Türkiyə istintaqı Qaşıqçının cəsədini Yalovada axtarır

Səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının ölüm işi ilə bağlı müəmmalar hələ də açılmamış qalır. Ötən gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qaşıqçının ölümü barədə danışıb. XİN rəhbəri deyib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti cinayətin açılması üçün Türkiyə hökumətinə lazımi dəstəyi vermir.

Qeyd edək ki, gələn ay Argentinada G20 sammiti keçiriləcək və Səudiyyə Ərəbistanı vəliəhdi, Qaşıqçı cinayətində ittiham olunan Məhəmməd bin Salmanın da sammitdə iştirak edəcəyi gözlənilir. Mətbuatda gedən iddialara görə, Ər-Riyada vəliəhdin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü təşkil etmək üçün Ankaraya müraciət edib. Çavuşoğlu bildirib ki, Türkiyə prezidentinin bin Salmanla görüşməməsi üçün səbəb yoxdur, lakin Ərdoğan görüş təklifinə “baxarıq” deyib.

Ä°lgili resim

Türkiyə xarici işlər naziri Qaşıqçının ölüm işi ilə bağlı deyib ki, o özü jurnalistin Ərəbistanın İstanbuldakı konsulluğunda öldürülməsi zamanı qeydə alınmış səs yazısını dinləyib. Ancaq o, səs yazısının mənbəyini qeyd etməyib. Sitat: “Xüsusi xidmətlər mənbələrini açıqlamırlar. Ancaq mən bu səs yazısını dinlədim. Qaşıqçı 7 dəqiqə ərzində öldürülür. Bu, bilərəkdən törədilmiş cinayətdir. Geri qayıtmağa razı sala bilmədikləri üçün öldürməyə qərar verməyiblər. Hadisə zamanı məhkəmə tibb ekspertinin (Səudiyyə Ərəbistanından gələn heyətdə yer alan məhkəmə tibb eksperti Saleh ət-Tubaici - K.R.) necə təlimat verdiyi eşidilir. Cəsədi parçalara ayırarkən musiqi dinləməliymiş. Bunu ləzzətlə etdiyi anlaşılır. O, insanları parçalamağı sevir. Bu iyrəncdir”.

kaşıkçı yalova'da ile ilgili görsel sonucu

Yeri gəlmişkən, ötən gün Türkiyə istintaq orqanları Yalova vilayətinin Termal rayonu Samanlı kəndində ehtimalən Səudiyyə Ərəbistanından olan şəxslərə məxsus iki villada axtarış aparıb. Axtarışın məqsədi Qaşıqçının cəsədi olub. Türkiyə mediasının yazdığına görə, istintaq orqanları Yalovadakı Səudiyyə Ərəbistanı vətəndaşı ilə Qaşıqçının cəsədi haqqında söhbət edib.

Polis və jandarma iki mərtəbəli villalarda axtarış aparıb. Axtarışa itlər və dronlar da cəlb olunub. Axtarış qrupu villaların həyətindəki quyuda da axtarış aparıb. İstanbul Prokurorluğunun yaydığı açıqlamada bildirilir ki, istintaqa Qaşıqçı cinayətində şübhəlilərdən birinin hadisədən bir gün əvvəl Yalovada yaşayan Səudiyyə Ərəbistanı vətəndaşı ilə əlaqə yaratdığı məlum olub. Ehtimal olunur ki, Yalovadakı şəxslə aparılan danışıqlar Qaşıqçının cəsədinin itirilməsi məqsədi daşıyıb. Ancaq hələlik jurnalistin cəsədi tapılmayıb.

Qeyd edək ki, noyabrın əvvəlində “Əl-Cəzirə” telekanalı Türkiyə hökumət rəsmilərinə istinadən bildirib ki, Qaşıqçının cəsədini parçalandıqdan sonra asit turşusunda əridiblər. İstintaqın ehtimalına görə, Qaşıqçının cəsədi doğrandıqdan sonra konsulluğun həyətində yerləşən quyuya atılıb. Məsələ ondadır ki, konsulluq binasında axtarış aparılsa da, konsulluq həyətdəki quyuda axtarışa icazə verməyib. Yalnız quyudan su nümunəsi götürülüb və nümunələrdə asit turşusu qalıqlarına rast gəlinib. Bu səbəbdən də istintaq Qaşıqçının cəsədinin quyuda əridildiyini düşünür.

kaşıkçı yalova'da ile ilgili görsel sonucu

Bu arada məlum olub ki, “Human Rights Watch” təşkilatı Argentina hökumətinə müraciət edərək Yəmən müharibəsi və Qaşıqçı cinayətində Məhəmməd bin Salmanın rolunun araşdırılmasını istəyib. Məlum olduğu kimi, vəliəhd-şahzadə Buenos-Ayresdə keçiriləcək G20 sammitində iştirak etmək üçün Argentinaya getməyə hazırlaşır. O da məlum olub ki, Argentina hökumət qurumları vəliəhdin sözügedən hadisələrdə iştirakı ilə bağlı iddiaları araşdırmağa başlayıb. Təşkilatdan bildirilib ki, araşdırmalar müsbət nəticə versə, bin Salman istintaqa cəlb oluna bilər. Ancaq Argentinaya beynəlxalq təminat altında gedən bin Salmanın həbs olunması o qədər də real ehtimal deyil.

Maraqlıdır ki, son günlərdə vəliəhdin siyasi reabilitasiyası üçün bəzi addımlar atılır. İki gün əvvəl Bəhreynə səfər edən Məhəmməd bin Salman Bəhreyndən sonra Misirə səfər edib. Bu səfərlərdə yüksək səviyyədə qarşılanan vəliəhdin növbəti səfərlərini Şimali Afrika ölkələrinə etməsi gözlənilir. Artıq Əlcəzair, Tunis kimi vəliəhdin səfər edəcəyi ehtimal olunan ölkələrdə media və QHT-lər vəliəhdə qarşı kampaniya başladıblar. Ancaq buna baxmayaraq, Səudiyyə Ərəbistanı ilə dost münasibətlərini qoruyub saxlayan ərəb hakimiyyətləri vəliəhdin reputasiyasını bərpa etmək cəhdlərinə dəstək verir.

Kənan RÖVŞƏNOĞLU,

“Yeni Müsavat”



Yerləşdirilib:28 Noyabr, 2018  12:01, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
16 Fevral, 2019
Trampın keçmiş müşavirinin “WikiLeaks”lə əlaqəsi olub
16 Fevral, 2019

İŞİD silahlıları İraqda dinc sakinləri oğurlayıb

16 Fevral, 2019

Ərdoğan: "Aİ Türkiyəni müsəlman ölkəsi olduğuna görə qəbul etmir"

16 Fevral, 2019

Qüsl alan zaman baş və boyun yuyulduqdan sonra dərhal bədənin sağ və sol tərəfini yumağa başlamaq lazımdır? İslam suallarda

16 Fevral, 2019
Nigeriyada silahlıların hücumu zamanı 66 nəfər öldürülüb
16 Fevral, 2019
Şamaxıda yenidən vulkan püskürüb
15 Fevral, 2019

Putin: Dünyada tam müstəqil dövlət yoxdur

15 Fevral, 2019

Səddam Hüseynin ailəsi İraqdan necə qaçdı? Nəvəsindən etiraflar

15 Fevral, 2019
Komitə sədri nikahsız kəbin kəsən mollaların cəzalandırılmasını istədi
15 Fevral, 2019

Səudiyyə Ərəbistanı ABŞ və Kanadada cinayət törətmiş vətəndaşlarını bu ölkələrdən qaçırıb

15 Fevral, 2019
FTX İŞİD-in gizli özəyinin təşkilatçılarından birini saxlayıb
15 Fevral, 2019

Namazı şiə (cəfəri) məzhəbinə uyğun şəkildə, amma möhürsüz qılmaq nə dərəcədə düzgündür? İslam suallarda

15 Fevral, 2019
Ərdoğandan Suriya ilə bağlı vacib bəyanat
15 Fevral, 2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan edəcək
14 Fevral, 2019
Türkiyədə İŞİD-ə üzv olmaqla şübhəli bilinən Suriya vətəndaşları saxlanılıb
14 Fevral, 2019

Madurodan ABŞ-a ittiham: göndərdiyi humanitar yardım zəhərlidir

14 Fevral, 2019
Putin, Ərdoğan və Ruhani Soçidə Suriya problemini müzakirə edəcək
14 Fevral, 2019

Qurandakı "səhvlər": 2. Quranda İmran "müəmması" Video

14 Fevral, 2019

Eyni mal onlayn mağazada fərqli qiymətlərlə yerləşdirilərsə və müştəriyə də fərqli qiymətlərlə satılarsa, bu cür ticarət halaldırmı? İslam suallarda

14 Fevral, 2019
ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır
14 Fevral, 2019

İranda terror aktı: onlarla ölü

13 Fevral, 2019
Cammu və Kəşmirdə partlayış baş verib
13 Fevral, 2019

İƏT ölkələrinin Gənclərlə iş üzrə İlk Fəaliyyət Planı qəbul edildi

13 Fevral, 2019
ABŞ-ın dövlət borcu tarixi rekorda çatdı
13 Fevral, 2019

Şahzadənin davranışı narazılıqla qarşılandı Video

13 Fevral, 2019

Dərisini soyunan Nəsimiyə biz kürkümüzü geyindirmək istəyirik - Nəsimişünas

13 Fevral, 2019

Vəsiyyət Hekayə

13 Fevral, 2019
Almaniyada azərbaycanlılar ilə qaradərililər arasında kütləvi dava baş verib
XƏBƏRARXİVİ
«Fev.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com