Qeyri-ərəb mənşəli Kərbəla şəhidləri

Aşura günündə Kərbəlada Imam Hüseyni (ə) müdafiə edərək şəhid olmuş səhabələrin sırasında ərəblərlə yanaşı, başqa millətlərə mənsub olan şəxslər də var idi. Demək olar ki, bütün böyük ərəb qəbilələrinin təmsil olunduğu bu azsaylı dəstənin tərkibində türk, həbəş və fars mənşəli şəxsiyyətlərin də olması tarix kitablarında qeyd edilib. Aşağıda onların barəsində qısa məlumat veririk:

TÜRK QULAM

Aşura müsibətini təsvir etmiş müəlliflərin demək olar ki, hamısı Kərbəla şəhidləri cərgəsində Əhli-beytə mənsub türk soylu qulamın olduğunu xəbər vermişdir. Onun adına və şəxsiyyətinə gəlincə, mənbələrdəki məlumatlar fərqlənir. Mövcud mənbələrdə bu şəhid «türk qulam», «Əsləm» və «Vazeh» adları altında xatırlanır.

Mərhum Şeyx Şəmsüddin «Ənsarül-Hüseyn» kitabında qeyd edir ki, Təbəri türk qulamın adını «Süleyman» yazmışdır. Şeyxüt-taifə Tusi isə «Rical» kitabında yazır ki, Imam Hüseynin (ə) Səlim (və ya Süleym) adlı qulamı onunla birlikdə şəhid olmuşdur. Şeyx Şəmsüddin qısa tədqiqatdan sonra bu fikri irəli sürür: «Güman edirik ki, Kərbəlada öldürülmüş qulamın adı nə Səlim, nə də Süleyman deyil, Əsləm imiş» (səh. 83).

«Dairətül-məarifi-təşəyyö» («Şiə ensiklopediyası») kitabında (II, 161) Əsləmin atasının adı Əmr kimi göstərilir. Həmçinin, bu kitabda yazılıb: «Bəzi mənbələrdən, o cümlədən, «Vəsilətüd-dareyn» kitabından məlum olur ki, Əsləmin atası Qəzvin nahiyəsindən, Deyləmandan imiş». Adı çəkilən «Vəsilətüd-dareyn» əsərində (səh. 100) yazılıb: «Əsləmin atası Əmr türk idi (zahirən atası Qəzvin yaxınlığındakı Deyləm türklərindən imiş)». Seyyid Mustafa Hüseyni Dəştinin «Məarif və məariyf» əsərində isə türk qulam «Vazeh» adı ilə xatırlanır.

Məşhur şiə alimi Əllamə Möhsin Əmin «Əyanüş-şiə» kitabında, Kərbəla şəhidlərinin siyahısında Əsləmlə Vazehi ayrı-ayrı şəxslər kimi təqdim etmişdir. Belə ki, bu siyahıya görə, Əsləmi-türki – Imam Hüseynin (ə), Vazehi-rumi isə Kərbəla şəhidi Haris Səlmaninin qulamı imiş («Əyanüş-şiə», I, 610-612).

Bəzi mənbələrdə türk qulam Hürrün qulamı kimi göstərilib (Ibn Şəhraşub. Mənaqibü Ali-Əbi Talib, IV, 113). Lakin səhih tarixi rəvayətlərə görə, Imam Hüseyn (ə) öz qardaşı Imam Həsənin (ə) şəhadətindən sonra türk qulamı kölə kimi satın alıb, oğlu Imam Zeynül-abidinə (ə) bağışlamışdı. Bütün aşura tarixçilərinin yekdil rəyinə əsasən, türk qulam Quran qaresi, bacarıqlı katib, mahir oxatan və şücaətli pəhləvan idi. O, Imam Hüseynin (ə) yazı və məktublarını qələmə alırdı. Bəzi rəvayətlərdə deyilir ki, Əsləmi-türki Quranı əzbər bilir və hər gecə Quran oxuyurdu. O, aşura günündə döyüş meydanında misilsiz hünər göstərib, 70 nəfər düşməni cəhənnəmə vasil etdi. Imam Hüseyn (ə) 7 nəfər şəhidin başı üzərinə gəlmiş və onlarla vidalaşmışdı. Bunlardan biri də türk qülam idi.

Şeyx Abbas Qummi «Nəfəsül-məhmum və nəfsətül-məsdur» kitabında (səh. 135) türk qulamın şücaətindən söhbət açandan sonra yazır: «Imam Hüseyn (ə) öz türk qulamına məhəbbətini bildirib, üzünü onun üzünə dayadı; halbuki, başqa silahdaşlarından heç biri ilə belə rəftar etmədi. Bir tərəfdən, Imam bu hərəkətlə qərib qulamı əzizləyirdi. Digər tərəfdən, qulamın mənəvi kamilliyə çatması və hafizi-Quran olması onu bu məqama layiq etmişdi».

Mənbələrdə Əsləmin döyüş meydanında oxuduğu iki beytlik rəcəz nəql olunur. Həmin rəcəzin tərcüməsi belədir: «Vurduğum zərbələrdən dənizlər qaynaşar, atdığım oxlardan səma tutular. Qılıncım əlimdə görünəndə, həsədli və təkəbbürlü düşmənin qəlbi yarılar».

Lakin maraqlı budur ki, hicri XIII əsrin şairlərindən olan Mirzə Ibrahim Cövhərinin «Tufanül-büka fi məqatiliş-şühəda» əsərində (fars dilində nəzmlə yazılmış bu kitab vaxtilə çox məşhur olmuş, təziyə məclislərində oxunmuşdur) Əsləmin ərəb dilindəki bu rəcəzi verildikdən sonra belə yazılıb:

«Sonra o, bir anlıq Ibn Sədə türk dilində müraciət edib, zəbani-halını söylədi:

Sədi-Vəqqas oğlu, üz qarə, nə bidad eylədin?!

Nuri-çeşmi-Heydəri-Kərrarı naşad eylədin!

Get, görüm nəslin qazılsın, heç nişanı qalmasın,

Bu ki, Nəmrud etməmiş, sən nəsli-Şəddad eylədin!

Siz ərəb, Əhməd ərəb, mən türk, ey birəhmlər,

Mərkəzi-imanı yıxdın, küfrü bünyad eylədin!

Zülm ilə solmuş bu gülşəndə baharı Zeynəbin,

Tişeyi-zülm ilə qəti-qəddi-şümşad eylədin!».

ZƏNCI CÖVN

İmam Hüseynin (ə) qulamı Cövn əslən Nubiyadan idi, nəsəbi isə belədir: Cövn ibn Hüveyy ibn Qətadə ibn Əvər ibn Saidə ibn Övn ibn Kəb ibn Hüveyy. O, vaxtilə Peyğəmbərin sadiq səhabəsi Əbuzərə xidmət etmişdi. Əbuzərin Rəbəzəyə sürgün olunmasından və orada vəfat etməsindən sonra Cövn Əhli-beytə xidmət etməyə başladı. O, əvvəlcə Həzrət Əlinin (ə), daha sonra Imam Hüseynin (ə) xidmətində durdu. Imam Hüseyn (ə) onu öz oğlu Imam Zeynül-abidinə (ə) qulluq etməyə təhkim etdi.

Cövn qara dərili zənci idi, silah hazırlamaq və itiləmək işində mahir idi. O, Mədinədən Kərbəlaya kimi Əhli-beyti müşayiət etdi. Aşura gecəsində Imam Hüseynin (ə) icazəsi ilə Cövn səhabələrin silahını itiləyib, döyüş üçün hazır vəziyyətə gətirmişdi.

Aşura günü Imam Hüseynin (ə) ətrafındakı döyüşçülərin sayı azalanda Cövn o həzrətin hüzuruna gəlib, döyüş icazəsi istədi. Imam Cövnə buyurdu ki, onu xidmətdən azad edir və beyətini üstündən götürür, Cövn hara istəsə, gedə bilər. Lakin bu sədaqətli qulam cavab verdi ki, mən Sizin şadlıq və salamatlıq vaxtlarınızda yanınızda olub xidmət etmişəm; bu çətin gündə də Sizi buraxıb getmək istəmirəm. Rəngim qara, qoxum pis olsa da, Sizdən ayrılmayacağam. Şəhid olacağam ki, qara qanım Sizin şərəfli qanınıza qarışsın!

Imam Cövnün dönməz iradəsinə əhsən deyib, ona döyüş icazəsi verdi. Cövn savaş səhnəsinə qədəm basıb şücaətlər göstərdi. Nəhayət, 25 nəfər düşməni qətl edəndən sonra şəhid oldu.

Imam Hüseyn (ə) Cövnün cəsədi üstə gəlib, onun başını dizi üstünə qoydu və buyurdu: «Ilahi, Cövnün üzünü ağ, ətrini xoş et. Onu yaxşı insanlar cərgəsində məhşərə gətir. Onunla Mühəmməd (s) və Ali-Mühəmməd (ə) arasında dostluq yarat!».

Hədislərdə deyilir, aşura faciəsindən sonra şəhidlərin cənazələrini dəfn edərkən gördülər ki, Cövnün bədənindən müşk ətri gəlir.

NƏSR IBN ƏBU NEYZƏR

Aşura gününün əvvəlində düşmən qoşunu Imam Hüseynin (ə) kiçik dəstəsinin üzərinə kütləvi hücuma keçdi. Bu hücumu dəf edərkən səhabələrdən təqribən 50 nəfəri şəhid oldu. Bunlardan biri də Nəsr ibn Əbu Neyzər idi. Onun atası Həzrət Əlinin (ə) azad olunmuş qulamı idi. Tarixçilərin bir qismi Əbu Neyzəri hətta nəcaşinin (Həbəşistan padşahının) övladlarından saymışlar; guya Həzrət Mühəmməd Peyğəmbərin (s) təklifi ilə Islamı qəbul etmişdi. Bəziləri isə onun Iran şahzadəsi olduğunu yazıblar.

Həzrət Əlinin (ə) və Imam Həsənin (ə) vəfatından sonra Nəsr Imam Hüseynə (ə) qoşulmuş, Mədinədən Kərbəlaya kimi Onu müşayiət etmişdi.



Yerləşdirilib:14 Sentyabr, 2018  11:46, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
19 Yanvar, 2019

İlin ilk Ay tutulması baş verəcək: ayət namazı qılınacaq

19 Yanvar, 2019

Liviya sahillərində azı 14 miqrant itkin düşüb

19 Yanvar, 2019

Peyğəmbərimiz (s) meraca haradan, yəni kimin evindən getmişdir? İslam suallarda

19 Yanvar, 2019

Bu gecə Əyyami-Fatimiyyə daxil olur

19 Yanvar, 2019

Liviyada silahlı toqquşma nəticəsində 13 nəfər ölüb

18 Yanvar, 2019
Türkiyədə FETÖ-çulara qarşı yeni əməliyyat
18 Yanvar, 2019

Ərəb Ölkələri Liqası: "Əsədi dəvət etməmişik"

18 Yanvar, 2019

20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş Quran gecəsi keçiriləcək

18 Yanvar, 2019
Yer kürəsi asteroidlə toqquşa bilər
18 Yanvar, 2019
Rusiyada iki qırıcı toqquşdu
18 Yanvar, 2019
Ər-Riyaddan ABŞ-ı qəzəbləndirəcək qərar
18 Yanvar, 2019

Kəbənin yanındakı yarımdairə şəklində divar nədir? İslam suallarda

18 Yanvar, 2019
İŞİD Rusiyada baş verən partlayışlara görə məsuliyyəti üzərinə götürüb
18 Yanvar, 2019

Türkiyənin tanınmış din alimi universitet rektoru təyin edilib

17 Yanvar, 2019
Ermənistanın iki hərbiçisi minaya düşüb
17 Yanvar, 2019

Xəzər dənizində dalğanın hündürlüyü 7,5 metrdir - Qərargah

17 Yanvar, 2019

İŞİD ABŞ hərbçilərinə hücum etdi: ölənlər var

17 Yanvar, 2019

Qırğızıstanda məmur geyiminə görə parlamentdən qovuldu Video

17 Yanvar, 2019
Türkiyədə azərbaycanlı İŞİD-çiyə hökm oxundu
17 Yanvar, 2019

Quranda adları çəkilən Harun, Harut və Qarun eyni şəxslərdirmi? İslam suallarda

17 Yanvar, 2019

Keniyada hotelə silahlı hücum olub, 21 nəfər ölüb

17 Yanvar, 2019

Tbilisidə binada güclü partlayış: ölənlər var

16 Yanvar, 2019
Kamerunda yaraqlılar 36 nəfəri qaçırıb
16 Yanvar, 2019

Suriyada baş verən partlayış nəticəsində 9 nəfər ölüb

16 Yanvar, 2019

Müsəlman deyil, amma əməli... Video

16 Yanvar, 2019
Trampa qarşı impiçment yaxınlarda işə salına bilər
16 Yanvar, 2019
Putinə sui-qəsd hazırlayan terrorçu Serbiyada saxlanıldı
16 Yanvar, 2019

Ən düzgün hədisləri haradan əldə etmək olar? İslam suallarda

XƏBƏRARXİVİ
«Yan.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com