GYF-də Qafqaz İslam Ordusunun 100 İlliyinə həsr olunmuş tədbir keçirildi

Bakının işğaldan azad olunmasının 100 illik yubileyi çərçivəsində keçiriləcək tədbirlərdə Türkiyə Cümhuriyyəti tərəfindən iştirak edəcək nümayəndə heyəti, Türkiyə Əməkli Subaylar Dərnəyi (TESUD) və Türkiyə Muharib Qazilər Dərnəyinin üzvləri Gəncliyə Yardım Fondunda Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında baş tutan tədbirdə qonaqları Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli salamlayıb. Giriş sözü ilə çıxış edərək Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələrinin sarsılmaz təməl üzərində qurulduğunu, münasibətlərimizin hər zaman başqa dövlətlərə nümunə olduğunu qeyd edib.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim fondun fəaliyyəti haqqında qonaqlara məlumat verib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq, iki qardaş dövlət arasındakı tarixi bağlılığa diqqət çəkib.  Yüz il qabaq  qardaşının ən çətin günündə onu yalnız qoymayıb bütün çətinliklərə baxmayaraq bu yerlərə gələn, bu torpaqları əsarətdən qurtaran Qafqaz İslam Ordusu bu qardaşlığın ən bariz nümunəsidir deyən natiq, bu xalqın da bu mübariz yolda şəhid olan bütün qəhrəman övladları rəhmətlə andığını dilə gətirib.

Tədbirdə çıxış edən Türkiyə Əməkli Subaylar Dərnəyinin (TESUD) İcraçı Katibi polkovnik Rafet Yavuz nümayəndə heyətinin bu səfərini yüksək qiymətləndirib və bu yerlərdə özlərini heç də yad bir insan kimi görmədiklərini deyib. Qonaq eyni zamanda tədbirin təşkilatçılarına və yüksək qonaqpərvərliyə görə fondun kollektivinə təşəkkür edib.

Türkiyə Əməkli Subaylar Dərnəyinin (TESUD) nümayəndəsi Beyazit Yumuk da öz çıxışında Azərbaycanda olduqlarının məmnunluğunu bildirərək, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir deyib.

Tədbirdə çıxış edən Türkiyə Muharib Qazilər Dərnəyinin başqanı polkovnik Ahmet Kendigil də tarixi zəfərin əhəmiyyətindən danışıb və bu kimi tədbirlərin gənc nəslin maarifləndirilməsində müstəsna rol oynadığını qeyd edib.

Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və bir qrup şəhid və qazi ailəsinin övladlarına yeni təhsil ilinin başlanması ilə əlaqədar olaraq məktəbli formaları və çantaları təqdim olunub.

Qeyd edək ki, Bakının işğaldan azad olunmasının 100 illik yubileyi çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək nümayəndə heyəti qazilər, şəhid yaxınları və ehtiyyatda olan zabitlərdir. Eyni zamanda qonaqlar Azərbaycana səfərdə olduqları müddət ərzsində bir çox dövlət rəsmiləri ilə görüşəcək,   Qafqaz İslam Ordusunun Acıdərə ərazisindəki şəhid məzarının yenidən qurma işlərindən sonra təşkil ediləcək açılış mərasimində və Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş rəsmi dövlət tədbirində iştirak edəcəklər.



Yerləşdirilib:13 Sentyabr, 2018  16:06, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
12 Noyabr, 2018

ABŞ Pakistanda 2 mindən çox mülki şəxsi qətlə yetirib

12 Noyabr, 2018

İmam Əli (ə): "Sənin ən pis (din) qardaşın..."

12 Noyabr, 2018
Türkiyəyə hücuma hazırlaşan terrorçular məhv edildi
12 Noyabr, 2018
Tramp Baltikyanı ölkələrlə Balkanları səhv salıb
12 Noyabr, 2018
ABŞ Fələstin-İsrail münaqişəsinin nizamlanması planını təqdim edəcək
12 Noyabr, 2018

Şabranda xəstə "Cinçıxartma" adı ilə döyülərək öldürülüb

12 Noyabr, 2018

“Fussilət” surəsində işlədilən “nəhs (uğursuz) gün” ifadəsinin mənası nədir? İslam suallarda

12 Noyabr, 2018

Camal Qaşıqçı son nəfəsdə nə deyib?

12 Noyabr, 2018

Azərbaycanda Konstitusiya Günüdür

10 Noyabr, 2018
Əfqanıstanda qubernator partlayış nəticəsində ölüb
10 Noyabr, 2018

Türkiyədə hərbi bazada güclü partlayış: 7 şəhid, 25 yaralı

10 Noyabr, 2018

Soruşun ki, biləsiniz: Hacı Samir sualları cavablandırır - 12 Video

10 Noyabr, 2018

Bəzi dini kitablarda haqqında “Səduqi-əvvəl” yazılan məşhur hədis alimi kimdir? İslam suallarda

10 Noyabr, 2018

ABŞ Suriyada dinc sakinlərin evlərini bombalayıb, 26 nəfər ölüb

10 Noyabr, 2018
Səudiyyə Ərəbistanı ABŞ-ın təyyarələrindən imtina etdi
9 Noyabr, 2018
WSJ: İrana qarşı sanksiyalar Rusiyaya sərf edir
9 Noyabr, 2018

Suriya Ordusu İŞİD-in oğurladığı onlarla əsiri azad edib

9 Noyabr, 2018

Başqasına bəd-dua etmək günahdırmı? İslam suallarda

9 Noyabr, 2018
Mosulda partlayış nəticəsində ölən və yaralananlar var
9 Noyabr, 2018

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

8 Noyabr, 2018
İspaniyanın Baş nazirinə sui-qəsd cəhdi olub
8 Noyabr, 2018

Tramp jurnalistlə mübahisə etdi: "CNN səni işlətdiyi üçün utanmalıdır" Video

8 Noyabr, 2018

Səudiyyə koalisiyası Yəməndə ciddi itkilər verdi Video

8 Noyabr, 2018

Tacikistanda cəzaçəkmə müəssisəsində qiyam nəticəsində 13 məhbus ölüb

8 Noyabr, 2018

Təvəkkül etməyin həddi nədir? İslam suallarda

8 Noyabr, 2018

Misir məhkəməsi İŞİD-in 40 üzvü barədə hökm çıxarıb

8 Noyabr, 2018

Bu gün, noyabrın 8-i, Səfər ayı başa çatır

7 Noyabr, 2018

Səudiyyəlilər daha bir jurnalisti öldürdülər

XƏBƏRARXİVİ
«Noy.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com