Qaşıqçı cinayətinin bir ayı: nə cəsəd var, nə də...

Səudiyyə Ərəbistanı vətəndaşı, jurnalist Camal Qaşıqçının Krallığın İstanbul konsulluğunda yoxa çıxmasından bir ay ötür. Oktyabrın 31-də Qaşıqçının işini araşdıran Türkiyənin İstanbul Şəhər Prokurorluğu rəsmi açıqlama yayaraq jurnalistin oktyabrın 2-də konsulluq binasında öldürüldüyü və cəsədinin doğranaraq yox edildiyini bildirib. Ancaq hələlik jurnalistin cəsədinin yeri məlum deyil.

Düz bir aydır dünyanın nüfuzlu media orqanları baş xəbərində itkin düşmüş jurnalistlə bağlı məlumatlara yer verirlər. Qaşıqçının işi ilə bağlı mətbuata onlarla məlumat ötürülüb, hansı ki, bunların bir çoxu təsdiqini tapıb. Lakin eyni zamanda sirr deyil ki, bu məlumatların bir qismi məqsədli şəkildə, Ər-Riyada təzyiq etmək üçün dövriyyəyə buraxılıb. Məhz mediada aparılan prosesin nəticəsində Ərəbistan hakimiyyəti yalnız 18 gündən sonra, oktyabrın 20-də Səudiyyə Ərəbistanı hökuməti rəsmi açıqlama yayaraq Qaşıqçının konsulluqda ifadəsi alınarkən öldüyünü təsdiqləyib. Krallığın  baş prokuroru Səud əl-Mücib yerli “Ekberiye” telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib.

Yeri gəlmişkən, oktyabrın 23-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel, 28-də isə Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mucib Türkiyəyə səfər edib. Ondan əvvəl isə Səudiyyə Ərəbistanından istintaq qrupu, eləcə də ABŞ Federal Təhqiqatlar Bürosunun müfəttişləri Qaşıqçı istintaqını araşdırmaq üçün Türkiyəyə gəlib.

Qaşıqçı cinayətinin bir ayı: nə cəsəd var, nə də... ile ilgili görsel sonucu

Bu arada ötən bir ay ərzində Türkiyə və ABŞ xüsusi xidmət orqanları, eləcə də son günlərdə Britaniya xarici kəşfiyyat xidməti Mİ-6 Qaşıqçının ölümü və ya itkin düşməsi ilə bağlı mediaya silsilə məlumatlar ötürüb.

Bu məlumatlara əsasən Səudiyyə Ərəbistanından diplomatik pasportu olan 6 və 9 nəfərdən ibarət iki qrup xüsusi reyslə bir gün əvvəl, yəni oktyabrın 1-də İstanbula gəlib. Səhəri gün günortadan sonra - Qaşıqçı yoxa çıxdığı gün konsulluğa gələn səudiyyəli qrup Türkiyəni tərk edib. Diqqət çəkən daha iki detal heyətin İstanbul bazarından səfər çantaları alması və heyət içərisində bir nəfər Məhkəmə Tibbi Ekspertiza idarəsi mütəxəssisinin olmasıdır.

Türkiyə mediası İstanbula gələrək Qaşıqçını qətlə yetirməkdə ittiham olunan 15 nəfərlik heyət barədə maraqlı məlumatlar yayıb. 15 nəfərlik qrupda olan Mahir Əbdüləziz Mutrebin Səudiyyə vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanın yaxın adamıdır, hətta bir neçə xarici ölkəyə səfəri zamanı onu müşayiət edib. Mutrebin Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanlarının polkovniki olduğu, vəliəhd şahzadə ilə yaxın olduğu iddia olunur. Bir vaxtlar Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfirliyində işləyib.

Eyni zamanda məlum olub ki, Səudiyyə Ərəbistanında Qaşıqçı işi ilə bağlı 18 nəfər barəsində cinayət işi açılıb. Onlardan biri də Ərəbistan ordusunun generalı, kəşfiyyat xidmətinin rəis müavini Əhməd əl-Asiri olub. Ər-Riyad bəyan edib ki, ittiham olunan şəxslər Səudiyyə Ərəbistanında mühakimə olunacaq.

Türk əsilli Camal Qaşıqçı 1958-ci il oktyabrın 13-də Mədinə şəhərində dünyaya gəlib. ABŞ-da ali təhsil alıb, 1985-ci ildə İndiana Dövlət Universitetindən məzun olub. Bundan sonra ölkəsinə qayıdıb və 90-cı illərdə “Al-Madina” qəzetində işləyib, bir müddət qəzetə rəhbərlik edib. 90-cı illərdə bir sıra parlaq layihələrə imza atıb, “Əl-Qaidə” lideri Usamə bin Ladendən müsahibə alıb. Daha sonra “Al-Vatan” qəzetinə, 4 il isə ingilisdilli “Arab News” nəşrinə rəhbərlik edib. Ancaq 2000-ci illərin əvvəllərində “Al-Vatan” qəzetində hakimiyyəti tənqid edən yazıları səbəbindən vəzifəsini itirməli olub, daha sonra isə ölkəni tərk edib.

Qaşıqçı cinayətinin bir ayı: nə cəsəd var, nə də... ile ilgili görsel sonucu

Sonrakı illərdə bir müddət Qaşıqçı Səudiyyə Ərəbistanının ən sirli adamlarından biri olan, uzun illər kəşfiyyata rəhbərlik etmiş və krallığın ABŞ-dakı səfiri olmuş Türki əl-Faysalın müşaviri vəzifəsində çalışıb.

Mətbuatın yazdığına görə, Qaşıqçı 1990-cı illərdə Səudiyyə Ərəbistan mediasının Əfqanıstan, Sudan, Əlcəzair və Küveytdə müxbiri olmaqla yanaşı, kəşfiyyatçılıq funksiyalarını yerinə yetirirmiş.

Qaşıqçının əsas problemli illəri isə “Ərəb baharı” zamanı baş verib. 2011-ci ildə Səudiyyə Ərəbistanında olan Qaşıqçı “Mütləq monarxiyaların sonu gəldi, tək çarə demokratiyadır” başlıqlı silsilə yazılar yazmağa başlayıb. Qərb mediasına verdiyi açıqlamalarda açıq-aşkar demokratik islahatlar, seçki kimi tələblər irəli sürüb. Bu səbəbdən də hakimiyyətlə arası pozulan Qaşıqçının yerli mətbuata yolu bağlanıb. Hətta bir ara xarici mediaya müsahibə verməsi də yasaqlanıb. 2015-ci ildə Bəhreyndə şahzadə Vəlid bin Talalın maliyyəsi ilə qurulan və Qaşıqçının rəhbərlik etdiyi “Al-Arab” kanalı isə ilk müsahibəsini müxalif şiə din adamından götürüb və bundan sonra kanal bağlanıb. Hökumət orqanında çalışan həyat yoldaşı isə Qaşıqçıdan ayrılıb.

İndi əsas sual jurnalistin hansı səbəbdən və kim tərəfindən öldürülməsidir. Jurnalistin öldürülmə səbəbi ilə bağlı bir neçə versiya var.

kaşıkçı cinayeti ile ilgili görsel sonucu

Bəzi media orqanları yazır ki, Camal Qaşıqçı hazırkı Səudiyyə Ərəbistanı rəhbərliyini tənqid etdiyi üçün qəzəbə gəlib. Məsələ ondadır ki, Qaşıqçı Səudiyyə Ərəbistanında xüsusən də dini dairələrdə ciddi dayaqları olan “Müsəlman Qardaşlar” Hərəkatına yaxın biri hesab olunur. Qaşıqçının bin Ladenlə əlaqələri, “Ərəb baharı”na verdiyi dəstək məhz bununla izah olunur. Bunu onun yazıları, Krallığı tənqid edən fikirləri də təsdiq edir. O da bəllidir ki, Qaşıqçı 2013-cü ildə Misirdə “Müsəlman Qardaşlar” Hərəkatının hakimiyyətinin devrilməsi ilə nəticələnən və Səudiyyə Ərəbistanının dəstəklədiyi hərbi çevrilişə dəstək verməyib. Bir yazısında isə “Azadlıq haqqında bir tweet yazın, həmin anda ”Müsəlman Qardaşlar"ın üzvü olursunuz" deyə qeyd edib.

Məsələ ondadır ki, “Müsəlman Qardaşlar” Hərəkatı Səudiyyə Ərəbistanı tərəfindən “terror təşkilatı” siyahısına salınıb. Onun tənqidçiləri isə Qaşıqçının yalnız Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid etməkdə deyil, həm də “Müsəlman Qardaşlar” Hərəkatını müdafiə etməkdə ittiham edir.

Son bir ildə Qaşıqçı Ərəbistanı tərk etməsi də diqqətçəkən haldır. Bu dövrdə o, “Vaşinqton Post” qəzetində yazıb, ABŞ və Türkiyədə yaşayıb. Yoxa çıxmamışdan bir neçə gün əvvəl BBC-yə verdiyi müsahibəsində Qaşıqçı ölkəsinə qayıda bilməyəcəyini, orada onu təhlükə gözlədiyini etiraf edib.

Bəzi media orqanlarında Qaşıqçının ölümündən bir qədər əvvəl Səudiyyə Ərəbistanı ilə düşmən vəziyyətində olan Qətərin əmiri ilə görüşdüyünü yazır. Britaniyada nəşr olunan “Ekspress” qəzeti yazıb ki, Qaşıqçı Səudiyyə Ərəbistanı hakimiyyətinin Yəməndə kimyəvi silahdan istifadə etdiyi haqda məlumatlara malik olub və bu məlumatları açıqlamağa hazırlaşdığı üçün öldürülüb.

Jurnalistin ölüm səbəbi haqda daha bir versiya isə onun Səudiyyə sarayında baş verən bəzi gizli hadisələrdən xəbərdar olduğu və bu xəbərlərin açıqlanmasının Krallıq, xüsusən də hazırkı hakim ailə üçün ciddi təhdidə ola biləcəyi haqdadır. Daha bir versiya isə Qaşıqçının saray daxilində və bəzi Qərb ölkələrinin sui-qəsdi nəticəsində öldürülməsi ilə bağlıdır. İddialara görə vəliəhd-şahzadə Məhəmməd bin Salman Qərb ölkələrinin bəzi təkliflərini rədd etdiyi üçün Qaşıqçı olayı bir tələ olaraq ona qarşı qurulub. Eyni zamanda iddialarda vəliəhdin bəzi öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdığı və buna görə də cəzalandırıldığı iddia olunur. Söhbət milyard dollarlarla ölçülən ödəmələrdən gedir.

Əlbəttə ki, bunlar versiyalardır. Əsl həqiqət isə hələlik məlum deyil. Bəlkə də heç zaman bəlli olmayacaq. Ancaq bu hadisənin Səudiyyə sarayı, xüsusən də parlaq kadr hesab olunan vəliəhd Məhəmməd bin Salman, eləcə də onun Qərbdəki havadarlarına ciddi zərbə oldu. Şahzadənin ətrafında qurulmuş islahatçı obrazı ciddi şəkildə zədələndi.

Kənan RÖVŞƏNOĞLU,

“Yeni Müsavat”



Yerləşdirilib:2 Noyabr, 2018  12:08, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 Noyabr, 2018

Peyğəmbərin (s) səhabələrinin sayı məlumdurmu? İslam suallarda

21 Noyabr, 2018

Əfqanıstanda törədilən partlayışda 50 nəfər ölüb

21 Noyabr, 2018

Tramp: "Səudiyyə şahzadəsi Qaşıqçının öldürülməsi barədə bəlkə də bilirdi"

20 Noyabr, 2018
İsrail DİN rəhbəri maliyyə cinayətlərində ittiham olunur
20 Noyabr, 2018

Şeyxin müavini: "Dini dərslər tədris olunmasa, gələcəkdə İŞİD-ə qoşulanlar çox olacaq”

20 Noyabr, 2018
Kaşıkçı cinayətindən sonra Bin-Salman ilk xarici səfərə çıxacaq
20 Noyabr, 2018

Bəşər Əsəd mövlud tədbiri ilə bağlı camaat namazına qatılıb

20 Noyabr, 2018

Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var

20 Noyabr, 2018

Məhəmməd peyğəmbərin (s) mübarək mövlud həftəsidir

20 Noyabr, 2018
Çavuşoğlu və Quterreş ərəb jurnalistin qətl işini müzakirə ediblər
20 Noyabr, 2018

Qarakənd faciəsindən 27 il ötür

19 Noyabr, 2018

İngilis pilot Məkkə səmasında İslamı qəbul etdi Video

19 Noyabr, 2018
Milad personajı irqçilikdə ittiham edildi
19 Noyabr, 2018

Avropa İttifaqı Səudiyyə Ərəbistanının 18 rəsmisinə sanksiya tətbiq edib

19 Noyabr, 2018
ABŞ süni ətin istehsalına hazırlaşır
19 Noyabr, 2018

Əfqanıstanda toy mərasimi raketlə vuruldu

19 Noyabr, 2018
Yəhudilər şabbata görə stüardessaları döydülər
19 Noyabr, 2018

Niyə bəzi duaları Allah həyata keçirmir? İslam suallarda

19 Noyabr, 2018

Kaşıkçının cəsədi Türkiyədən çamadanlarda çıxarıla bilər

19 Noyabr, 2018
Netanyahu İsrailin müdafiə naziri vəzifəsinin icrasına başlayıb
17 Noyabr, 2018

Аzərbaycan əhalisinin sayı açıqlanıb

17 Noyabr, 2018

Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi verib - KİV

17 Noyabr, 2018

Qadın naməhrəmin görmədiyi zaman başıaçıq halda və ya qısa qollu paltarda namaz qıla bilərmi? İslam suallarda

17 Noyabr, 2018
ABŞ-dakı Gülən Fondunun rəhbəri Türkiyəyə gətirilib
17 Noyabr, 2018

Azərbaycanda Milli Dirçəliş Günüdür

16 Noyabr, 2018

Məkkə və Mədinədə Kaşıkçıya cənazə namazları qılınıb

16 Noyabr, 2018

"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi FOTO

16 Noyabr, 2018

Məhəmməd bin Salmanın işi bitibmi? Nəzər nöqtəsi

XƏBƏRARXİVİ
«Noy.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com