“Kommersant”: Ermənistan rəhbərliyi Kremli qıcıqlandırır

Ermənistanın yeni rəhbərlərinin sabiq hakimiyyət üzvlərini təqib etməsi Moskvanın qəzəbinə səbəb olub. Kremli qıcıqlandıran əsas məqamlardan biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun istintaqa cəlb edilməsi olub.

Islam.az xəbər verir ki, bununla bağlı “Kommersant” qəzeti dövlət strukturundakı mənbəyə istinadla məlumat yayıb.

Rusiyada Ermənistanın hazırkı hakimiyyətinin fəaliyyətini hərbi bloka zərbə kimi qiymətləndiriblər. Moskva hesab edir ki, KTMT-nin baş katibi postuna indi başqa ölkənin vətəndaşı seçilməlidir.

Qəzetin müsahiblərindən biri qeyd edib ki, Ermənistanla 100 milyon dollar həcmində olan razılaşma təhlükə altındadır. Mənbənin sözlərinə görə, Ermənistan Rusiya ilə müqavilənin müddətini uzatmaq üçün bu həcmdə kredit almalı idi, ancaq hələ orada nə baş verdiyini anlamaq olmur.

Ermənistan Xarici İşlər Nazirliyi daxildə baş verən hadisələrin xarici siyasətlə əlaqəsi olmadığını bəyan etməklə Kremli sakitləşdirib.

“Ölkənin əsas məqsədi Ermənistan-Rusiya münasibətlərini möhkəmləndirmək, KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin effektivliyini artırmaqdır”, - XİN-in mətbuat katibi Tiqran Balayan deyib.

Xaçaturovu Ermənistan Cinayət Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndi ilə (Digər şəxslərlə əvvəlcədən əlbir olmaqla konstitusiya quruluşunun devrilməsi) ittiham olunub. Söhbət 2008-ci il martın 1-2-də ölkədə baş verən və 10 nəfərin ölümünə səbəb olan iğtişaşlardan gedir.

2008-ci ilin martında Koçaryan küçələrə axışan və ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları olan müxalifləri dağıtmaq üçün ölkədə fövqəladə vəziyyət elan edib.

Həmin vaxt Ter-Petrosyan seçkilərdə məğlub olmuşdu və tərəfdarları səslərin yenidən sayılmasını tələb edirdi.



Yerləşdirilib:2 Avqust, 2018  12:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
11 Dekabr, 2018

Camal Kaşıkçı “İlin adamı” seçildi

11 Dekabr, 2018

Gəlin gəlir... Qızdı ya...? Bizim replika

11 Dekabr, 2018

Yarım milyon dollar oğurlayan rahibələr pulu qumara xərcləyiblər

11 Dekabr, 2018
Qəzzada 11 fələstinli fəal yaralanıb
11 Dekabr, 2018
Əfqanıstan dünyada qadınlar üçün ən pis yerdir
11 Dekabr, 2018

Fransada keçirilən aksiyalarda 4000-dən çox etirazçı saxlanılıb

11 Dekabr, 2018

Parisdə müsəlmanların 14-cü beynəlxalq forumu keçirilib

11 Dekabr, 2018

Peyğəmbərin (s) pişikləri həddən artıq sevməsi həqiqətə uyğundurmu? İslam suallarda

11 Dekabr, 2018

BMT: Yəmən əhalisinin 70 faizi aclıq çəkir

11 Dekabr, 2018
Fransa prezidenti ölkədə fövqəladə vəziyyət elan edib
10 Dekabr, 2018

Ərdoğan: “İnsan hüquqlarından danışanlar Fransadakı hadisələrə lal oldular”

10 Dekabr, 2018

Əfqanıstanda Taliban silahlılarının hücumu nəticəsində onlarla polis həlak olub

10 Dekabr, 2018
İraqlılar İŞİD üzərində qələbənin birinci ildönümünü qeyd edirlər
10 Dekabr, 2018
Səudiyyə Ərəbistanı Türkiyəyə rədd cavabı verdi
10 Dekabr, 2018
Trampın impiçment məsələsi nəzərdən keçirilə bilər
10 Dekabr, 2018

İsmi-əzəm (Allahın ən böyük adı) hansıdır? İslam suallarda

10 Dekabr, 2018
Dəməşq aeroportuna hava hücumunun qarşısı alınıb
10 Dekabr, 2018
CNN Qaşıqçının ölüm qabağı dediyi son sözləri nəşr edib
8 Dekabr, 2018
Dağıstanda İŞİD-çi məhv edildi
8 Dekabr, 2018
Tramp: "Tillersonun dövlət katibi vəzifəsini icra etməsi üçün zehni bacarığı yox idi"
8 Dekabr, 2018

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 33 fələstinli yaralanıb

8 Dekabr, 2018

Azərbaycan neft hasilatını 20 min barel azaldacaq

7 Dekabr, 2018

Ermənistanın sabiq prezidenti yenidən həbs olunacaq

7 Dekabr, 2018

BMT: Bəşəriyyətin yarıdan çoxu internet istifadəçisidir

7 Dekabr, 2018
Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfərin məhkəməsi başlayır
7 Dekabr, 2018

Yəmən danışıqları ərəfəsində Səudiyyə koalisiyası irimiqyaslı hücuma keçib

7 Dekabr, 2018

Bəzən qeyri-peşəkarlar kitab yazmaq fikrinə düşürlər – ilahiyyatçı

7 Dekabr, 2018

"Taliban" silahlılarının hücumu nəticəsində 14 hərbçi ölüb

XƏBƏRARXİVİ
«Dek.2018»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com