“Aşura mərasimi dini biznesdir” – Elşad Miri

“Aşura günündə insanların bədənlərinə xəsarət yetirərək qan çıxarması və azyaşlı uşaqların dini geyimdə ifrat əzadarlıq mərasimlərində iştirakı hallarına rast gəlinir. İslam dinində bunlar yoxdur”.

Bunu bizimyol.info-ya açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib.

E.Mirinin sözlərinə görə, Aşura günü mərasimi dini biznesdi: “Ona görə də bu mərasimin keçirilməsinə niyə şərait yaradılmasın? Aşura mərasimi dini biznesdir. Nə Quranda, nə də Məhəmməd peyğəmbərin dövründə bu anlayışlar yoxdur. Bu mərasimi İslamla əlaqələndirib necə insanlarla təqdim etmək olar?”

E.Miri vurğulayıb ki, dinlə bağlı qurumların olmasına ehtiyac yoxdur: “Nə Qafqaz Müsəlmanları İdarəsinə, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ehtiyac yoxdur. Bu qurumların cəmiyyətə xeyri və ziyanı ilə bağlı araşdırma aparmaq lazımdır”.

İslam.az-ın şərhi: Şübhəsiz ki, Elşad Mirinin söylədiklərində həqiqətlər var. Amma bu, yeni bir şey deyil. Məsələn, əsrlərdir ki, Aşura mərasimlərində baş yarmağın, qan çıxarmağın haram olduğu deyilir, bu barədə müctəhidlər fətva verirlər. Amma yenə də bu xoşagəlməz hallar müşahidə edilir.

Digər məsələ Aşuranın biznesə çevrilməsidir. Bu, əlbəttə ki, kütləvi hal almayıb. Amma hər halda, rast gəlinir. Nəzir qutularına atılan pulların hara xərclənməsi, Məhərrəm ayında bəzi məddahların toyxana manıslarından fərqlənməyən hərəkətlər nümayiş etdirməsi Elşad Miri kimilərinə gözəl fürsətdir. Ümumiyyətlə, harada biznes yoxdur ki indi? Bəlkə Həcc mərasimi artıq biznesə çevrilməyib? Ya Elşad Mirinin öz kitablarını satdırması biznes deyil?

O ki qaldı QMİ və DQİDK-ya... Biz onların vəkili deyilik və yəqin ki, lazım bilsələr, bu qurumlar da məsələyə münasibət bildirərlər. Amma u qeyd edək ki, hələ Peyğəmbər zamanında (s) və dərhal sonra dini məsələlərə məsul olan şəxslər və qurumlar olub. Ən azından qazi institutunu xatırlatmaq olar.

Aşuranın və Məhərrəmlik ənənələrinin Quranda və ya Peyğəmbər zamanında olmasını da heç kim iddia etmir. Bütün bunlar imam Hüseynin (ə) şəhadətindən sonra meydana gəlib. Amma “Quranda yoxdur!” deyib hər şeyi inkar etmək də olmaz. Eləyə qalsa Quranda nə xəlifələr, nə müasir fiqhlər, nə də səhabə adları var. Ancaq Qurana istinad etmək istəsək bir çox suallara cavab tapmarıq. Məsələn, bir neçə gün əvvəl qeyd etdiyimiz Qurban bayramının günü məchul qala bilərdi.

Yekunda isə hər əlamətdar gün ərəfəsində bu tipli açıqlamalar verməklə gündəmə gəlmək arzusuna bir diaqnoz qoymaq mümkündür: populistlik! Vəssalam.



Yerləşdirilib:7 Sentyabr, 2018  16:34, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Sentyabr, 2018

Qəzzada toqquşmalar: fələstinli öldü

24 Sentyabr, 2018
Ərdoğan Suriyadakı “terror bataqlığı”ndan söz açdı
24 Sentyabr, 2018

Aşura qatillərinin aqibəti

24 Sentyabr, 2018

Bakı Nəqliyyat Agentliyindən ibrətamiz - VİDEO

24 Sentyabr, 2018
Yaxın Şərqdən Trampın təhdidlərinə cavab
24 Sentyabr, 2018
Çində dörd min sayt bloklandı
24 Sentyabr, 2018

Alimlər yuxu üçün ən zərərli vəziyyəti müəyyənləşdirdi

24 Sentyabr, 2018

İranda terror törədənlər - VİDEO

24 Sentyabr, 2018

Namazın oturuş tələb olunan hissələrində oturuş tərzi necə olmalıdır? İslam suallarda

24 Sentyabr, 2018
Kərbəla və Qarabağ şəhidləri anılıb
24 Sentyabr, 2018
Ərdoğan ABŞ-ı PKK-nın Suriya qoluna dəstək verməkdə ittiham edib
24 Sentyabr, 2018

Son 1 ayda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb

22 Sentyabr, 2018

Məşədi Dadaş məscidində Aşura VİDEO

22 Sentyabr, 2018

Soruşun ki, biləsiniz: Hacı Ramil sualları cavablandırır - 7 Video

22 Sentyabr, 2018

Əfqanıstanda mina partlayıb, 8 uşaq ölüb

22 Sentyabr, 2018

Dini kitablarda rast gəldiyimiz fəqir anlayışının mənası nədir? İslam suallarda

22 Sentyabr, 2018

BMT rəsmisi: "Yəməndə insanlar aclıqdan yarpaq yeyirlər"

22 Sentyabr, 2018

İranda hərbi paradda terror törədilib, 24 hərbçi ölüb FOTO, VİDEO

21 Sentyabr, 2018
Səudiyyə Ərəbistanında ilk dəfə
21 Sentyabr, 2018

Fatimeyi-Zəhra məscidində Aşura məclisi Fotolent

21 Sentyabr, 2018

Niyə hər il Məhərrəmlik mövsümünü qeyd edirik?

21 Sentyabr, 2018
Türkiyə ordusunda kütləvi həbslər
21 Sentyabr, 2018

"Aşurada iraqlı atanın oğlunun başını kəsməsi" videosu saxta çıxıb VİDEO

21 Sentyabr, 2018

Prezident Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edir FOTOLENT

21 Sentyabr, 2018

Zeyd ibn Ərqəm kimdir? İslam suallarda

21 Sentyabr, 2018
Amerika "S-400" aldığına görə Çinə sanksiya tətbiq edib
21 Sentyabr, 2018
Ermənistan atəşkəs rejiminə əməl etmir
20 Sentyabr, 2018

Elçin Əsgərov: Bəzi dəyərlər var ki, onları heç nə unutdurmağa qadir deyil

XƏBƏRARXİVİ
«Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com