Kərbəlanın qanlı zöhr namazı. Kərbəladan səhnələr - 3

8. Ata, ana və oğul şəhidlər

Aşura günündə düşmənin ilk həmləsini dəf edərkən İmam Hüseynin (ə) 50-dən artıq silahdaşı şəhid oldu. Bundan sonra təkbətək döyüşlər başladı.

Təkbətək döyüşlərin əvvəlində İbn Ziyadın qulamı Salim və atasının (Ziyad ibn Əbihinin) qulamı Yəsar döyüş meydanına girib, özlərinə tərəf-müqabil tələb etdilər. Həbib ibn Müzahirlə Büreyr ibn Xüzeyr ayağa qalxıb, döyüşmək üçün icazə istədilər. Lakin İmam onlara icazə vermədi. Onda İmamın dəstəsindən Abdullah ibn Ümeyr Kəlbi adlı ucaboylu, şücaətli bir döyüşçü izn alıb, meydana girdi. Abdullah ailəsi ilə birlikdə Kərbəlada özünü İmama çatdırmışdı. Həmin gün onun həyat yoldaşı Ümmi-Vəhəb və oğlu Vəhəb də Kərbəlada idilər.

Salimlə Yəsar Abdullahın kimliyini biləndə əvvəlcə döyüşmək istəmədilər; dedilər ki, bizim qabağımıza ya Həbib ibn Müzahir, ya Züheyr ibn Qəyn, ya da Büreyr ibn Xüzeyr çıxmalıdır. Lakin Abdullah: “Sizin meydanınıza çıxan hər kəs sizdən üstündür” deyib, onların üstünə şığıdı.

Abdullah ildırım sürətilə Yəsara hücum edib, onu yerə yıxdı və qılıncla vurmağa başladı. Bu zaman Salim ona arxadan hücum etdi. Abdullahın qalxanı olmadığından əlini qabağa verdi, Salimin qılıncı onun sol əlinin barmaqlarını dibindən üzdü. Lakin Abdullah yaraya əhəmiyyət verməyib, Salimi qətlə yetirdi. Bunun ardınca düşmənin bir neçə əsgəri meydana tökülüb, onun vurmağa başladılar. Nəhayət, Abdullah hər tərəfdən üstünə yağan zərbələrin altında şəhid oldu.

Abdullahın həyat yoldaşı Ümmi-Vəhəb çadırdan onu haraylayıb savaşmağa həvəsləndirirdi. Abdullah yaralananda Ümmi-Vəhəb əlinə bir çadır payası götürüb, onun köməyinə tələsdi. Lakin İmam Hüseyn (ə) bu mərd qadını geri çağırıb buyurdu: “Cihad qadınlara vacib deyil”.

Abdullah şəhid olandan sonra Ümmi-Vəhəb onun cəsədinin üstünə gəlib, başını dizi üstə aldı. Bu zaman Şümr ibn Zülcövşən öz nökərinə əmr verdi ki, bu fədakar qadını öldürsün. Nökər əlindəki əmudla Ümmi-Vəhəbin başından vurub, onu şəhid etdi.

Abdullahın şəhadətindən sonra İmam Hüseynin (ə) daha bir neçə silahdaşı meydana gedib şəhid oldu. Növbə Abdullahın oğlu Vəhəbə çatdı. Bəzi mənbələrdə Vəhəbin nəsrani (xristian) olub, sonradan İmam Hüseynin (ə) dəvəti ilə müsəlmanlığı qəbul etdiyi yazılıb. Zənnimizcə, bu, həqiqətə uyğun deyil. Bu məlumata inananlar Vəhəbi Abdullah ibn Ümeyrin oğlu deyil, fərqli bir şəxs hesab edirlər. Vəhəb 12 nəfər piyadanı və 19 nəfər süvarini cəhənnəmə vasil edəndən sonra onun hər iki qolunu kəsib, şəhadətə çatdırdılar. Bəzi mənbələrdə Ümmi-Vəhəbin öz oğlu Vəhəbdən sonra yuxarıda təsvir edilən şəkildə öldürüldüyü xəbər verilir.

9. Kərbəlanın qanlı zöhr namazı

Kərbəlada gərgin döyüş bir neçə saat idi ki, davam edirdi. Artıq zöhr namazının vaxtı çatmışdı. Əbu Sümamə Seydavi adlı səhabə İmama xitab edərək söylədi: “Səni öldürmək arzusunda olan bu düşmənlər öz məqsədlərinə doğru yaxınlaşırlar. Mən öz qanıma qəltan olub ölməyincə buna imkan verməyəcəyəm. Amma çox istərdim ki, bu son zöhr namazımı sənin imamlığınla qılım”. İmam vaxtı öyrənmək üçün səmaya baxdı və Əbu Sümaməyə buyurdu: “Namazı yadıma saldın. Allah səni namaz qılanlar və Onu zikr edənlər cərgəsində qərar versin!”

İmam sağ qalan səhabələri iki hissəyə ayırdı. Əvvəlcə birinci hissə o həzrətin imamlığı ilə zöhr namazını (xovf namazı şəklində) qıldı. Bu zaman ikinci dəstə düşmənin hücumunu dəf etmək üçün hazır vəziyyətdə durmuşdu. Sonra eyni qayda ilə ikinci dəstə namaz qıldı. Namaz gedişində iki səhabə – Səid ibn Abdullah Hənəfi və Züheyr ibn Qəyn Bəcəli İmam Hüseyni (ə) ox və nizələrdən qoruyurdu.

Namaz bitər-bitməz Səid ölümcül yaralı halda yerə yıxıldı. Son nəfəsində gözlərini açıb: “Ey Peyğəmbə¬rin nəvəsi, əhdimə vəfa etdimmi?” - deyə soruşdu. İmam ona belə cavab verdi: “Bəli, sən məndən də əvvəl cənnətə gedirsən”. Yazırlar ki, Səid ibn Abdullahın bədənində saysız nizə yarası vardı, bütün bunlardan əlavə, bədəninə 13 ox dəymişdi.



Yerləşdirilib:10 Oktyabr, 2018  16:14, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
19 May, 2019

Hacı Şahin Həsənli: Ramazan söhbətləri. Gün 13 Video

19 May, 2019
Türkiyə və Rusiya birgə S-500 istehsal edəcəklər
19 May, 2019
Dəməşq hücuma məruz qaldı
18 May, 2019

Hacı Şahin Həsənli: Ramazan söhbətləri. Gün 12 Video

18 May, 2019

Üzü üstə yatmaq günahdırmı? İslam suallarda

18 May, 2019
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
18 May, 2019

Laçının işğalından 27 il ötür

17 May, 2019

İstanbulda xüsusi əməliyyat: 48 hərbçi həbs olundu

17 May, 2019

Əfqanıstanda NATO qüvvələri 17 polisi öldürdü

17 May, 2019

Prezident: Müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir

17 May, 2019

Orucun fəlsəfəsi - təqva

17 May, 2019

Hacı Şahin Həsənli: Ramazan söhbətləri. Gün 11 Video

17 May, 2019

Əgər sübh namazından sonra yatan adam yuxuda cünüb olsa, həmin günün orucu pozulur? İslam suallarda

17 May, 2019
Tramp İranla müharibəyə başlamaq istəmir
17 May, 2019

GMİ sədri: “Gürcüstanda məscid tikintisi ilə bağlı müraciətlərə cavab verilmir”

16 May, 2019
Avstriyada orta məktəblərdə hicab geyinmək qadağan edilib
16 May, 2019

İraqda İŞİD-in azərbaycanlı üzvünün həyat yoldaşına ömürlük həbs verilib

16 May, 2019

Putin: "Suriyadakı döyüşlər rus silahlarında olan nöqsanları göstərdi"

16 May, 2019

Nəcəfdə qarşıdurma yaranıb, 4 nəfər ölüb

16 May, 2019
İŞİD İraqda polis əməkdaşlarına qarşı hücumlar təşkil edib
16 May, 2019

Tramp: "İran tezliklə ABŞ-la danışıq aparmaq istəyəcək"

16 May, 2019

Şri-Lankada terrorun əks-sədası: müsəlmanlara hücumlar başlayıb Nəzər nöqtəsi

16 May, 2019

Hacı Şahin Həsənli: Ramazan söhbətləri. Gün 10 Video

16 May, 2019

İftar etmək üçün məğrib azanının bitməsini gözləmək lazımdırmı? İslam suallarda

16 May, 2019
ABŞ Konqresinə Türkiyə əleyhinə sanksiyalar qətnaməsi təqdim edilib
16 May, 2019
İraq öz ərazisindən ABŞ-a İrana qarşı hərbi əməliyyatlar üçün icazə verməyəcək
15 May, 2019
Almaniya və Niderland İraqda hərbi fəaliyyətini dayandırıb
15 May, 2019

Bu gecə Həzrət Xədicənin (ə) vəfatının ildönümüdür

XƏBƏRARXİVİ
«May.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com