Təvəkkül etməyin həddi nədir?

Oxucu sual verir: Təvəkkül etməyin həddi nədir?

Təvəkkül ərəb dilindən tərcümədə “vəkil bilmək, vəkil kimi qəbul etmək” mənasını verir. Dini anlamda hər bir məsələdə Allaha arxayın olmaq, hər şeyi Onun öhdəsinə buraxmaq deməkdir. Qurani-Kərimdə təvəkkül möminin ən gözəl xüsusiyyətlərindən biri kimi göstərilir: “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah öz əmrini yerinə yetirəndir” (Talaq, 3).

Qurani-Kərimdə Peyğəmbərə əmr edilir ki, yalnız Allaha təvəkkül etsin: “Yenilməz qüdrət sahibinə, mərhəmət sahibinə təvəkkül et!” (Şüəra, 217).

Bununla belə, dinimizdə başqasına möhtac olmaq dərəcəsində təvəkkül etmək bəyənilmir və hər zaman ehtiyatla, tədbirlə davranmaq məsləhət görülür. Bəziləri yanlışlığa yol verərək özlərini qəsdən təhlükəyə atır, “Allaha təvəkkül” deyirlər. Yaxud ruzi ardınca getmir, “Allah ruzimi yetirəcək, mən Ona təvəkkül edirəm” söyləyirlər. Təvəkkül odur ki, insan əvvəlcə sağlam məntiqin tələb etdiyi və dini göstərişlərə uyğun olan tədbirləri görsün, sonra Allaha arxalansın. Toxum əkmədən Allahın buğda cücərdəcəyini düşünmək təvəkkül deyil, ağılsızlıqdır.

Həzrət Mühəmməd Peyğəmbər (s) onunla görüşə gəlmiş bir ərəbdən soruşdu ki, dəvəni harada qoyub gəlmisən? Ərəb cavab verdi ki, Allaha təvəkkül edib dəvəni özbaşına buraxdım. Peyğəmbər buyurdu: “Dəvənin ayaqlarını bağla, sonra Allaha təvəkkül et!”



Yerləşdirilib:8 Noyabr, 2018  10:59, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 Noyabr, 2018

Peyğəmbərin (s) səhabələrinin sayı məlumdurmu? İslam suallarda

21 Noyabr, 2018

Əfqanıstanda törədilən partlayışda 50 nəfər ölüb

21 Noyabr, 2018

Tramp: "Səudiyyə şahzadəsi Qaşıqçının öldürülməsi barədə bəlkə də bilirdi"

20 Noyabr, 2018
İsrail DİN rəhbəri maliyyə cinayətlərində ittiham olunur
20 Noyabr, 2018

Şeyxin müavini: "Dini dərslər tədris olunmasa, gələcəkdə İŞİD-ə qoşulanlar çox olacaq”

20 Noyabr, 2018
Kaşıkçı cinayətindən sonra Bin-Salman ilk xarici səfərə çıxacaq
20 Noyabr, 2018

Bəşər Əsəd mövlud tədbiri ilə bağlı camaat namazına qatılıb

20 Noyabr, 2018

Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var

20 Noyabr, 2018

Məhəmməd peyğəmbərin (s) mübarək mövlud həftəsidir

20 Noyabr, 2018
Çavuşoğlu və Quterreş ərəb jurnalistin qətl işini müzakirə ediblər
20 Noyabr, 2018

Qarakənd faciəsindən 27 il ötür

19 Noyabr, 2018

İngilis pilot Məkkə səmasında İslamı qəbul etdi Video

19 Noyabr, 2018
Milad personajı irqçilikdə ittiham edildi
19 Noyabr, 2018

Avropa İttifaqı Səudiyyə Ərəbistanının 18 rəsmisinə sanksiya tətbiq edib

19 Noyabr, 2018
ABŞ süni ətin istehsalına hazırlaşır
19 Noyabr, 2018

Əfqanıstanda toy mərasimi raketlə vuruldu

19 Noyabr, 2018
Yəhudilər şabbata görə stüardessaları döydülər
19 Noyabr, 2018

Niyə bəzi duaları Allah həyata keçirmir? İslam suallarda

19 Noyabr, 2018

Kaşıkçının cəsədi Türkiyədən çamadanlarda çıxarıla bilər

19 Noyabr, 2018
Netanyahu İsrailin müdafiə naziri vəzifəsinin icrasına başlayıb
17 Noyabr, 2018

Аzərbaycan əhalisinin sayı açıqlanıb

17 Noyabr, 2018

Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi verib - KİV

17 Noyabr, 2018

Qadın naməhrəmin görmədiyi zaman başıaçıq halda və ya qısa qollu paltarda namaz qıla bilərmi? İslam suallarda

17 Noyabr, 2018
ABŞ-dakı Gülən Fondunun rəhbəri Türkiyəyə gətirilib
17 Noyabr, 2018

Azərbaycanda Milli Dirçəliş Günüdür

16 Noyabr, 2018

Məkkə və Mədinədə Kaşıkçıya cənazə namazları qılınıb

16 Noyabr, 2018

"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi FOTO

16 Noyabr, 2018

Məhəmməd bin Salmanın işi bitibmi? Nəzər nöqtəsi

XƏBƏRARXİVİ
«Noy.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com