“Quranilər"ə ithaf

Son zamanlar Azərbaycanda bir dəstə peyda olub ki, üzvləri “Quran bizə kifayətdir” şüarını əsas tutaraq, ənənəvi dini cərəyanların hamısının səhv yolda olduğunu idda edir, heç bir hədisə ehtiyac olmadığını bildirir, bacardıqları qədər təbliğat aparır və müsəlmanlar arasında çaşqınlıq yaratmaq istəyirlər. Ən sevimli metodları isə Quran ayələrini kontekstdən qoparmaq, aşkar bəhslərdən kənar durmaq, dalana dirənəndə isə “igidlik ondur, doqquzu qaçmaq, biri gözə görünməmək” prinsipinə riayət etməkdir.

Əlbəttə ki, şüuru, düşüncəsi və orta həddə ağılı olan hər kəs bu cərəyanın sapıqlığını asanlıqla sezə bilir. Ancaq nə yazıq ki, qeyd etdiyimiz xüsusiyyətlərə malik olmayanlar bəzən yollarını azır, bu insanların toruna düşürlər.

İslam.az olaraq mövzu ilə əlaqədar dini cameədə “qurani” kimi tanınanların çürük ideologiyasının əsassızlığını bir daha isbat etmək istəyirik. Beləliklə...

“Quran bizə kifayətdir” deyənlər! Biz yalnız Quranın “Bəqərə” surəsindən bir neçə ayəni qeyd edir və cavablarını yalnız Qurana müraciət edərək verə bilməyəcəyinizə əvvəlcədən əmin olduğumuz sualları qeyd edirik.

“Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!” (Bəqərə, 43).

Namazı necə qılaq: əlləri bağlayaq ya açıq saxlayaq? Rükünü necə edək, 10 saniyə, 1 saat, 1 gün? Nə deyək namazda? Yaxşı, zəkatı necə verək? Nə qədər verək? Gündə 1 dəfə verək, ildə 1 dəfə verək, ya həyatımızda 1 dəfə versək yetərlidir?

“Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti (Sünnəni) sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik” (Bəqərə, 151).

Kitabı göndərən Allah Elçini nə üçün göndərdi ki? Biz ki, sizin düşüncənizə görə, Quranı oxuyub hər şeyi bilməli idik! O zaman “bilmədiklərimiz” nədir?

“Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə (niyyəti ilə) ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz...” (Bəqərə, 158)

Həcc və ümrəni nə vaxt edək? Hansı ayda, hansı günlərdə? Həcc və ümrənin əməlləri nədən ibarətdir? Gedib Məkkədə 3 gün oteldə yatıb vətənə dönsək – bu Həcc sayılacaq ya ümrə?

“Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər...” (Bəqərə, 184).

Xəstəliyin və səfərin həddi nədir? Səhər yuxudan ayılıb başı ağrıdığını hiss edən şəxs oruc tutmalıdırmı? Mənim xəstə olduğumu kim təyin edir? Yaxşı, bəs səfərin həddi nədir? Bakıdan Şamaxıya gedən şəxs səfərdədir ya yox? Ya Bakıdan Madaqaskara getməlisən ki, səfər sayılsın? Yaxud Biləcəri kifayətdir səfər üçün? Bəs kasıbı necə yedirdək? Bir pirojki alıb versək kifayətdirmi? Ya mütləq ona ziyafət verməliyik?

“(Müşriklərə) harada rast gəlsəniz öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın!..” (Bəqərə, 191).

Quran deyir “öldürün”. Ə, bəs niyə öldürmürsünüz? Qurana asi olursunuz? Ya görməzdən gəlirsiniz? Yox, biz bilirik ki, Allah Quranda İŞİD etdiyini buyurmur. Amma bunu bilmək üçün təfsir oxumaq, hədis öyrənmək lazımdır. Amma siz bütün bunlara arxa çevirmişiniz axı!

“Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun!..” (Bəqərə, 193).

Ə, yenə görməzdən gəlirsiniz? Din ancaq Allaha məxsus olub bəyəm ki, sakitcə evinizdə oturmusunuz? Ya fitnələr aradan qalxıb. Hə?

“Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq (verin). Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın...” (Bəqərə, 196).

Həcc və ümrəni TAM necə yerinə yetirək? Yarımçıq Həcc və ümrə necə olur? Qurbanlıq – yəni nə? At, fil, 100 dollar və 100 ya şekel? Qurbanlığın yeri haradır, əcəba?

“Həcc (ziyarəti) məlum olan aylardadır...” (Bəqərə, 197).

Yenə də Həcc. Kimə məlumdur? Əgər məlumdursa, Quranda niyə yazılmayıb? Bu məlumatı müsəlman haradan almaldır?

“Sayı müəyyən olan günlərdə Allahı yad edin...” (Bəqərə, 203).

Deməli, günlər müəyyən olunub. Allah belə buyurur. Harada? Hansı mənbədə? Hansı ayədə?

“Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi...” (Bəqərə, 216)

Eşitdiniz, cənab “quranilər”? Cihad VACİB edildi! Bəs, yaxşı, niyə oturmusunuz? Axı Quran Sizə yetərlidir! Niyə getmirsiniz cihada? (Yenə təkrarlayaq ki, bu ayənin İŞİD-in əməllərinə təhrik olmadığını bilirik. Amma siz axı təfsirə ehtiyac duymursunuz, siz hər biriniz oxumamış “alimsiniz”...)

“Səndən haram ayında vuruşmaq barəsində soruşurlar...” (Bəqərə, 217)

Haram ay hansıdır? Və ya hansılardır? Bu ayların sayı nə qədərdir? Hansı ayədən oxuyub öyrənək bunu?

“Boşanan qadınları qəbul olunmuş tərzdə faydalandırmaq müttəqilərin vəzifəsidir” (Bəqərə, 241).

Neyləməliyik? Boşanmış qadın qarşısında müsəlmanın vəzifəsi nədir? “Qəbul olunmuş tərz” – yəni...?

P.S. Biz yalnız “Bəqərə” surəsindən bəzi ayələri qeyd etdik. Amma əminik ki, əqli olan kəslər üçün bu da yetərlidir. Ümid edirik ki, “quranilər” də bu yazılanları oxuyub özlərini digər ümmət üzvlərindən guya kardinal şəkildə fərqləndirən özəlliklərini – düşüncələrini – işə salacaqlar. Allah Kərimdir!



Yerləşdirilib:3 Oktyabr, 2018  12:20, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 May, 2019

Prezident dini qurumlara maliyyə yardımı ayırdı

24 May, 2019
Kabildə məsciddə partlayış baş verib
24 May, 2019
Pakistanda cümə namazına hücum edilib, ölənlər var
24 May, 2019
Tacikistanda şiə alimlərin başı kəsilib
24 May, 2019
Hindistan İran neftinin idxalını tamamilə dayandırıb
24 May, 2019
BMT İraqda 12 kütləvi məzarlıq aşkarlayıb
24 May, 2019

Tramp: "İraqa hücum etmək lazım deyildi"

24 May, 2019

Ruhani: "İranı bombardman etsələr, təslim olmayacağıq"

24 May, 2019

Orucluq zamanı bədənə ağrıkəsici iynə vurdurmaq, qadınlara aid və yaxud bağırsaq şamları qoymaq olarmı? İslam suallarda

24 May, 2019
Suriyada silahlı dəstə ordunun zabitlərini əsir götürüb
24 May, 2019

Bu gün, mayın 24-ü, ehtimal edilən birinci Qədr gecəsidir

23 May, 2019

Prezident iftar mərasimində iştirak edib

23 May, 2019

Əhməd Davudoğlu imam Əlinin (ə) göstərişinə uyğun davrandı

23 May, 2019

Səudiyyə Ərəbistanında ilahiyyatçılar edam olunacaq

23 May, 2019
Zelenski Rusiya ilə dialoq aparmayacaq
23 May, 2019
Pakistan yeni nüvə raketini sınaqdan keçirib
23 May, 2019

Qədr gecəsi necə dua edək? Redaktordan

23 May, 2019

Səudiyyə koalisiyasının öldürdüyü yəmənlilərin sayı açıqlanıb

23 May, 2019

Ramazan ayında cənabət qüslü almağı unudan və bu halda oruc tutan, lakin gün ərzində bunu xatırlayan şəxsin orucu düzgündürmü? İslam suallarda

23 May, 2019
Fələstinin bütün cinahları ABŞ-ın Bəhreyn toplantısını boykot ediblər
23 May, 2019

BMT: Azərbaycanda kişilərin 32,5 faizi qadınlara qarşı zorakılıq törədir

22 May, 2019

Qədr gecəsi hansı gecədir?

22 May, 2019
İran beynəlxalq sulara əlavə hərbi gəmilər göndərir
22 May, 2019

İndoneziyada qanlı toqquşmalar: altı ölü

22 May, 2019

QMİ: Zəvvarları Həcc ziyarətinə aparmaq üçün AZAL 6 təyyarə ayırıb

22 May, 2019

Buker Mükafatının builki qalibi müsəlman qadın oldu

22 May, 2019

Quranda adı çəkilən Yəcuc-Məcuc səddi harada yerləşir? İslam suallarda

22 May, 2019
ABŞ Türkiyəyə iki həftə vaxt verib
XƏBƏRARXİVİ
«May.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com