Türkiyənin Hakkari vilayətinin Çukurca bölgəsində terror aktı törədilib. Bu barədə Hakkari valiliyi məlumat yayıb.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, Çukurcanın Güvən dağı bölgəsindəki hərbi bazaya Şimali İraqın Zap bölgəsindən raket atılıb. Terrorçuların hücumu nəticəsində 1 hərbçi şəhid olub, 3-ü hərbçi olmaqla 4 nəfər yaralanıb.