzində İƏT ölkələrində layihə çərçivəsində keçirilən təlim və tədbirlərdə 23 min tələbə iştirak etmiş, bunların minə yaxını və ən aktivləri məhz Azərbaycan gəncləri olmuşdur.

Tədbirdə digər təşkilatçılar adından Gənclər və İdman Nazirinin müavii Fərhad Hacıyev, İlahiyyat Universitetiin prorektoru Aqil Şirinov, Diasporla İş üzrə Dövlət Komitəsi aparat rəhbəri Daşqın Rəcəbli toplantı iştirakçılarını təbrik edərək,  artıq 8 ildir tərəfdaş olduqları bu layihənin gənclərin beynəlxalq əməkdaşlığına mühüm töhfə verdiyini, gənclər vasitəsi ilə Azərbaycanın daha çox tanıdılmasına xidmət etdiyinə inandıqlarını bildirmişdir. Mərasimdə, həmçinin, Fələstin Dövlətinin Azərbaycandakı səfiri Naser Əbdülkərim Rəhim tədbirdəki bütün səfirlər və diplomatik nümayəndələrin adından çıxış edərək, layihənin İƏT məkanında gənc liderlərin bilik və bacarıqlarının formalaşmasında, eləcə də əməkdaşlığın inkişafında oynadığı rolu xüsusi vurğulamışlar.

“İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” İƏT Gənclər Forumunun təşəbbüsü ilə təsis edilmiş beynəlxalq təhsil proqramıdır və icrasına ilk dəfə 2011-ci ildə Azərbaycanda start verilmişdir. Hazırda bu təhsil proqramı İslam Əməkdaşlıq Təşkilatına üzv 40-a yaxın ölkədə eyni zamanda həyata keçirilir.

Bu ilki “İƏT Modeli-Azərbaycan” mərhələsində 10-a yaxın universitet və ali məktəblərdən tələbə iştirak etmiş, 7 həftə ərzində onlar İƏT arealı ölkələrinin siyasi, mədəni, iqtisadi problemlərinə, qlobal strategiyalar və beynəlxalq münasibətlərə həsr olunmuş  mühazirələr dinləmiş, İƏT-ə üzv-ölkələrin Azərbaycanda təmsil olunan səfir və diplomatik missiya nümayəndələri ilə görüşlərdə iştirak etmiş, beynəlxalq münasibətlərin bir çox aspektləri ilə praktiki və yaxından tanış olmuşlar.

Proqramın əsas hissəsi olan bu ay keçirilən yekun tədbirdə isə proqram iştirakçıları İƏT Xarici İşlər Nazirləri Şurasını reallığa maksimum yaxınlaşdırılmış formada simulyasiya edən, 23 İƏT-ə üzv ölkəni təmsil edən nümayəndə heyətləri ilə “İƏT XİN Sammiti”i keçirmiş, İƏT məkanında mühüm  siyasi xarakter daşıyan və dünyanı narahat edən problemləri müzakirə edərək müvafiq qərarlar qəbul etmişlər.

Qapanış mərasiminin sonunda proqramda xüsusi istedad və bacarığı, “İƏT XİN Sammiti”ndə fəallığı ilə seçilən gənclər səfirlərin, diplomatların, dövlət qurumları nümayəndələrinin iştirakı ilə qiymətli hədiyyələr və diplomlarla təltif olunmuş və onlardan ən yaxşıları 2019-cu ilin avqustunda Kazan şəhərində keçiriləcək “İƏT Model - Qlobal Sammit”ində iştirak etmək hüququ əldə etmişlər.



Yerləşdirilib:30 Noyabr, 2018  10:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
14 Dekabr, 2018

Bu il Almaniyada müsəlmanlara 578 hücum olub

14 Dekabr, 2018
Türkiyədə 219 hərbçi saxlanıldı
14 Dekabr, 2018
İsrail “Həmas”ın 37 üzvünü həbs etdi
14 Dekabr, 2018

Ailənin körpə uşağı ölsə, sonra doğulan uşağa həmin körpənin adını qoymaq olarmı? İslam suallarda

14 Dekabr, 2018
İordaniyada etiraz aksiyasını gözyaşardıcı qazla dağıdıblar
14 Dekabr, 2018

ABŞ Senatı Qaşıqçının qətlində məsuliyyəti şahzadənin daşıdığını bildirib

13 Dekabr, 2018

Putin: Mən prezident olmaq istəmirdim

13 Dekabr, 2018
İraqda İŞİD terrorçuları həbsxanadan qaçıb
13 Dekabr, 2018
Ramallahda iki İsrail əsgəri öldürülüb
13 Dekabr, 2018
ABŞ BMT Təhlükəsizlik Şurasını İrana qarşı sanksiyaları bərpa etməyə səsləyib
13 Dekabr, 2018

Hacı Şahin "quranilər"dən danışdı Video

13 Dekabr, 2018

Quran xətm edərkən bir surəni yarımçıq oxuyub saxlamaq olarmı? İslam suallarda

13 Dekabr, 2018
Türkiyədə Kosmik Agentlik yaradılıb
13 Dekabr, 2018
ABŞ İranın raket proqramına qarşı koalisiya toplamaq niyyətindədir
12 Dekabr, 2018

Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu verdi

12 Dekabr, 2018

Doğurdanmı dünyasını dəyişmiş şəxsin paltarlarını geyinmək insana bədbəxtlik gətirir? İslam suallarda

12 Dekabr, 2018
Bin-Salman Kaşıkçı hadisəsinin Səudiyyənin iqtisadiyyatına təsirini etiraf edib
12 Dekabr, 2018
İŞİD komandiri 100 min dollar qarşılığında azad edilib
12 Dekabr, 2018
İraq Suriya ərazisində İŞİD-ə aviazərbələr endirib
12 Dekabr, 2018
ABŞ İraq və Suriyada dini azlıqlara yardım edəcək
12 Dekabr, 2018

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür

11 Dekabr, 2018

Camal Kaşıkçı “İlin adamı” seçildi

11 Dekabr, 2018

Gəlin gəlir... Qızdı ya...? Bizim replika

11 Dekabr, 2018

Yarım milyon dollar oğurlayan rahibələr pulu qumara xərcləyiblər

11 Dekabr, 2018
Qəzzada 11 fələstinli fəal yaralanıb
11 Dekabr, 2018
Əfqanıstan dünyada qadınlar üçün ən pis yerdir
11 Dekabr, 2018

Fransada keçirilən aksiyalarda 4000-dən çox etirazçı saxlanılıb

11 Dekabr, 2018

Parisdə müsəlmanların 14-cü beynəlxalq forumu keçirilib

XƏBƏRARXİVİ
«Dek.2018»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com